Həyatını Allah`a həsr etmək, Onun rizasına uyğun yaşamaq istəyən insan Allah`la yaxın dialoq qurmalıdır. Bu dialoq zikr, yəni Allah`ı anmaqdır. Mömin "Ey iman edənlər, Allah`ı çox zikr edin" (Əhzab surəsi, 41) hökmünə uyğun olaraq həyatının hər anında zikr və dua edir, hər bir nemət üçün şükür edir, səhvlərinə görə tez-tez bağışlanma diləyir, Allah`ın yolunda cəhd üçün Onun yardımını istəyir və tez-tez Allah`ı təsbih edib ucaldır. Mömini Allah`a dost edən ibadət zikrdir. Bir ayədə zikr ibadəti belə açıqlanır:
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma!”(Əraf surəsi, 205)
Quranda "... Allah`ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir..." (Ənkəbut surəsi, 45) buyurulur. İbadətlər Allah`ı anaraq və Onun rizasını güdərək yerinə yetirilməzsə qarşılıqsız və boş əməl olar. Buna görə də Quranda peyğəmbərlərin gözəl əxlaqlarından bəh edilərkən zikrlərinə xüsusi diqqət çəkilir. Sad surəsinin 30-cu ayəsində "Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı." buyurulur.