Hər an Allah`ın hüzurunda olduğunu bilərək danışmaq
ucgen

Hər an Allah`ın hüzurunda olduğunu bilərək danışmaq

1053

Müsəlman, onu danışdıranın Allah olduğunu bilir və yalnız Onun razılığını qazanmağı hədəf alaraq danışır. Hər an olduğu kimi, həmçinin danışarkən də insanların deyil, Allah`ın hüzurunda olduğunu düşünür. Danışığının ancaq Onun diləməsi ilə təsirli olacağını dərk edir. Sözlərinin təsirli və hikmətli olması üçün Allah`a dua edir. Bu səmimiyyətinə görə  Allah o insanın vicdanına ən gözəl və ən uyğun sözləri ilham edir. Buna görə də vicdanının səsini dinləyən hər kəs nəyə diqqət yetirməli, nəyin ön plana çıxarılmalı və ya deyilməməli olduğunu, hansı üslubun səhv, hansı izahatın təsirli olacağını asanlıqla tapır.

Hikmətli danışa bilməyin insanın zəkası, mədəniyyəti, təhsili ilə heç bir əlaqəsi yoxdur. Bəzi insanlar bu xüsusiyyəti diqqət verərək əldə edə biləcəklərini güman edirlər. Buna görə də danışıqlarının ədəbi dil normalarına və ya kitablardan oxuduğu bədii təsvirlərə uyğun olmasına diqqət edirlər. Uzun və qeyri-adi cümlələr qurduqda və ya terminlərdən istifadə etdikdə danışıqlarının çox təsirli və xoşa gələn olduğuna inanırlar. Halbuki bunlar insana hikmətli danışıq qabiliyyəti qazandırmır. Çünki hikmət ancaq imanla, Allah qorxusundan qaynaqlanan səmimiyyətlə və təslimiyyətlə qazanılan xüsusiyyətdir.

Quranın, "(Allah) istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir..." (Bəqərə surəsi, 269) ayəsi ilə hikmətin əhəmiyyətinə və insanlar üçün böyük nemət olduğuna diqqət çəkilir. Həqiqətən də hikmət verilmiş insan Allah`ın diləməsi ilə din əxlaqını ən gözəl şəkildə yaşayır və Allah`ın razı qalacağı söhbətlər edə bilir. İnsanlara Quran əxlaqını açıq-aydın və asan izah edərək xeyirlərə vəsilə olur. Belə insanla ünsiyyətdə olanlar da bu insanın hikmətli izahları vəsiləsilə hadisələrin görə bilmədikləri tərəflərini görür və gözəl əxlaqa yönəlirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr