Tövbə surəsi, 54 (Allah, münafiqlərin infaq etdiklərini qəbul etməz. Münafiq, namazda xüsusilə ayə oxumaz, Allahı xatırlamaz)
ucgen

Tövbə surəsi, 54 (Allah, münafiqlərin infaq etdiklərini qəbul etməz. Münafiq, namazda xüsusilə ayə oxumaz, Allahı xatırlamaz)

2367

Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (22 iyul 2012, 23:00)

Adnan Oktar: Tövbə surəsi, 54-cü ayə. "Onların infaq etdiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Elçisini inkar etmələri, namaza ancaq istəksizcə gəlmələri", normalda müsəlman olduğu zənn edilir, lakin Allahı inkar edir, Peyğəmbər (s.ə.v)-i inkar edir, namaza da məcburi gəlir. Əgər müsəlmanlar görməsə onsuz da münafiqlər namaz qılmaz; müsəlman görsə də, əgər uzaqdan görsə də, ayə oxumaz, Allahı zikr etməz, ağzını açmaz. Münafiqlərə diqqət yetirin, belədirlər. Əgər münafiq tutmaq istəyirsinizsə belədir. Namazda xüsusilə ayə oxumaz, Allahı xatırlamaz. "Niyə oxumursan?" dediyin zaman da: "Mən oxuyuram, lakin sən eşitmirsən" deyər. Heç ağzını belə açmaz. Öz aləmində ayə oxumağı anormal bir şey kimi görər. "Namaza ancaq istəksizcə gəlmələri və xoşlamadıqları halda infaq etmələridir". Qəribə sıxılarlar. İnfaq etmək, heç xoşlamadıqları bir mövzudur. Münafiqlər namaz qılmaqdan da, infaq etməkdən də nifrət edərlər. Bunun üçün də, münafiqlər həmişə belə: "Borc ödəyirəm", "gücüm çatmır", "imkanım yoxdur" deyərək Peyğəmbərimiz (s.ə.v) dövründə də beş qəpik verməməyə diqqət göstərirdilər. Həmişə özlərini axmaq kimi göstəriblər. Məhz: "İmkanım olsa pul verərdim", "gücüm çatsa verərdim" deyərlər. Lakin, məsələn, uşağını evləndirənəcək, baxırsan ki, bol-bol pul tapır. Yaxud başı bəlaya girir, baxırsan ki, bol-bol pul tapır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo