Sizə gələn hər bir nemət Allahdan’dır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! (Nəhl surəsi, 53)
Şükür hər şeyin Allah’dan gəldiyini bilən insanın Allah’a olan sevgisini, təşəkkürünü göstərən ibadətdir. Gün ərzində Rəbbimizə şükür etməyimiz üçün bir çox səbəb var.
Yatdığınız yerdən sizi oyandırıb, təkrar can verən Allah’dır.
Səhər oyandığınızda nəfəs ala biləcəyiniz havanı var edən Allah’dır.
Oyandığınızda görməyinizi təmin edən, işığa səbəb olan Günəşi yaradan Allah’dır.
Aciz şəkildə qalxdığınızda təmizlənməyinizi təmin edən suyu, sabunu, diş pastasını yaradan Allah’dır.
Günə güclü enerji ilə başlamağınızı təmin edən təmiz və faydalı qidaları yaradan, bunları bədəninizə faydalı hala gətirən Allah’dır.
İşinizə qısa zamanda çatmağınızı təmin edən avtomobil, avtobus, taksi, gəmi kimi vasitələri yaradan Allah’dır.
Dolanışığınızı təmin etmək üçün işinizi yaradan Allah’dır.
Ruzinizi verən, pul qazanmağınızı diləyən Allah’dır.
Yemək ehtiyacını hiss etdiyinizdə növbənöv yeməklərin olduğu marketləri, ləzzətli yeməkləri, restoranları əmrinizə verən Allah’dır.
Gün içində sizə faydalı olan hər cür hadisəni yaradan və nəzarət edən Allah’dır.
Daha çox sadalaya biləcəyimiz bu nümunələri, qısacası hər anınızı bilən, görən, xəbərdar olan, sizə bütün ehtiyaclarınızı çatdıran Rəbbimiz olan Allah’dır. Yaşadığımız hər an şükür etmək üçün vasitədir.