Tövbə surəsi, 24 (Mehdiyyət ilk növbədə Allahın dininə əhəmiyyət verəcək)
ucgen

Tövbə surəsi, 24 (Mehdiyyət ilk növbədə Allahın dininə əhəmiyyət verəcək)

1756

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (17 yanvar 2011)

ADNAN OKTAR: Tövbə surəsi, 24-cü ayə, şeytandan Allaha sığınıram. "De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.” Bunu Mehdi (ə.s)-a, mehdiyyətə aid şərh etdiyimizə görə atalarına, uşaqlarına, qardaşlarına, yoldaşlarına, tayfasına, mallarına, ticarətinə əhəmiyyət verməməlidir. Deməli, mehdiyyət, əvvəl Allahın dininə əhəmiyyət verməlidir, inşaAllah. Deməli, insan atasına görə dinini tərk etməməlidir. Uşaqlarına görə, qardaşlarının mənfəətinə görə, zövcələrinin mənfəətinə görə təbliği buraxmamalıdır, feysbuk, ordan-burdan yoldaşlarının təşviqinə görə, təbliği, İslamı və dini yaymağı buraxmamalıdır. Qazandığı mallar üzündən təbliği buraxmamalıdır. Az (kasad) olmasından qorxduğu ticarətə görə İslamı, dini yaymağa çalışsa ticarəti azalar deyə dini, İslamı yaymaqdan imtina etməməlidir. Xoşuna gələn evlər, gedib evdə axşama qədər oturmaq üçün, mənim evim gözəl, evimdə oturum deyib İslamı təbliğ etməkdən imtina etməməlidir. "Sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə"-yəni bunlar sizə daha əzizdirsə, diqqət edin-"Sizlərə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən", İslamı yaymaqdan daha əzizdirsə “Allahın əmri gəlincəyə qədər gözləyin." “Allah bəlanızı verənə qədər gözləyin, verəcəyəm bəlanızı”-deyilir inşaAllah. Ona görə biz, Allah üçün yaşayacağıq, inşaAllah. Yalnız Allah üçün, Allah rizası üçün.

PAYLAŞIN
logo
logo
logo
logo
logo