Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Nur Surəsi, 22)
İndiki zamanda yoxsulluq yalnız dünyanın müəyyən ölkələrini maraqlandıran bir problem olmaqdan çıxmışdır. Körpü altında yatan, zibil qarışdıraraq həyatını davam etdirən, çox az pul qarşılığında həyatını təhlükəyə ataraq işləyən uşaqlar, hər cür mənfi şəraitə baxmayaraq çöldə yaşamaq məcburiyyətində qalan evsizlər, az bəslənmədən baş verən uşaq ölümləri və bunlar kimi yoxsulluğun səbəb olduğu daha bir çox problem bütün dünyanın gündəmindədir .
Dünyadakı yoxsulluqla əlaqədar olaraq edilən statistik hesablamalardan yalnız küçə uşaqları ilə əlaqədar olanlarına baxıldıqda belə vəziyyətin ciddiliyi dərhal aydın görülməkdədir. 1982-ci il UNESCO-nun hesabatına görə küçə uşaqlarının sayı İstanbulda 200.000, Bogotada 10.000, Rio da Janerioda 2 milyondur. Afrikada isə 5 milyon olduğu təxmin edilməkdədir və bu say hər gün sürətlə artmaqdadır. Bu rəqəmin artmasında köç, müharibə və qıtlıq, AIDS xəstəliyi və sürətli şəhərləşmə kimi faktorlar əhəmiyyətli rol oynamaqdadır. Bütün dünya üzərində 30-70 milyon arasında küçə uşağı olduğu təxmin edilməkdədir.
Amerikada isə yoxsulluq şəraitində yaşayan uşaqların sayı son 20 ildə 3 dəfə artmışdır. 1989-da Amerikadakı hər 6 uşaqdan biri rəsmən yoxsulluq şəraitində yaşayırdı. 1993-cü ilin hesabatlarına görə, Amerikadakı 6 yaşından kicik 5 uşaqdan biri yoxsulluq həddinin çox altında yaşamaqdadır, ki bu təxminən 5 milyondan artıq uşaq deməkdir.
Yuxarıdakı statistikalarda görüldüyü kimi, zəngin ölkələrdə belə yoxsulluq əhəmiyyətli dərcədə problemdir. İqtisadi böhranlar nəticəsində ortaya çıxan işsizlik, ictimai təhlükəsizlik sistemlərindəki boşluqlar kimi problemlər zəngin ölkələrdəki yoxsulluğun ortaya çıxma səbəblərindən biridir. Keçmiş sosialist ölkələrdə isə yoxsulluğun başqa nümunəsi görülməkdədir. Bu ölkələrdə ümumiyyətlə bütün fərdlərin həyat səviyyələri aşağıdır. İqtisadi inkişafın çox gecikdiyi bu ölkələrdə az qala bütün əhaliyə təsir edən ümumi yoxsulluq mövcuddur. Yoxsulluğun nəticələri də ölkənin ümumi quruluşuna təsir etməkdədir. Məsələn şəhərlərdəki infrastruktur ilə əlaqədar sistemlər, ictimai təhlükəsizliklə əlaqədar sistemlər qeyri-kafidir. Bundan başqa qida maddələri də çox vaxt qeyri-kafi qalmaqdadır. Bu ölkələri digər yoxsul ölkələrdən ayıran başqa bir sahə də, insanlar bir şeyi satın alma imkanına sahib olduqlarında da, bazarda satın alınacaq mal və qida maddələrini tapa bilməməkdədirlər.
Yoxsulluğun cəmiyyətdəki dağıdıcı təsirləri, ölkələrdə yoxsulluqdan ən çox əziyyət çəkən şübhəsiz ki uşaqlardır. Yoxsulluq səbəbi ilə təhsillərini tamamlaya bilməyən, hətta sığınacaq yeri və yemək belə tapa bilməyən uşaqlar çox vaxt da pis şərtlərdə işləmək məcburiyyətində qalmaqdadırlar. Hətta bəzi ölkələrdə yoxsulluq səbəbi ilə uşaqlar ailələri tərəfindən işyerlərinə bir cür "kölə" olaraq satılmaqdadırlar. Bu uşaqlar sənayenin insan sağlamlığına ən zərərli, çox vaxt sonu ölümlə nəticələnən işlərində işləyərək pul qazanmaqdadırlar.
Məsələn Hindistan 940 milyon əhalisi olan bir ölkədir. Bu ölkədə 44-100 milyon arasında uşaq işçi var. Bu rəqəm dünyanın digər bölgələrində işləyən uşaqların ümumi sayından daha çoxdur. 120 milyon əhalisi olan Pakistanda isə təxminən 8 milyon uşaq işçi işləməkdədir.Dünyanın digər ölkələrində də yoxsul uşaqların vəziyyəti bundan fərqli deyil. Bundan başqa dünya üzərindəki bir çox ölkənin büdcəsinin böyük bir hissəsi müdafiə xərclərinə ayrılmışdır. Belə ki sağlamlıq, təhsil və sənaye sahəsindəki ehtiyacları son dərəcə təcili olan Hindistan, Pakistan kimi ölkələr üçün də vəziyyət fərqli deyil. Onlar da hərbi sahəyə digər ehtiyaclarına ayırdıqlarından daha çox büdcə ayırmaqdadırlar. Məsələn Pakistan, büdcəsinin 60 faizini silahlanma xərclərinə və ordu xərclərinə xərcləməkdədir. Ölkədəki xalqın çox böyük bir hissəsinin həqiqi mənada səfalət içində olması da bu vəziyyəti dəyişdirməməkdədir.
Şübhəsiz müdafiə sahəsinə ayrılan bu xərclərin, uyğun şəkildə xalqın ehtiyaclarına yönəldilməsi ilə problemlər rahatlıqla həll edilə bilər. Halbuki siyasi hesablar və müxtəlif mənfəətlərin güdülməsi səbəbi ilə bu əhəmiyyətli problem bu günə qədər həqiqi mənada həllini tapmayıb. Ancaq burada bu nöqtə üzərində dayanmaqda da fayda vardır: Müdafiə xərcləri bu an üçün əlbəttə edilməsi lazım olan xərcləmələrdir. Yer üzündə dinsizliyin gətirdiyi qarışıqlıq, xaos, zülm və hirs olduğu müddətcə bu problemlərin ortadan qalxması mümkün görünməməkdədir. Çünki bir ölkə müdafiə sahəsini güclü tutmazsa, bu mənfəətçi sistem içərisində varlığını davam etdirməsi də o qədər də mümkün olmaz.
Amma ortada son dərəcə açıq bir səfalət vardır. Və yalnız bəzi günlərdə bu problemi xatırlayaraq ya da yolda dilənçi uşaqlara pul verərək bu problemin həll olmayacağı çox açıqdır. Həll üçün yoxsul uşaqların təhsil, sığınma, yemək, geyim kimi ehtiyaclarını ödəyəcək sistemli bir hərəkətin meydana gəlməsi lazımdır.
Bu isə ancaq Quran əxlaqının tam olaraq yaşanması ilə birlikdə ortaya çıxacaq bir həssaslıq və sülh mühiti nəticəsində reallaşa bilər. Bu mühit içində heç bir ölkə bir başqasının haqqına təcavüz etməyəcək. Bu səbəbdən müdafiə xərcləri azaldılacak və bura ayrılan imkanlar insanların rahatı, hüzuru, uşaqların təhsili kimi sahələrə ayrılacaq. Əlbəttə müdafiə xərcləri yalnız bir nümunədir. Bu istiqamətdə problemin həll edilməsi üçün daha bir çox çıxış yolu təqdim edilə bilər. Ancaq həqiqi mənada təsirli olacaq tək həll Quran əxlaqının yaşanmasıdır. Çünki özü ehtiyac içində olduğu halda yeməyini yoxsula və yetimə yedirmək, özünün bəyənmədiyi şeyləri başqalarına verməmək, hiss etdirmədən kömək etmək kimi Quranda tövsiyə edilən üstün əxlaq xüsusiyyətləri ancaq Quran əxlaqı tam olaraq yaşandığında ortaya çıxar. Allah maddi olaraq güclü olan insanların necə davranması lazım olduğunu Nur Surəsində açıqlamışdır:
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Nur Surəsi, 22)
Allah Quranda vacib etdiyi hökmlərlə yoxsullara necə davranılması lazım olduğunu da açıqlamışdır. Məsələn ayələrdə Quran əxlaqını yaşayan insanların mallarında yoxsullar üçün bir haqq olduğu ifadə edilməkdədir. Ayrıca Quranda yoxsulluğunu dilə gətirməyən kəslərə də diqqət çəkilərək bu kəslərin haqqlarının qorunması əmr edilmişdir:
Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi. (Zariyat Surəsi, 19)
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir! (Bəqərə Surəsi, 273)