Hörmətli Adnan Oktarın Yaradılış Atlası adlı əsəri, Avropaya çatdığı andan etibarən Avropanın böyük bir mədəni inqilab yaşamasına vəsilə oldu. Darvinizm təxminən 150 ildir Avropa cəmiyyətlərinə zorla təlqin edilmiş, insanların darvinizm əleyhində düşünmələrinə belə maneə törədilmiş, böyük bir fikri təzyiq yaradılaraq xalqın darvinizmin gerçək üzünü görməməsi üçün böyük səy göstərilmişdir. Ancaq darvinistlər tərəfindən 150 ildir edilən bu səylər, Yaradılış Atlasının Avropaya çatması ilə bir gecədə təsirini tam mənası ilə itirmiş və Avropanın üzərindəki darvinist cadu pozulmuşdur. Necə ki, aralarında ziyalılar və qabaqcıl fikir adamları olmaqla Avropada dinə yönəlişin çox sürətlənməsi də bu vəziyyətin əhəmiyyətli bir dəlilidir.
Bu şəxslərdən biri də İngiltərənin sabiq baş naziri Toni Blerdir. Keçmiş bir sosialist olan və daha əvvəl din və mənəvi dəyərlər haqqında heç bir şərh etməyən Toni Bler son zamanlarda Allah inancı haqqında coşğulu açıqlamalar etməyə, insanlara din əxlaqının əhəmiyyətini izah etməyə başlamışdır. İnanc Vəqfi adlı bir vəqf qurmuş və din əxlaqının 21-ci əsrdə çox əhəmiyyət qazanacağı haqqında açıqlamalar etmişdir. Protestantlıqdan Katolikliyə də keçən Toni Bler İslam əxlaqı və müsəlmanlar haqqındakı müsbət düşüncələri ilə də diqqət çəkməkdədir. Quran oxuduğunu söyləyən və yaxınlarına Quran hədiyyə etdiyi də bilinən Toni Blerin bu gözəl dəyişikliyində darvinizmi fikirlə yerlə bir edən Yaradılış Atlasının təsiri açıqca görünməkdədir.
“Radikal”, 21 sentyabr 2008
TONİ BLERİN FİKRİNİ DƏYİŞMƏSİ HAQQINDA HÖRMƏTLİ ADNAN OKTARIN FİKİRLƏRİ
Adnan Oktar: Amma Avropada əsl böyük təsir Yaradılış Atlasından sonra oldu, yəni əsl sarsıdıcı təsiri Yaradılış Atlası adlı kitabım meydana gətirdi. Həqiqətən Fransada, Almaniyada, İtaliyada çox böyük səs-küyə səbəb oldu. Çox böyük əks-səda yaratdı. Xüsusilə, intellektual təbəqədə çox müsbət təsiri oldu. Dinə dönüş hərəkatını çox sürətləndirdi. Xristian olan, mənşəyi xristian olan insanlar gerçək mənada dindar olmağa doğru yönəldilər. Bunlar çox yaxşı hadisələrdir. Məsələn, Toni Blerə Atlasımdan göndərdim. Xəbərdə deyir: “Bler inancın daha böyük bir rol almasını təşviq edir. Sabiq baş nazir Toni Bler dünya problemlərinin həllinə çalışarkən inanca mərkəzi bir rol verilməsi üçün çağırış edirdi”. Yəni inanca. Allah inancına. Yenə, “Toni Bler həyatını dinə həsr edir. Sabiq baş nazir Toni Bler dinlərarası dialoqun artması üçün həyatımın geri qalanındakı işim” -deyir. Bu Atlasdan sonrakı ifadələr bunlardır. Yenə, “Toni Bler inanc liderlərini dünyanın vicdanını canlandırmağa çağırır”. Onun ifadəsi; “Dini qoruyun və onun yaxşılıq üçün bir güc olmasına kömək edin”. Hamısı Blerin sözləridir. Atlasın çox müsbət təsiri oldu. Bir tək onda deyil. Məsələn, Fransa prezidenti Nikola Sarkozi də həmçinin. (Gareth Jenkins reportajı, 13 iyul 2008)
Adnan Oktar: Lakin Avropada bu Yaradılış Atlasının getməsindən sonra çox heyrətləndirici hadisələr baş verdi. Məsələn, Sarkozi dindən, İslamdan heç bəhs etməyən bir insan idi. Hələ Toni Bler sosialist, solçu bir insan idi, dini mövzuları heç ağzına da almırdı. İnanılmaz dəyişikliklər oldu və bunu Fransız mətbuatı da açıq-aydın yazdı. Mənim əsərlərimdən çox təsirləndiyini, Toni Blerin də eyni şəkildə necə təsirləndiyini mətbuatda çox açıq gördük. Toni Bler, “Guardian” qəzetində söyləyir; “dini qoruyun və onun yaxşılıq üçün bir güc olmasına kömək edin”. Kitabdan sonra yenə, “Toni Bler dünyanın problemlərini həll etmədə dinin mərkəzə qoyulması üçün çağırış etdi. Din dünyanın vicdanını oyandıra bilər” -dedi. Çox əsaslı dəyişikliklər oldu, maşaAllah… Bunlar hamısı mükəmməl hadisələrdir, Allaha şükür. İstər Belçikada olsun, istərsə də digər Avropa ölkələrində, heç birində ziyalılar müqavimət göstərmirlər. Yəni bu, çox gözəldir. Müqavimət göstərən var, amma müqavimət göstərməyən çoxdur. Çünki buradan çox müqavimət göstərmədiklərini anlayırıq. Edilən anketlərdə darvinizmə inanmayanların nisbəti 80%-ə çıxdı. Ayrı-ayrı edilən anketlər var. Məsələn, Almaniyada ayrı edilir. Hollandiyada edilən ayrı anketlər var. Bu, heyrətamiz bir nisbətdir, əvvəllər tam əksinə idi, 20% yaradılışa inanırdılar, 80% Darvinə inanırdılar. İndi 80% Darvinə inanmırlar. 80% yaradılışa inanırlar… (“Mersin” TV, 5 sentyabr 2008)
“Hürriyyet”, 21 sentyabr 2008
“Zaman”, 21 sentyabr 2008
TONİ BLERİN YARADILIŞ ATLASI AVROPAYA ÇATDIQDAN SONRAKI ŞƏRHLƏRİ
BBC xəbər agentliyinin 3 aprel 2008-ci il tarixli xəbəri:
Bler inancın daha böyük bir rol almasını təşviq edir.
Sabiq baş nazir Toni Bler dünya problemlərinin həllinə çalışarkən, inanca mərkəzi bir rol verilməsi üçün çağırış etdi.
Agence France-Press, 8 aprel 2008
Bler həyatını dinə həsr edir.
Sabiq baş nazir Toni Bler dinlərarası dialoqun artırılması üçün, “həyatımın geri qalanındakı işim” -deyir.
The Times, 3 aprel 2008
Toni Bler inanc liderlərini “dünyanın vicdanını canlandırmağa” çağırır.
Guardian, 4 aprel 2008
Bler belə təşviq edir: “Dini qoruyun və onun yaxşılıq üçün bir güc olmasına kömək edin”.
The Press xəbər agentliyi, 3 aprel 2008
Bler dünyanın problemlərini həll etmək üçün dinin istifadə edilməsinə təşviq edir. Toni Bler dünən gecə dini inancın dünyanın problemlərini həll etmədə dinin mərkəzə qoyulması üçün çağırış etdi. Sabiq baş nazir artaraq qloballaşan dünyada inancın rolunun xüsusilə əhəmiyyətli olduğunu söylədi. Din dünyanın vicdanını oyandıra bilər; kasıblıq və aclığın kökünü kəsmək üçün Milenyum İnkişaf Hədəflərini bacarmağımıza kömək edə bilər.
Toni Bler, qurduğu “Toni Bler inanc vəqfi”nin internet səhifəsində belə deyir:
“Siyasi ideologiya 20-ci əsrdə nə qədər əhəmiyyətli oldusa, dini inanc mövzusu da 21-ci əsrdə o qədər əhəmiyyətli olacaq. Qloballaşma dövründə fərqli inanclarda və bu səbəblə fərqli mədəniyyətlərdə insanların bir-birlərini daha yaxşı anlamalarını, sülh və qarşılıqlı hörmət içində yaşamalarını təmin etmək və dinə gələcəkdə yaraşacaq bir yer verməkdən daha əhəmiyyətli bir şey yoxdur.”