Möminlər heç bir halda öz inanclarından güzəştə getməzlər. Hər bir mömin olduğu şəraitdə Allahın və Onun dininin təmsilçisidir. Bu həqiqəti dərk edən və bu məsuliyyəti daşıyan möminə Allah və din əleyhinə danışıq gedən yerlərdə olmaq yaraşmaz. Belə ki, bu hal Quran ayələrində qəti olaraq qadağan edilmişdir:
Cahil cəmiyyətin üzvlərinin əsas xüsusiyyəti Allahı lazımınca qiymətləndirə bilməmələri və Onun qüvvəsindən xəbərsiz olmalarıdır. Müşriklər bu düşüncəsizliyin verdiyi cəsarətlə öz vicdanlarını rahat etmək üçün bəzən Allahın və dinin əleyhinə danışırlar. Bu, bəzən açıq bir hücum, bəzən ötəri söz atma, bəzən də din haqqında cahilcəsinəverilən hökm formasında olur. Hansı şəraitdə olursa-olsun, belə bir hal yarandığı zaman əgər müdaxilə etmək imkanı yoxdursa oranı tərk etmək möminə fərzdir. Bu hala laqeyd qalmaq, həmin şəraitin bir parçası olmaq Allahın şənini və şərəfini ucaltmaq vəzifəsi daşıyan möminə yaraşmadığı kimi Quranda da haram qılınmışdır.