MÜSƏLMANLARA ZORBALIQ TƏSİRLİ OLMAZ
Səhabələrə də qədimdən müşriklər zorbalıq edirdilər; "Asacağıq, kəsəcəyik". Onlar da dedilər ki; "Əlinizdən gələni əsirgəməyin". Nə edərsən? Ən çoxu Allahın yazdığı qədərindəki olur. Sənə onu söylədən kimdir? Allah. Səhabə vəzifəsini yerinə yetirmədən canı getməz. Can alacağıq zənn etdilər, baxdıq, öz canları getdi. Can alacağıq zənn etdilər, Allah onların canlarını aldı. Yaşayan ölülərə döndülər. Ayaq üstə durarkən öldürdü Allah onları. Bir çox müşrik ayaq üstə durarkən öldülər. Peyğəmbərimiz (s.ə.v)-i şəhid etməyə gedir, Allah yolda gedərkən onu öldürür. Boş bədən olaraq gedir, ağılsız bir bədən kimi. Olsa da gücü çatmır, ağlı getmiş çünki. Məğlub olur. Allah ağlını alır.
AYAQ ÜSTƏ YERİYƏN ÇOX ÖLÜ VAR. ALLAHA KİM DÜŞMƏN OLSA, KİM ALLAHIN DOSTUNA, VƏLİSİNƏ DÜŞMƏN OLSA, ALLAH ONU AYAQ ÜSTƏ ÖLDÜRƏR. YÜRÜYƏRKƏN ÖLÜR, YEMƏK YEYƏRKƏN ÖLÜR. CANLI ZƏNN EDƏRSƏN, ÖLÜDÜR. XƏBƏRİ BELƏ OLMUR. AİLƏSİNİN DƏ XƏBƏRİ OLMAZ ÖLDÜYÜNDƏN. BİRDƏN CƏHƏNNƏMİN İÇİNƏ YUVARLAYAR, ALLAH. Yəni boynunun ardından çəkir, bir anda cəhənnəmin içinə yuvarlayırlar. Amma kənarda dayanır. Sən onu gəzir, danışır filan zənn edərsən. Ağlı gedər. Onsuz da deyirlər, "Üzünün parlaqlığı getmiş, buna bir şey olmuş". Deyirlər. Ölür adam. Mənasız, boş-boş baxır. Ölmüşdür halbuki.