Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Evində qaldığı qadın, onu yoldan çıxartmaq istədi". İndi xurafatçılara söyləsən, desən ki: "Hz. Yusif (ə.s) qadının evində qalırmış", hz. Yusif (ə.s)-ı daşa tutmağa cəhd edər həmin xurafatçılar, öldürməyə cəhd edərlər; "sən, qadının evində necə qala bilərsən" deyə. Bu bir xurafatçı üçün, qəbul edilə biləcək şeydirmi? Olacaq iş deyil. O dövrdə xurafatçıların hz. Yusif (ə.s)-la qarşılaşdığını düşünün, qadının evində qalır, nə etməzlər? Bunu hansı xurafatçı qəbul edər?, qadının evində qalmasını. Qəbul etməzlər, elə deyil? İllərlə qalır qadının yanında, baş-başa qalırlar, təkbaşına qalırlar otaqda. "Onu yoldan çıxartmaq istədi". Lakin bax: "Yetkinlik yaşına çatdıqda evində qaldığı qadın". Hz. Yusif (ə.s) bir qadının evində qalır, təkbaşına qadınla birlikdə qalır. Xurafatçılara görə hz. Yusif (ə.s) harama girmişdir, elə deyil? Özü də xeyli böyük harama girmişdir, haşa. "Onu yoldan çıxartmaq istədi". Yəni qadın, sevişmək istəyir. "Bunu necə deyə bilərsən?" deyir, "uşaq-muşağa, biz birlikdə baxırıq" deyir. Yaxşı, Allah söyləyir, necə söyləməyim? "Söylənər mi?" deyir, "söyləməməlisən" deyir. Quran ayəsini oxumamalıyıq, uşaq-muşaq birlikdə seyr edirlər deyə. "O qapıları möhkəm bağlayaraq", bax: "Qapıları möhkəm bağlayaraq". Yəni qadın qapıları kilidləyir, hz. Yusif (ə.s)-ın qaçmasına mane olmaq üçün. Deməli, kişi də cazibədar olurmuş, elə deyil? Elədir. Sırf qadın cazibədar olmaz, kişi də cazibədar olar. Bax, qadın onu arzulayır. "Qapıları möhkəm bağlayaraq: "Səni arzulayıram, gəlsənə!" dedi" deyir. Deməli, uzaqdadır, "gəl" deyir, yanına çağırır. Yəni cinsi əlaqəyə girmək istəyir. Çünki onsuz da yan-yanadırlar, qadınla bir hüquqları var, danışırlar, qadın onu bəyənir, sevir, söhbətləri olur, təkcə cinsi əlaqəyə girmir hz. Yusif (ə.s). Lakin qadın açıqca söyləyir bax: "Səni arzulayıram" deyir. Açıqca bəyan edir, cinsi əlaqəyə girmək istədiyini söyləyir. "Gəlsənə" deyir, yəni cinsi əlaqəyə dəvət edir. "O (Yusif) dedi: "Allaha sığınıram"". Müsəlman olduğu üçün. Nə ilə əngəllənir? Jandarmeriya ilə mi? Arasına sədd çəkilərək mi? Qadının başına çarşab keçirilməklə də deyil, elə deyil mi? Nə ilə? İmanı ilə. Ağlı, vicdanı, imanı özünü dayandırır. Deməli, ölçü nədir? İman, Allahdan qorxmaqmış. Zinanı nə əngəlləyirmiş? Allahdan qorxmaq əngəlləyirmiş, imanla əngəllənirmiş. "Allaha sığınıram. Çünki o mənim Əfəndimdir". Allaha: "Rəbbimdir" deyir, "O mənim Rəbbimdir". "Yerimi gözəl etmişdir". Çünki çox rahat bir mühitdə yaşayır. "Həqiqət budur ki, zalımlar nicat tapmazlar". "Zülmdür" deyir, "elə şey. Mən bunu etmərəm" deyir və "nicat tapmazlar" deyir.
"And olsun, qadın onu arzulamışdı". Yetkinlik yaşına çatdıqda yaraşıqlı olur, əvvəllər kiçik olarkən qadının diqqətini elə də çəkmir, lakin sonra cüssəli, aslan kimi cavan oğlan olduqda təsirlənir qadın ondan. "Əgər Rəbbinin (zinanı qadağan edən) qəti dəlilini (bürhanını) görməsəydi, o da (Yusif də) onu arzulamışdı". Bax, o da onu arzulayır. Lakin haram olduğu üçün yanaşmır. Arzulama var, istəyir qadını, içində var. Lakin haram olduğu üçün nə edir? Yanaşmır. "Beləliklə, biz ondan pisliyi və zinanı geri çevirmək üçün (ona dəlil göndərdik). Çünki o, Bizim sadiq qullarımızdandır". Allah, pisliyi, zinanı necə geri çevirir? İmanı ilə, Allaha olan imanı inşaAllah.