Bir müsəlmanın, dünya həyatında çatmaq istədiyi ən əhəmiyyətli hədəflərindən biri Quran əxlaqının dünyaya hakim olması, insanların Allaha gərəyi kimi qulluq etmələridir. Allah Quranda möminlərə bu hədəflərinə çatmağın yolunu göstərmiş və belə buyurmuşdur:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi, 55)
Allahın möminlərə verdiyi sirrə görə, möminlər yalnız Allaha ibadət edərək şərik qoşmadıqları təqdirdə Allah Quran əxlaqını yer üzündə məskun edəcək. Bu çox əhəmiyyətli bir sirrdir. Çünki bu, Quran əxlaqının bütün insanlar arasında yayılmasının məsuliyyətinin tək-tək hər möminin üzərində olduğunu göstərər. Elə isə vicdan sahibi hər mömin, şərik qoşmaqdan şiddətlə çəkinməli və yalnız Allaha ibadət etməlidir. Hər şeydən əvvəl şərik qoşmaq Allahın bağışlamadığı bir günahdır və insanı cəhənnəm əzabına aparar. Ancaq şərik qoşmaq deyildiyində, bir çox insan yalnız bütlərə tapınan bütpərəstləri düşünə bilər. Halbuki insanların diqqət yetirmələri və çəkinmələri lazım olan gizli şirkdir.
Gizli şirkdə insan Allaha iman etdiyini, tək ilah və yaradıcı olaraq Allahı qəbul etdiyini və yalnız ONA uyduğunu söyləyə bilər. Ancaq bu insan əgər Allahdan başqa varlıqlardan qorxursa, insanların təqdirini, dəstəyinə əhəmiyyət verirsə, dünya həyatında malına və ya canına gələ biləcək təhlükələrdən narahatlıq hiss edirsə, ticarətini, ailəsini, soyunu Allahdan və Allah yolunda səy göstərməkdən daha üstün tutur, onlara prioritet verirsə şirk içindədir.
Allahın göstərdiyi əsl imanda, Allahın məmnuniyyəti hər şeyin üstündədir. Allah xaricindəki bütün varlıqlar, bütün maraq, sevgi və yaxınlıqlar, ancaq Allahın məmnuniyyətini qazanmada bir vasitəçi ola bilərlər. Və ya özünə verilən bir nemət üçün insanlara qarşı minnətdarlıq edən, onları özünün qoruyucusu olaraq görənlər də Allaha şərik qoşmuş olarlar. Çünki hər insanın ruzisini verən, onu doyuran, qoruyan, saxlayan, ona şəfa verən Allahdır. Allah, əlbəttə ki, bunları bir insanın əliylə reallaşdıra bilər. Məsələn, Allah bir insana şəfa verməyi dilədiyində bunu bir həkimin əliylə edər. Ancaq insan həkimdən mədət ümid edə bilməz. Çünki Allah diləmədikcə heç bir həkim insana şəfa verə bilməz.
Şəfa tapan bir insan, həkimə Allahın şəfasına vasitə etdiyi bir insan olaraq baxar və əlbəttə ki, sevgi və hörmət göstərər. Ancaq, şəfanı verənin Allah olduğunu bilər və ONA şükr edər. Əks halda insanları Allaha ortaq qoşmuş, Allahın bir sifətini insanlara vermiş olar. Hər müsəlmanın gizli şirkdən şiddətlə çəkinməsi, daim öz içində səmimi bir mühasiblik edərək, Allahdan başqa dostlar, sirdaş və ya vəkillər əldə etməməsi lazımdır.