Dəngə TV, 3 iyul 2008 Adnan Oktar:Bütün İslam ölkələrində belədir, xalq kasıbdır. Həyat keyfiyyəti aşağıdır. Əksəriyyəti belədir. Halbuki buna görə heç bir səbəb yoxdur. Amma bir Türk-İslam Birliyi meydana gəlsə, ağlı başında bir Türk-İslam Birliyi Məclisi yaradılsa, bu dərd və problemlər kökündən həll edilər və İslam əxlaqının dünyaya hakimiyyəti an məsələsi olar. Həm də ildırım sürəti ilə meydana gələr. Buna görə birlik mövzusunun üstündə çox durmaq lazımdır. Bütün türk dövlətlərini ki, hamısı demək olar müsəlmandır və bütün müsəlman dövlətlərini bir nöqtədə birləşdirər. Belə bir Türk-İslam NATO-su kimi, Türk-İslam Ortaq Bazarı kimi böyük bir quruluşa gətirmək, hamısını milli dövlətlər olaraq ayrı-ayrı tutmaq, yəni dövlətlərin dəyişməsinə ehtiyac yoxdur. Sistem daxilində ağılı, səmimiyyəti, eşqi və həvəsi əsas tutmaq. Rəsmi üslubu qaldırmaq çox əhəmiyyətlidir. Yəni rəsmiyyət ruhu əzər. Rəsmiyyətdən uzaqlaşmaq lazımdır. Eşq bir, səmimiyyət iki. Bu işlər son dərəcə eşqlə, səmimiyyətlə həll olunmalıdır. |