Bir ölkədə şərait içindən çıxılmaz hal aldığında, cəmiyyətdə narazılıqlar başladığında köklü dəyişikliklər hər zaman müsbət nəticə verir. Bu səbəbdən də prezident seçkilərinin nəticəsi Türkiyədə hər kəsin tələbini əks etdirməsə də uzun müddət arzu olunmayan qütbləşmə mövcud olan ölkə üçün bir fürsət olaraq dəyərləndirilməlidir. Hər yenilikdə, hər işdə mütləq bir xeyir var.
Qütbləşmənin, xüsusilə, 2013-cü ildəki Gəzi Parkı etirazları əsnasında özünü göstərməsi Türkiyədə təzyiqi xeyli artırmışdı. İlk öncələri Baş nazirə edilən etirazlar bu tarixdən sonra daha da artdı. Arzu olunmayan mərhələ bu zaman dövriyəyə girdi. Tənqid məsələsində hər kəs azaddır, amma tənqid adı altında bir növ çevriliş təşəbbüsü Baş nazirin də üslubunu sərtləşdirdi. Bu vəziyyət problemləri daha da böyütdü.
Bunu qeyd etmək lazımdır ki, qütbləşmə sadəcə Türkiyənin problemi deyil. Qütbləşmə bütün dünyanın problemidir və Yaxın Şərq ənənəsi olaraq ”Ərəb baharı” ilə bölgədə surətli şəkildə özünü göstərdi. Yaxın Şərq ölkələrinin müharibələrdən daha çox daxili münaqişələrlə çalxalanması bu vəziyyəti təsdiq edir. Eyni ölkənin insanları, vətəndaşları, qardaşları bir-birinə düşmən oldular. Sadəcə ölkələr deyil, din və məzhəblər üzərində də qütbləşmə özünü biruzə verdi. Hazırda müsəlmanın müsəlmanı öldürməsi bunun ən böyük göstəricisidir.
Türkiyədə Yaxın Şərq ənənələri o qədər də güclü olmamasına baxmayaraq, mövcud vəziyyət istər-istəməz ona da təsir etdi və öz daxilində qütbləşmələrə yol açdı. Adətən bütün siyasətçilərin istifadə etdikləri qəzəbli siyasət dilinin də bunda təsiri inkaredilməzdir. Qəzəb qütbləri daha da uc nöqtələrə gətirib çıxardı.
Bu səbəbdən də yeni prezidentlik dövründən müsbət gözləntilər içində olmaq daha yaxşı olacaqdır.
Yeni prezident cənab Tayyib Ərdoğan seçkilərdən əvvəl “yeni Türkiyə” məsələsində israrlı idi. Yeni layihələri vardı, ancaq bunları o qədər də bəlli etmədi. Amma hər fürsətdə daxildə və xaricdə yeni və pozitiv bir siyasətin hakim ediləcəyini dilə gətirdi. Seçkilərin müvəffəqiyyətlə nəticələnməsindən dərhal sonra balkondakı çıxışında bunları dedi: "Köhnə mübahisələri, gərginlikləri, qarşıdurma mədəniyyətini, virtual problemləri köhnə Türkiyədə buraxaq istəyirəm. Bu gün dünəndən çox daha yaxşıdır, əmin olun".
Bu əhəmiyyətli və çox müsbət mesaj cənab Ərdoğanın fərqli bir strategiya izləyəcəyinin açıq göstəricisidir. Türkiyə üçün bu vacibdir, çünki prezidentlik fərqli bir məqamdır. Daha çox mülayimlik, daha güclü qucaqlayıcılıq tələb edir. Daha da əhəmiyyətlisi Yaxın Şərqin içinə düşdüyü bu qarışıqlıq mühitində Türkiyənin bu mülayim siyasəti güclü və hakim etməsi şərtdir.
Prezident seçkilərinin digər fiquru olan ana müxalifət partiyasını isə məğlub olan tərəf kimi xarakterizə etmək çətindir. CHP əslində sol partiya olmasına baxmayaraq, dindarları da qucaqlayan mülayim yeni siyasəti ilə son dövrlərdə daha çox güclənmiş bir partiyadır. Prezident seçkilərinə iki müxalifət partiyanın namizədi Ekmələddin İhsanoğlu Yaxın Şərq siyasətinə hakim və çox hörmətli bir şəxsiyyətdir. İhsanoğlunun seçkilərdəki məğlubiyyətini türk daxili siyasətində təcrübəsizliyinə bağlamaq daha doğru olar. Bu səbəbdən bu məğlubiyyət CHP və ya MHP-yə aid bir məğlubiyyət olaraq qəbul edilməməlidir. CHP-nin əsl müvəffəqiyyətsizliyə aparan amil, öz daxilində keçmişin qaranlıq qızıl sol zehniyyətini ayaqda tutmağa çalışanların narahatlıqları və sədrə qarşı olmalarıdır. Öz liderlərinə sahib çıxa bilməyən bir birlik şübhəsiz ki, güvənilən deyil. Bu güvənsizlik təbii olaraq cəmiyyətə də əks olunur. Halbuki, CHP lideri cənab Kamal Kılıçdaroğlu mehriban, müasir, səmimi və dindarlara yaxınlığı ilə olduqca ideal bir liderdir.
Göründüyü kimi, bu seçkilər qalib gələn tərəfə qucaqlayıcı və mülayim lider anlayışını, məğlub olan tərəfə isə sədr və dindarlara sahib çıxan partiya anlayışının zəruriliyini göstərmişdir. Seçim xəritəsi isə sahil qəsəbələrin hökumət və hökumət namizədinə qarşı uzaq olduğu həqiqətini bir daha göstərmişdir. Bu vəziyyətin dəyişməsi, oradakı xalqın tələblərinin yaxşı anlaşılması və Ədalət və İnkişaf partiyasının xurafatçı zehniyyəti canlı tutmağa çalışan insanlardan və onların fikirlərindən uzaq tutulması ilə mümkün olacaqdır. Bundan sonrakı mərhələ Türkiyənin yeni Baş nazirini müəyyən etməkdir. Bu məsələdə adı keçən iki isim-Binali Yıldırım və Əhməd Davudoğlu çox təcrübəli siyasətçilərimizdəndir. Hər ikisinin də Baş nazirliyi Türkiyəyə böyük nailiyyətlər gətirəcək. Binali Yıldırım aydın və azad fikirləri və ən vacibi sahil şəhərimiz olan İzmirdə sevildiyindən Ədalət və İnkişaf partiyasının iqtidarına böyük nailiyyətlər verə biləcək xüsusiyyətdədir. Cənab Davudoğlunun da Xarici İşlər naziri olaraq uğurlarını Baş nazir olaraq da mükəmməl şəkildə davam etdirəcəyi açıqdır.
“Yeni Türkiyə”yə ehtiyac var. Bu ehtiyac təkcə türk xalqının deyil, himayəyə möhtac bütün məzlumların tələbatıdır. Sərhədlərimiz ölkələrindən qovulmuş, zülmdən qaçan məzlumlarla dolub daşır. Yeni Türkiyə təcili surətdə daxili problemlərini həll etməli, dünyanın hər tərəfindəki çarəsiz və köməksiz buraxılmış bu məzlumlara sahib çıxacaq gücə malik olmalıdır. Yaxın Şərq və bütün dünyada bəlaların, zülmlərin önünü kəsəcək, vəhşiliyə dur deyəcək və bunun yerinə sülhü gətirəcək sevgi təmsilcilərinə ehtiyac var. Bu səbəbdən də “yeni Türkiyə”nin düsturu daxildə və xaricdə sevgi, şəfqət və mülayimlik olmalıdır.
Türkiyədəki prezident seçkiləri bu səbəbdən yeni dövrün başlanğıcı olmalıdır. Sübhəsiz ki, hər işdə bir xeyir, hər yenilikdə bir gözəllik var.
Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi: