Viruslar hüceyrənin yaşaması üçün ehtiyacı olan qidaların formasını təqlid edirlər. Bu, kilid açanın açarların formasını təqlid etməyinə bənzəyir. Virus hüceyrənin içinə girdikdən sonra öz surətini orada qoyur və hüceyrə virus olaraq çoxaltmağa başlayır. Hüceyrənin içində çoxalan viruslar hüceyrəni partladır və onlarla viruslu hissə digər hüceyrələrə keçir. Ebola virusu da orqanizmə bu cür girir və insanları ölümə sürükləyən proses başlayır.
Viruslar insan orqanizminin ən böyük düşmənidir. Virus insan orqanizmindəki hüceyrələrdən sığınacaq kimi istifadə edir, çoxalır və bəzən insanın ölümünə səbəb olur. Virus zülal örtükdən və örtüyün içində özünə aid məlumatlar olan genetik kodlardan (DNT və ya RNT) ibarətdir. Tək başına həyatda qalmaq üçün hər hansı bir funksiyası və ya orqanı yoxdur. Enerji istehsal edən və ya zülal sintez edən sistemi yoxdur. Ona görə də bu funksiyaları yerinə yetirən canlı hüceyrənin varlığına möhtacdır. Bu səbəbdən bir virus milyonlarla il dəyişmədən və həyat əlaməti göstərmədən olduğu yerdə qalır. Bu müddətdə strukturunda heçbir dəyişiklik olmur və ya pozulmur. Uzun müddət gözlədikdən sonra bir orqanizm ilə qarşılaşanda, dərhal canlanır və hərəkətə gəlir. O, sanki planlar quran, strategiya hazırlayan, ağıl istifadə edən şüurlu canlıya çevrilir. Bu qeyri-adi dəyişikliyin yeganə səbəbi isə Allahın canlıya hərəkətlənməsini ilham etməsi, ona həyat verməsidir. Şübhəsiz, başqa heç bir güc, heç bir elm, heç bir texnoloji mexanizm bu qeyri-adi şüurlu davranışlara səbəb olmur.
Viruslar uzun müddət cansız kristal halında yaşayırlar. Viruslar daxil olduqları hüceyrənin temperaturu və rütubəti sayəsində canlanırlar. Hüceyrənin içinə yerləşdikdə bəzən saatda 100 dəfə çoxala bilirlər. Bəzən öz genetik quruluşunu dəyişdirərək bir il ərzində 20 milyon insanı öldürə bilirlər. Belə güclü və ölümcül təsirlərə malik olan viruslar o qədər kiçikdirlər ki, 1018 dənəsi bir tennis topunun içinə sığa bilər. Əgər kainatın başlanğıcından bəri saniyədə bir virus tennis topunun içinə qoyulsa idi,indiyə kimi topun ancaq yarısı dolardı. Əlbəttə, hər bir virus eyni böyüklükdə deyil. Bir virus digərindən min dəfə böyükdür, amma yenə də bir tennis topunu doldurmaları 30 milyon il tələb edir. Böyük viruslardan 80 dəfə kiçik olan viruslar isə topu 2 trilyon ilə belə doldura bilməzlər.
Virusların strukturları tədqiq etdildikcə, onların mükəmməl quruluşa sahib olduqları görünür. Virusun örtüyünü əmələ gətirən molekullar virusa ləl-cəvahirat görünüşü verirlər. Hər bir virusun özünə məxsus həndəsi quruluşu və heyranedici formaları var. Təbiətdəki digər şeylərdə olduğu kimi, virusun formalaşmasında da müəyyən qayda və ölçülər var. Viruslar "kub şəkilli simmetriya"ya malikdirlər. Alimlər bu memarlıq nümunəsinin qaydalarını və strukturunu tapmaq üçün uzun illər boyu tədqiqatlar aparıblar. Bu həndəsi qaydalar nəticəsində yaranan formalar ikosaedr adlanır. Nəticədə, 20 səthdən ibarət bərabər tərəfli üçbucaqlar yaranır.
Müxtəlif viruslar altıbucaqlı, beşbucaqlı həndəsi formalara uyğun olaraq çox səthli, simmetrik xarici örtüyə malik olurlar. Bəzi viruslar isə boru və ya silindr formasına malikdirlər. Bu cür viruslarda isə spiral simmetriya mövcuddur.
Elm dünyası 30 ilini yeni kəşf edilən virusları X-süaları və digər mürəkkəb metodlarla mikroskop altında tədqiq etməyə sərf edib. Başqa sözlə desək, özünə məxsusluğu ilə bütün canlılığı təsiri altına alan, kütləvi insan ölümünə səbəb olan, əslində isə yalnız hüceyrə membranı və DNT-dən ibarət olan bu canlı, hələ ötən əsrdə kəşf edilib və o vaxtdan etibarən 30 il ərzində başa düşülməyə çalışılıb. Ancaq bu mərhələyə çatana qədər minlərlə insan bir-birindən fərqli formalarda olan bu kiçik canlıların öldürücü və ya xəstəlik törədən təsiri altında qalmışlar. Yəni insanların varlığından belə xəbəri olmayan bu kiçik canlılar milyonlarla il ərzində eyni üsullardan istifadə etmişlər və həmin iş bölgüsü ilə hərəkət etmişlər. Bax bu, Allahın sonsuz elminin təzahürüdür.
Ebola virusunun mikroskop altındakı görüntüsü U hərfinə və ya 6 rəqəminə oxşayır. Alimlər bu virusu çoban dəyənəyinə də bənzədirlər. Membranın kənarında kompleks şəkildə qlikoprotein molekulları mövcuddur. Virus bu molekulların istehsalında xüsusi taktikadan istifadə edir və immun sisteminin virusa qarşı antitel istehsal etməsinin qarşısını alır. Ebola genlərində digər viruslardan fərqli olaraq, inanılmaz RNT kopiyalanması prosesi gedir. Virusun inaktiv RNT-sində 7 fərqli zülalın geni mövcuddur.
Virusun daxilində olan zülallar:
1- Nükleoprotein N (bu zülal RNT-ni qorumaq üçün onu xaricdən əhatə edir)
2- Minor nükleoprotein VP30 (genlərin RNT üzərindəki yerlərini müəyyən etməyə kömək edir, RNT-niəhatə edən başqa bir zülal)
3- VP35 (bu zülal inaktiv RNT-dən fəal RNT istehsal edən zülaldır. L zülalının işləməsinə dəstək olur)
4- L-zülal (RNT polimeraza zülalı, yəni aktiv RNT istehsal edən zülaldır)
5- Matriks VP40 (membran ilə daxildəki inaktiv RNT molekulu arasında yerləşir, membranın üzərinə yapışmış olur. Əksəriyyət viruslarda bu zülal var.)
6- Matriks VP20 (membran ilə daxildəki inaktiv RNT molekulu arasında yerləşir, membranın üzərinə yapışmış olur. Adətən VP40 şəklində mövcuddur. Ancaq bu zülal daha az miqdardadır.
7- Qlikoprotein (membranın kənarında kiçik tikanlı çıxıntılar yaradan kompleks glikoproteinlərdir)
İnsanın 100 trilyon hüceyrəsinin hər birinə müxtəlif üsullarla girməyi bacaran, çox kiçik olmasına baxmayaraq insanın, hətta kütlələrin ölümünə səbəb olan virus Allahın böyük möcüzəsidir. Allahın sonsuz ağlını görməyimiz üçün yaradılmışdır. Gözlə görülməyən bir virus qarşısında insanın necə aciz qaldığına şahid olması üçün bu canlılar Allahın diləməsi ilə var edilmişlər. Yer üzündəki bütün mükəmməl əsərlər kimi, bu canlı da yaradıcısının gücünü nümayiş etdirir. İnsanlar qəbul etsə də, etməsə də, bu, həqiqətdir. Allah bir ayədə belə buyurur:
Virus hüceyrəyə daxil olaraq onun fəaliyyətini dəyişdirən və özünə xidmət etdirənbir canlıdır. Hüceyrəyə girməzdən əvvəl ayaqları ilə hüceyrənin özünə uyğun olub-olmadığını yoxlayır. Hüceyrə uyğundursa, öz DNT-sini və ya "özünü" hüceyrənin içinə salır. Hüceyrəisə içinə girən bu yeni DNT-nin yad yad cisim olduğunu anlamır. Təsbit edə bilmədiyi bu yad maddəyə qarşı mübarizə də aparmır. Hüceyrə virusun DNT-sini DNT-lərin olduğu yerə, yəni nüvəyə aparır. Virus burada hüceyrənin DNT-sinə qarışır. Bu mərhələdən sonra hüceyrə zülal istehsal etdiyini zənn edərək yeni virusun DNT-sini artırmağa başlayır.
Ebola virusu hüceyrəyə girdikdə, L zülalin aktiv RNT-nin sol ucundan başlayaraq aktiv RNT istehsal edir. Maraqlı olan isə L zülalının şüurlu iş görməsidir. Birincisi, aktiv RNT-yə adenin molekulları əlavə edir və hara nə qədər adenin əlavə edəcəyini bilir. İkincisi, GP-nin (qlikoprotein) (şəkildə sarı rəngli GP yazılan hissənin alt hissəsində olan sGP) olduğu hissədə möcüzə baş verir.
Aktiv RNT istehsal edildikdə ilk yaranan GP (qlikoprotein) genindən istehsal olunan qlikoprotein tam struktura malik olmur. O, suda həll olan kiçik zülaldır. Virus əvvəlcə bu zülalı istehsal edir və qlikoprotein hüceyrədən qana keçir. Kiçik molekul insanın qan dövranına qarışır. İnsanın qanındakı immun hüceyrələri ilk dəfə bu kiçik zülal ilə qarşılaşır və buna uyğun olaraq antitel istehsal edir. Amma ağıllı L zülalı qlikoprotein genini kəsir və dəyişdirir, bir az fərqli qlikoprotein əmələ gətirir. Bu qlikoprotein də hüceyrənin membranına yapışıb qalır, yəni hüceyrədən kənara çıxa bilmir. Bu səbəbdən də qanda sərbəst gəzmir, virus tam halda hüceyrədən kənarlaşdırılanda membranın üzərində olur. İmmun hüceyrələri bu qlikoproteinin kiçik və fərqli bir versiyası ilə əvvəl də qarşılaşdıqları üçün ona uyğun müdafiə qururlar. Və virusun üzərindəki əsas qlikoproteini tanımadıqları üçün ona qarşı antitel istehsal edənə qədər virus digər hüceyrələrə daxil olur.
L zülalının RNT üzərindəki kodu kəsib dəyişməsi "RNT editing" adlanır və təbiətdə yalnız bəzi eukariot (nüvəli) hüceyrələrin bəzi həssas sistemlərində baş verir. Virusun zülalının bunu bilməsi, harada necə kəsəcəyini anlaması və immun sistemini aldatmaq üçün qabaqcadan daha təsirsiz və fərqli bir qlikoproteini qana ifraz etməsi mükəmməl bir ağılın açıq dəlilidir.
Şübhəsiz, virusun strukturu mükəmməl bir sistemin varlığını göstərir.Ağılı və beyini olmayan, hətta DNT-si belə olmayan virusun hüceyrəni tanıması və bunları yalnız 7 ədəd zülalı və üstəlik inaktiv olan RNT ilə etməsi böyük bir möcüzənin açıq dəlilləridir. Əlbəttə, həkimlərin çətinliklə həll etməyə çalışdığı sistemi mikroskopik canlının problemsiz şəkildə həyata keçirməsi onların ağıllı və bacarıqlı olması mənasını vermir. Virusların bu prosesləri yerinə yetirmələri üçün Allah onları qüsursuz yaratmışdır. Bir ayədə belə buyurulur:
Qərbi Afrikada qısa müddət ərzində 729 nəfəri öldürən və dünyada təşviş yaradan Ebola virusunu tibbin hazırkı imkanları ilə zərərsizləşdirmək tam olaraq mümkün deyil. Hələ ki, müalicəsi olmayan bu xəstəliyə qarşı ZMapp adlı dərmandan istifadə edilir, onun meymunlar üzərində təsiri yoxlanılır və yaxşılaşma müşahidə olunur. Ancaq məhdud dərəcədə uğur qazanan və dünyanın ən yaxşı tibbi təhsilli alimlərin mikro səviyyədəki bir virusun mexanizmini hələ də tapmaması virusun ağlının insan ağlından üstün olduğunu göstərir. Şübhəsiz, yer üzündəki bütün mükəmməl əsərlər kimi, bu canlı da bu əsərin yaradıcısının gücünü göstərir. İnsanlar qəbul etsə də, etməsə də, bu, mütləq olan bir həqiqətdir.