Referendumdan sonra Türkiyədən gözlənilənlər
ucgen

Referendumdan sonra Türkiyədən gözlənilənlər

1130

Türkiyədə 16 aprel 2017-ci il tarixdə keçirilən referendumda xalq konstitusiya dəyişikliyi təklifini təsdiqlədi. Referendumdan sonrakı Türkiyənin yeni bir mərhələyə qədəm qoyması ölkə daxilində və xaricində gündəmdə olan mövzulardan biridir.


Dünya ictimaiyyətini maraqlandıran iki sual var:


Birincisi, yeni sistem Türkiyəyə hansı müsbət və mənfi təsirləri gətirəcək? 
İkincisi, Türkiyənin bundan sonrakı beynəlxalq əlaqələri necə olacaq? Dostları, qonşuları, müttəfiqləri və digər ölkələrə olan siyasətində hər hansı bir dəyişiklik olacaqmı? İlk ağıla gələn isə Rusiya, Avropa və ABŞ-la olan əlaqələrdir.


Bu sualları cavablandırmağa keçməzdən əvvəl təsdiqlənən konstitusiya dəyişikliyi haqqında bəzi əsas məqamları aydınlaşdıraq. Əvvəlcə, yeni idarəetmə üsulu bəzi müxaliflərin gətirdiyi əsas arqument olan diktatorluq və ya nəsildən nəsilə ötürülən monarxiya olmayacaq.


Yeni sistem dünyada bir çox ölkədə tətbiq olunan prezidentlik və yarımprezidentlik idarəetmə sistemlərinin Türkiyədəki vəziyyətə uyğunlaşdırılmasından ibarətdir. Əsas fərqi federasiya və muxtariyyət yaratmadan dövlətin unitar quruluşunu qoruması və partiyalı prezident sisteminin tətbiq olunmasıdır. Bu, Türkiyənin müstəqil, güclü və sabit olması baxımından ən mühüm məsələdir.


Bu sistemdə "partiyalı prezident" demokratik seçkilərlə hakimiyyətə gələcək və iki dəfədən artıq bu vəzifəyə seçilə bilməyəcək. Prezidentin səlahiyyətləri genişləndiriləcək. Lakin Məclisin Prezidentin fəaliyyətinə nəzarət etmə, zəruri hallarda isə onu səlahiyyətlərindən məhrum etmək hüququ da olacaqdır.


Yeni konstitusiyanın ziddiyyət, mübahisə və sual yaratmayacaq şəkildə dəqiqliklə hazırlanması, əlbəttə ki, yaxşı olardı. Lakin Türkiyədə problem və çatışmazlıqlara həll yolu gətirmək məqsədilə qısa müddət ərzində hazırlandığına görə mükəmməlləşdirilməsi üçün zamana ehtiyac var. Gələcəkdə tətbiqi zamanı ortaya çıxacaq problemlər, verilən təklif, tənqid və reaksiyalar dəyərləndiriləcək. Bütün bunlara uyğun edilən müsbət dəyişikliklər yeni referendumlarla xalqın təsdiqinə təqdim edilə bilər.


Yeni sistem Türkiyənin inkişaf, təhlükəsizlik və sabitliyi baxımından müsbətdir. Xalq özünün seçərək vəzifəyə gətirdiyi bir liderin gücünü, fəaliyyət istiqamətlərini artıracaq. Bunun sayəsində idarəetmə gücləndirilərək lazımsız fəaliyyətlər, dağıdıcı müxalifət, zəiflətmək məqsədli bürokratiyalara maneə yaradılmış olacaq. Yeni sistem seçilən şəxsə vəzifələrini daha rahat yerinə yetirmə imkanı təmin edəcək.


Bütün bunlar Türkiyənin güclü, təhlükəsiz və sabit olmasına gətirib çıxaracaq. Bu isə onun xarici əlaqələrdə dost və müttəfiqlərinə daha çox güvən yaratmasına, qarşılıqlı əməkdaşlıqların güclənməsinə səbəb olacaq.
Bu səbəbdən Türkiyənin qonşusu və dostu Rusiya ilə arasındakı münasibətlər yaxşılaşacaq və əlaqələr möhkəmlənəcək. Türkiyənin bölgədə daha güclü və sabit bir ölkə olması müttəfiqi olan Rusiyaya da ticarət, iqtisadi, siyasi və strateji baxımdan faydalı olacaq. Rusiyanın güclü bir dövlət, cənab Putinin güclü bir lider olması da eynilə Türkiyə üçün müsbətdir.


Cənab Putinin referendumdan sonra cənab Ərdoğanı təbrik etməsi referendum nəticəsinin hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu açıq şəkildə göstərir.
Avropa İttifaqı ilə olan əlaqələrə gəldikdə isə təəssüf ki, eyni müsbət haldan bəhs etmək çətindir. Türkiyə üzərinə düşən öhdəlikləri dəfələrlə yerinə yetirdiyi halda, üzvlük məsələsi illərdir ki, ləngidilir. Əlbəttə, bunda Avropanın bir günahı yoxdur. Bu gün Rusiyanı təcrid edən və müxtəlif sanksiyalar tətbiq edən Avropa İttifaqı daxilində olan dərin güclər Türkiyəni də açıq şəkildə bu İttifaqdan kənarda tutur.


Buna baxmayaraq, Türkiyə referendumdan sonra da hər zamankı yaxşı niyyətli, fayda verən və uzlaşdırıcı rəftarını davam etdirəcək. Ancaq Avropa mediasının cənab Ərdoğan və türk xalqı əleyhinə apardığı qaralama kampaniyaların referendumdan sonra da artması  narahatlıq vericidir.


Türkiyə əleyhinə bölünmə və vətəndaş müharibəsi provokasiyaları edən Avropa İttifaqı mediasının İngiltərədə çıxan xəbərləri belədir:


The Economist: "Türkiyə diktatorluğa doğru gedir" ... Financial Times: "Yeni sultanın acı zəfəri" ... Independent: "Dərin bölünmələr səbəbindən Türkiyə potensial düşmənlərinin ovuna çevrilir" ...


Alman mətbuatında çıxan bəzi xəbərlər isə belədir:
Bild: "Almaniya türkləri bir despot üçün səs verdi" ... Spiegel Online: "Türklər avtokratik başçılarına daha çox güc vermək üçün səs verdilər" ... Frankfurter Allgemeine: "Vəhşi Ərdoğanıstanda" ...


İsveçrə kanalları isə "Ərdoğan Avropada terrora dəstək olurmu? proqramları hazırlamaqdan çəkinmirlər.
Bir çox Avropa İttifaqı ölkələrində mediada bənzər əleyhdar ifadələr yayımlanır. Bu səbəbdən, Türkiyənin bütün yaxşı niyyətinə və keçirilən demokratik seçkilərə baxmayaraq referendumdan sonra dərin Avropa İttifaqı strukturları daha da təcavüzkar hala gəlmişlər. Bu isə Avropa İttifaqı ilə olan əlaqələri getdikcə çətinləşdirir.


Türkiyənin referendumdan sonra Avropa ölkələri ilə, o cümlədən ABŞ-la hər hansı problem yaşayacağından, düşmənçilik edəcəyindən bəhs etmək olmaz. Lakin qatı imperialist sistemlərinə “kölə” edə bilmədiyi dövlətlərə və liderlərə min qoldan hücum edən gizli təşkilatların Türkiyə, Rusiya, ABŞ-la, həmçinin Ərdoğan, Putin və Trampla ciddi problemləri olduğu açıqdır. Belə olduğu halda isə bu üç liderin ortaq hədəf üçün güclü bir ittifaq qurması ən səmərəli həll yolu ola bilər.

Adnan Oktarın “Pravda”da yayımlanan məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/20-04-2017/137557-turkey_referendum-0/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo