Adnan Oktarın 25 dekabr 2010 Kahramanmaraş Aksu tv və Qaziantəp Olay tv-dəki söhbətindən
ADNAN OKTAR: Bismillah, Səba surəsi 26, şeytandan Allaha sığınıram. "De ki: "Rəbbimiz (qiyamət günü) bizi bir yerə toplayacaq, sonra da haqq ilə aramızı ayıracaq. O, (gerçək hökmünü verərək haqq ilə batilin arasını) açandır, (hər şeyi haqqıyla) biləndir". "O, (gerçək hökmünü verərək haqq ilə batilin arasını) açandır, (hər şeyi haqqıyla) biləndir". Bu ayənin əbcədi 2010 tarixini verir. Eyni zamanda Mehdiyyətə işarə edən bir ayədir. Allaha burada xitab var, amma Mehdiyyətə də ikinci işarə var. Baxın, "O, (gerçək hökmünü verərək haqq ilə batilin arasını) açandır". Deməli, Allah haqq ilə batilin arasını 2010-dan sonra daha da şiddətləndirəcək, Darvinist, materialist düşüncəylə Mehdi (ə.s) camaatı arasında böyük bir uçurum olduğunu xalq görəcək. Və hər şeyi haqqıyla Allahın bildiyini görəcəklər. Əbcədi də 2010 tarixini verir. Bu ayə hər dövrə baxır, amma Mehdiyyət dövrünə baxdığı da açıqca görülür. 28-ci ayə; "Biz səni ancaq bütün insanlara, bir müjdə verici və xəbərdar edən olaraq göndərdik, ancaq insanların çoxu bilmirlər". Mehdi (ə.s)-ı biləcəklərmi? İnsanların çoxu başlanğıcda bilməyəcəklər. "Onlar: “Əgər doğrunu söyləyirsinizsə, bu vəd etdiyiniz nə zamandır?” deyərlər". Mehdiyyət nə vaxt hakim olacaq, İsa Məsih (ə.s) nə vaxt enəcək, İslam Birliyi nə vaxt hakim olacaq? "De ki: “Sizin üçün təyin olunmuş bir gün vardır ki, onu nə bir an yubada bilərsiniz, nə də (bir an) tezləşdirə bilərsiniz". Həm Qiyamətə işarə edir, həm İslam Birliyinə ,Türk-İslam Birliyinə işarə edir, həm İsa Məsih (ə.s)-ın görünməsi, Mehdi (ə.s)-ın müəyyən olmasına da işarə edir ayə. Bax "De ki: “Sizin üçün təyin olunmuş bir gün vardır ki, onu nə bir an yubada bilərsiniz, nə də (bir an) tezləşdirə bilərsiniz". O gün gəldiyində Mehdi (ə.s) mütləq ortaya çıxar, o gün gəldiyində hz. İsa Məsih (ə.s) ortaya çıxar, o gün gəldiyində də Qiyamət mütləq qopar. "Biz hansı ölkəyə bir xəbərdar edən göndərdiksə", biz hansı ölkəyə bir Mehdi (ə.s) göndərdiksə, "mütləq oranın “rifah içində olan qabaqda gələnləri'" zənginlikdən qudurmuş, şişmiş, eqoist, böyüklük hissinə qapılmış və yaxud müsəlman olduğu halda holdinqçi olmuş, holdinqçi olmanın verdiyi ərköyünlüklə, eqoizmlə özünü itirmiş belə kəslər deyirlər ki, şeytandan Allaha sığınıram. "Həqiqətən biz, sizin özüylə göndərildiyiniz şeyi tanımırıq demişlər." Biz nə Peyğəmbər (s.ə.v)-ı tanıyarıq deyirlər o dövrdə, axır zamanda nə deyirlər? Biz Mehdi (ə.s)-ı tanımayıq, Mehdi (ə.s) gəlməyəcək. Nədir, necə gəlməyəcək? Təxirə salmaq istəyirik və yaxud şəxsi mənəvi demək istəyirik, yaxud gəldi keçdi demək istəyirik kimi bəhanələrlə maneə törətməyə çalışacaqlar.
ALTUĞ BERKER: “O ölkəni” İstanbula işarə etdiyini söyləmişdiniz, hocam, inşaAllah. 34-cü ayə, 34-cü surə olması etibarilə.
ADNAN OKTAR: Bəli, bəli. 34 İstanbulun kodu olduğu üçün bax, "Biz hansı ölkəyə bir xəbərdar edən göndərdiksə", bir Mehdi (ə.s) göndərdiksə, "mütləq oranın rifah içində olan öndə gedənləri", çünki bir qisim müsəlmanlar bir az paralanınca, bir az mal-mülk əldə edincə, holdinqləşincə, dindən, imandan ayrı düşürlər, tam fərqli bir düşüncəyə sahib olurlar. "Rifah içində olan öndə gedənləri: “Həqiqətən, biz sizin göndərildiyiniz şeyi tanımırıq” demişlər. Nə Mehdi (ə.s)-ı tanıyırlar, nə İsa (ə.s)-ı qəbul edirlər, nə İslam Birliyini, nə Türk-İslam Birliyini. "Və: “Biz mallar və övladlar baxımından daha üstünük". Deməli, dərdləri nəymiş? Mallar və övladlar. Ona görə də yanaşmaq istəmirlər. "Və bir əzaba məruz qalacaqda deyilik demişlər." Allah bizə bəla da verməyəcək, bir şey yoxdur, deyirlər. Qiyamət də yoxdur, çox uzun müddət sonra olacaq, deyirlər.