Bir neçə ildən sonra tamamilə fərqli bir dünya…
ucgen

Bir neçə ildən sonra tamamilə fərqli bir dünya…

1890
Hazırda 15 yaşında olan bir gənc də, 100 yaşındakı yaşlı bir insan da dünyaya gəldiyi andan bu zamana qədər müharibələrin, iqtisadi böhranların, yoluxucu xəstəliklərin, çətinliklərin, təbii fəlakətlərin, problemlərin və əxlaqi degenerasiyanın hakim olduğu bir dünya görüb. Heç birimiz yaşadığımız müddət ərzində yer üzündə əmin-amanlığın, ədalətin və sülhün tam bərqərar olduğunu demək olar ki, görməmişik.
 
Məhz bunlar insanların əksəriyyətinin gələcək dünyaya ümidsiz baxmasına gətirib çıxarır. Ətrafımızdakı insanların əksəriyyəti uzun illər davam edən mənfi şəraitin gələcəkdə daha da pisləşəcəyini düşünürlər. Gələcəklə əlaqədar ümidlərini itirən bu insanlar gələcəkdə müharibələrin daha da yayılacağını, varlılarla kasıblar arasındakı uçurumun daha da dərinləşəcəyini, günümüzə qədər qorunmuş mədəniyyətin məhv olacağını, mövcud resursların daha da ədalətsiz bölüşdürüləcəyini və sürətlə tükənəcəyini iddia edirlər. Onlar yaxşıların pislər qarşısında həmişə məğlub olmağa məhkum olduqlarını, dünyanı keçmişdə olduğu kimi gələcəkdə də pislərin idarə edəcəyini, bu şərtlərdə davam edərsə, nəticənin daha da pis olacağını düşünürlər.
 
Qeyd etmək lazımdır ki, bu cür düşünən insanlar tamamilə yanılırlar. Yaxın gələcəkdə yaşanacaq hadisələr onların düşündüklərinin tamamilə əksi olacaq. Qarşıdakı 60-70 il onların zənn etdiklərindən daha fərqli bir dünya olacaq inşaAllah. Dünyada yaxın zamanda möhtəşəm bir sivilizasiya qurulacaq və insanların çəkdikləri çətinliklər sürətlə sona çatacaq.
 
Bəs yaxında nə baş verəcək ki, dünyadaki bütün fəlakətlər sürətlə aradan qalxacaq?
 
Allah Quranda Mehdiyyət dövrünün gözəl xüsusiyyətlərinə işarə edən bir ayəsində belə buyurmuşdur:
 

“Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstündə və ayaqları altında (olan nemətlərdən) yeyərdilər. Onların arasında haqqı etiraf edən bir camaat vardır. Lakin onların çoxunun etdiyi əməllər necə də pisdir.” (Maidə surəsi, 66)

 
Mehdiyyət dövründə insanlar Qurana, əslləri tapılan Tövrata və İncilə səmimi qəlbdən bağlı olacaqları üçün Allah qullarına saysız nemət nəsib edəcək. Hədislərdə ətraflı təsvir edilən Mehdiyyət dövrünün xüsusiyyətlərini ümumi belə sadalaya bilərik:
 
*İslam Birliyi qurulacaq. Xristian, yəhudi və müsəlmanlar arasındakı ayrılıqlar bitəcək.
 
*Yer üzündəki bütün müharibələrə son qoyulacaq. Silah istehsalı dayanacaq.
 
*İnsanların haqq dinə yönəlməsi ilə məzhəblərin hökmü aradan qalxacaq və məzhəb münaqişələri sona çatacaq.
 
*Üstünlüyün irqdə, zənginlikdə, şöhrətdə, soy-kökdə deyil, təqvada olduğunu bütün insanlar dərk edəcəklər.
 
* Mükəmməl ədalət sistemi qurulacaq. Məhkəmələr güclülərin deyil, haqlıların tərəfində olacaq.
 
*Kasıb olan heç bir insan qalmayacaq, hətta insanlar əllərində çox olan malları verə bilmək üçün bir insan belə tapa bilməyəcəklər.
 
*Heç kəsə  geyiminə, inancına və ya yaşayış tərzinə görə ayrı-seçkilik edilməyəcək. İnsanların verdikləri qərarlara tarix boyunca dəyər verilmədiyi qədər dəyər veriləcək.
 
*Qadına hörmət və sevgi göstəriləcək. Qadınlar təkbaşına heç bir təhlükə yaşamadan istədikləri yerə gedə biləcəklər.
 
*Zənginliklə bərabər keyfiyyət də geniş yayılacaq. Xurafatçılıqdan və dinsizlikdən qaynaqlanan zövqsüz cərəyanlar, modalar, əsərlər və mədəniyyətlər ortadan qalxacaq.
 
*İncəsənət anlayışı çox inkişaf edəcək. Möhtəşəm sənət əsərləri yaradılacaq.
 
*Texnologiya çox inkişaf edəcək. İnsanların həyatını asanlaşdıran cihazlar istehsal olunacaq və onlardan hər evdə olacaq. Keçmişdə insanların vaxtını və enerjilərini alan çox sayda iş asanlıqla həll edilə bilən hala gələcək.
 
*Səhiyyə xidmətlərinin əksəriyyəti pulsuz olacaq. Uzun illər müalicəsi olmayan xəstəliklərin müalicə üsulları tapılacaq.
 
*Şəhərləşmə anlayışı çox inkişaf edəcək. Binalar çox estetik bir şəkildə inşa ediləcək. Yaşayış sahələrinin ətrafında yaşıllıqlar artacaq. Tıxacların səviyyəsi minimuma enəcək.
 
* Sevgisizlik, istehza, hirs, qısqanclıq, qürur kimi pis xüsusiyyətlərinin əvəzinə sevgi, nəzakət, qardaşlıq, təvazökarlıq kimi gözəl əxlaq xüsusiyyətləri hakim olacaq.
 
*Səyahət edərkən viza, pasport çıxartdırmağa gərək qalmayacaq. İnsanlar istədikləri ölkəyə yalnız şəxsiyyət vəsiqələrini götürərək gedə biləcəklər.
 
*Quraqlıq yaşanmayacaq. Bol-bol yağış yağacaq. Yağış bol olduğu üçün qıtlıq da olmayacaq.
 
*Təbii fəlakətlər, məsələn, böyük zəlzələlər yaşanmayacaq.
 
*Mehdiyyət dövründə doğulan bir uşaq həyat bahalılığı deyə bir şey bilməyəcək. Hər bir məhsul olduqca ucuzlaşacaq.
 
*Yaşlılar və uşaqlar qorunacaqlar.
 
*Həbsxanalar boşalacaq. Demək olar ki, heç bir yerdə cinayət törədilməyəcək.
 
*İnsanlar gülərüzlü və şən olacaqlar.
 
*İnsanlar bir-birlərinə güvənəcəklər. Beləcə dostluqlar asan qurulacaq və pozulmayacaq. 
 
Yuxarıda izah edilənlərdən da aydın olduğu kimi Mehdiyyət dövrü hər insanın dinclik, xoşbəxtlik, zənginlik və ədaləti tapacağı bir dövrdür. Bu dövr elə bir dövrdür ki;
 
... Kiçiklər “kaş böyük olsaydım”, böyüklər də “kaş kiçik olsaydım” deyə arzu edəcəklər... (Kitabul Burhan Fi Əlamət-il Mehdiyyil Axır zaman, səh. 17)
 
O halda bu gün gələcəklə əlaqədar ümidsiz olmağın heç bir mənası yoxdur. Hələ “mən müsəlmanam” deyən birinə ümidsiz olmaq əsla yaraşmaz. Allah’a inanan birinin üzərinə düşən vəzifə Quran əxlaqının yer üzünə yayılması üçün səy göstərmək, hz. Mehdini (əs) tapmaq və ona kömək etməkdir. Müsəlman hər cür mənfiliyə baxmayaraq, Rəbbimizin yardımını gözləməlidir. Onsuz da hədislər və Quran ayələri  bu yardımın Allah’ın izni ilə çox yaxın olduğunu bizə göstərir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr