İspaniya, Kordovada 519 il sonra əzan oxundu
ucgen

İspaniya, Kordovada 519 il sonra əzan oxundu

1434

Əndəlusun paytaxtı Kordovada xilafətin 1492-ci ildə süqut etməsilə kəsilən əzan 519 il sonra ilk dəfə yenidən oxunub. Bu əzanla müsəlmanlar ilk dəfə cümə namazı da qılıblar.

8 əsr Avropa torpaqlarında hökmranlıq edən Əndəlus dövlətinin paytaxtı olan Kordovada yerləşən tarixi Kordova məscidinin yanındakı kiçik məsciddə əsrlər sonra yenidən əzan səsləri yüksəlib.

İspaniyada İslamın hakimiyyəti sona çatdıqdan sonra əzanların səslərinin kəsildiyi və Əndəlus hökmdarlarının 205 il ərzində tikdirdiyi Kordova məscidinin yanındakı məsciddə artıq açıq şəkildə əzan oxunub namaz qılınır.

Kordova məscidi İspaniyada müsəlman Əndəlus Əməvi sülaləsinin hakimiyyət illərində tikilən möhtəşəm məsciddir. Müsəlmanlar Tariq ibn Ziyadın sərkərdəliyi ilə 711-ci ildə İspaniyanı fəth etmiş və Kordovanı paytaxt elan etmişdilər.

1990-cı ildə inşası tamamlanan Kordova məscidi 120x120m ölçüləri olan kvadrat formasındadır. Məscidin içində hər biri 10 mhündürlüyündə olan 1419 sütun ucalır. Bu sütunlar dünyanın ən keyfiyyətli mərmərlərindən hazırlanıb. Məscidin 20 qapısı var. Qapıların qarşısında portağal bağları salınmış, hər tərəf yaşıllaşdırılmışdır. Məscidin ətrafında bağlar, hovuzlar, fəvvarələr, çeşmələr var. Müsəlmanların dəstəmaz alması üçün çoxlu bulaq tikilmişdir. Döşəmə ən qiymətli mərmər və bəzəkli taxtalar ilə işlənmişdir. Bura, eyni zamanda, həm Əndəlusun, həm də bütün Avropanın məşhur universiteti idi… Dini və dəqiq elmlər sahəsində ən keyfiyyətli ali təhsil ancaq burada verilirdi.

1894-cü ildə Almaniyanın Vürzburq şəhərində nəşr olunmuş Şahzadə Salvador, Prof. Qraus, teoloq Kirçberqer, Baron von Bibra, xanım Trelfol tərəfindən hazırlanmış “Spanien: İspaniya” adlı əsərdə bu məscid haqqında belə yazılır:

“Tariq ibn Ziyadın sərkərdəliyi ilə 711-ci ildə İspaniyanı fəth edərək Kordovanı özlərinə paytaxt elan edən müsəlmanlar bu torpaqlara mədəniyyət gətirdilər. Böyük bir saray, xəstəxanalar, mədrəsələr tikdilər. Eyni zamanda, böyük bir məscid (universitet) qurdular. Avropada ilk dəfə qurulan universitet budur. O vaxta qədər avropalılar elmdə, texnikada, tibdə, kənd təsərrüfatı və mədəniyyətdə çox geri qalmışdılar”.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr