Əlcavab: CƏNABI HAQQ; KƏMALI RƏHMƏTİNİ, ŞƏRİƏTİ İSLAMİYYƏT ƏDƏBİYYƏTİNƏ BİR ƏSƏRİ QORUMA OLARAQ, HƏR BİR FƏSADI ÜMMƏT ZAMANINDA BİR MÜSLİH VƏ YA BİR MÜCƏDDİD VƏ YA BİR MƏŞHUR XƏLİFƏ VƏ YA BİR QÜTBÜ ƏZƏM VƏ YA BİR MÜRŞİDİ ƏKMƏL VƏ YAXUD BİR NÖV MEHDİ HÖKMÜNDƏ MÜBARƏK ŞƏXSLƏRİ GÖNDƏRMİŞ; fəsadı aradan qaldırıb, milləti islah etmiş; Dini Əhmədiyyə (S.Ə.V)-İ mühafizə etmişdir. Madam adəti elə cərəyan edir, AXIRZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA, ƏLBƏTTƏ ƏN BÖYÜK BİR MÜCTƏHİD, HƏM ƏN BÖYÜK BİR MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD, HƏM QÜTBÜ ƏZƏM OLARAQ BİR ŞƏXSİ NURANİNİ GÖNDƏRƏCƏK VƏ O ŞƏXS DƏ, ƏHLİ BEYTİ NƏBƏVİDƏN OLACAQDIR. CƏNABI HAQQ, BİR DƏQİQƏ ƏRZİNDƏ YER İLƏ GÖY ARASINDAKI ALƏMİ BULUDLARLA DOLDURUB BOŞALTDIĞI KİMİ, BİR SANİYƏDƏ DƏNİZİN FIRTINALARINA TƏSKİNLİK VERİB VƏ YAZIN İÇİNDƏ BİR SAATDA YAY MÖVSÜMÜNÜN NÜMUNƏSİNİ VƏ YAYDA BİR SAATINDA QIŞ FIRTINASINI İCAD EDƏN QADİRİ ZÜLCƏLAL; MEHDİ İLƏ DƏ, İSLAM ALƏMİNİN ZÜLMƏTİNİ DAĞIDA BİLƏR VƏ VƏD ETMİŞDİR, VƏDİNİ ƏLBƏTTƏ EDƏCƏKDİR. Qüdrəti İlahiyə nöqtəsindən baxılsa, çox asandır. Əgər səbəblər dairəsi və hikmət-Rəbbaniyəsi nöqtəsindən düşünülsə, yenə o qədər məqbul və hadisəyə layiqdir ki, 'Əgər müxbiri Sadiqdən rəvayət olmazsa belə, hər halda elə olmaq lazım gəlir və olacaq' deyə düşünənlər hökm edər. Belə ki:
Allaha həmd olsun,... Allahım! Eynilə aləmlərdə İbrahimə və İbrahimin ailəsinə salat etdiyin kimi, əfəndimiz Məhəmmədə və əfəndimiz Məhəmmədin ailəsinə də salat et. Şübhəsiz ki, Sən hər cür həmd və tərifə son dərəcədə layiqsən və şan-şərəfin hər şeydən son dərəcədə yüksəkdir. Ali İbrahim əleyhissalam kimi elə bir vəziyyət almışdır ki, ümum mübarək silsilələrin başında, ümumi çaplar və əsərin topluluğunda o nurani şəxslər sərkərdəlik edirlər və elə bir sıxlıqdadırlar ki, o sərkərdələrin cəmi, böyük bir ordu təşkil edirlər. Əgər maddi şəklə girsə və bir həmrəyliklə bir təriqət vəziyyətini alsalar, İSLAMİYYƏT DİNİNİ MİLLİYƏTİ MÜQƏDDƏS HÖKMÜNDƏ RABİTƏYİ İTTİFAQ VƏ İNTİBAH ETSƏLƏR, HEÇ BİR MİLLƏTİN ORDUSU ONLARA DÖZƏ BİLMƏZ. BUDUR, O ÇOX KƏSRƏTLİ O MÜQTƏDİR ORDU, ALİ MƏHƏMMƏD ƏLEYHİSSALATU VƏSSƏLƏMDİR VƏ HƏZRƏTİ MEHDİNİN ƏN XAS ORDUSUDUR. Bəli, bu gün tarixi aləmdə heç bir nəsil, şəcərə ilə, sənədlərlə və ənənə ilə bir-birinə bitişik və ən yüksək şərəf və Ali hasəb və zadəgan nəsəblə görkəmli heç bir nəsil yoxdur ki, Ali Beytdən gələn seyidlər nəsli qədər qüvvətli və əhəmiyyətli olsun. Köhnə zamandan bəri bütün əhli həqiqətin firqələri başında onlar və əhli kamalın məşhur rəisləri yenə onlardır. İndi də, kəmiyyətcə milyonları keçən bir nəsli mübarəkdir. Qəlbləri oyanmış və imanlı, peyğəmbər sevgisi ilə dolu və cahan qiymətində bağlanmaqla sərfirazdırlar (üsdündürlər). BELƏ BİR BÖYÜK CAMAAT İÇİNDƏKİ MÜQƏDDƏS QÜVVƏLƏRİ COŞDURACAQ VƏ OYANDIRACAQ BÖYÜK HADİSƏLƏRDƏKİ BİR ÜSTÜN CƏHD ÇIXACAQDIR VƏ HƏZRƏTİ MEHDİ BAŞINA KEÇİB HAQQA VƏ HƏQİQƏTƏ ŞÖVQ EDƏCƏKDİR. BELƏ OLMAQ VƏ BELƏ OLMASINI, BU QIŞDAN OLMASINI, BU QIŞDAN SONRA BAHAR GƏLMƏSİ KİMİ, ADƏTULLAHDAN VƏ RƏHMƏTİ İLAHİYYƏDƏN GÖZLƏYİRİK VƏ GÖZLƏMƏKDƏ HAQLIYIQ.
İkinci işarə, yəni: Altıncı işarə
Həzrəti Mehdinin cəmiyyəti nuraniyəsi, Süfyan komitəsinin təxribatçı rejimi dində olmayanı təmir edəcək, Sünnəti səniyyəni əhya edəcək, yəni İslamiyyət aləmində risaləti Əhmədiyə (s.ə.v)-i inkar niyyətiylə şəriəti Əhmədiyə (s.ə.v)-i təxribə çalışan Süfyan komitəsi, həzrəti Mehdi cəmiyyətinin möcüzəvi mənəvi qılıncıyla öldürüləcək və darmadağın edəcəkdir. Həm İnsanlıq aləminə inkarı üluhiyyət (Allahı inkar fikri) niyyətiylə mədəniyyət və qüdsi olan bəşəriyyəti darmadağın edən Dəccal komitəsini, həzrəti İsa əleyhissalamın dini həqiqisini İslamiyyətin həqiqətini birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı adı altında və "Müsəlman İsaviləri" ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini, həzrəti İsa əleyhissalamın başçılığı altında öldürəcək və dağıdacaq, bəşəri inkarı ilahlıq etməkdən qurtaracaqdır. Bu vacib sirr çox uzundur. Başqa yerlərdə bir az bəhs etdiyimizi, burada bu qısa işarə ilə kifayətləndiririk. (Mektubat, 425, 426)