Darvinin Kembri fosillərindən xəbərdar olması və Kembri dövrünü 60 milyon əvvəli sanması:
-
Darvin, öz dövründə Kembri dövrünün 60 milyon il əvvəlinə aid olduğunu zənn edirdi. Stefen Cey Quld “Heç bir şey Darvini, demək olar bütün kompleks dizaynların ortaya çıxdığı Kembri partlayışından daha çox narahat etmədi”1 demişdi. Darvin bu narahatlığı 60 milyon il əvvəlinə aid zənn etdiyi fosillər üçün duyurdu. 540 milyon il əvvəlinə aid olduğunu bilsəydi, ehtimalla nəzəriyyəsindən imtina edərdi.
- Bu səbəbdən Darvin dövründə fosillər vardı. Kembri fosilləri belə vardı. Darvin, aşağıdakı etirafı etdiyində, fosillərin nəzəriyyəsini qəti olaraq rədd etmiş olduğunu açıqca görmüş və qəbul etmişdi:
Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, NİYƏ SAYSIZ ARALIQ-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət QARIŞIQLIQ HALINDA DEYİL, TAM OLARAQ TƏYİN OLUNMUŞ VƏ YERLİ YERİNDƏ? Saysız aralıq-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında BASDIRILMIŞ OLARAQ TAPA BİLMİRİK? Nə üçün hər geoloji quruluş və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş proses ortaya çıxarr və bəlkə də BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZ OLACAQ. 2
İlk atmosferdə oksigen varlığının, hüceyrəni meydana gətirən kimyəvi reaksiyaların meydana gəlməsini qeyri-mümkün etməsi:
- İlk atmosferdə oksigen, ortaya çıxan molekulları dərhal oksidləşdirərək yox edər.
- Lakin bununla yanaşı onsuz da bunun əvvəlində hələ daha mürəkkəbləri meydana gətirən reaksiyalar oksigenin varlığı vəziyyətində reallaşa bilmir. Zülal və DNT-nin meydana gəlməsi üçün lazımi reaksiyalar oksigenin varlığı vəziyyətində meydana gələ bilməzlər. 3
İlk mühitdə amin turşularının bir-birləriylə öz-özlərinə reaksiyaya girməsi qeyri-mümkündür:
- Amin turşuları normal şərtlərdə bir-birləriylə reaksiyaya girməzlər. Lakin şəkər kimi başqa maddələrdə dərhal reaksiyaya girərlər.
- Əgər amin turşuları darvinistlərin iddia etdiyi kimi ilk dünyada təsadüfən meydana gəldilərsə, o zaman doğru amin turşularıyla birləşməyi gözləyərək ətrafda üzüb dayanmazdılar. Bunun yerinə çox fərqli maddələrlə reaksiayaya girib birləşər və bağlı hala gəldiklərindən bioloji olaraq istifadə edilə bilməyən vəziyyətə gələrdilər. Bunun nəticəsində ətrafda içində canlı heç bir quruluşun olmadığı palçıqdan başqa bir şey qalmazdı. 4
Təsirsiz deyilən mutasiyalar da əslində zərərlidir, lakin darvinistlər müxtəlif səbəblərlə bunu faydalı mutasiya olaraq göstərməyə çalışarlar:
- 21 dekabr 2006-cı il tarixində “Nature” jurnalında nəşr olunan SƏSSİZ MUTASİYALAR DANIŞDI adlı yazıda, hər hansı bir təsiri olmadığı sanılan, mutasiyaların 11%-lik qismini meydana gətirən hissənin təsirlərinin olduğu aydın oldu. 5
- Araşdırmaya görə, təsirsiz mutasiyalar (səssiz mutasiyalar) müəyyən bir zülalın 2 amin turşusuna təsir edərək pozur. Zülalların kimyəviləri hüceyrə xaricinə atan zülal nasosu ziyan görür.
- Darvinistlər bu ziyan görən hissəyə görə kimyaterapiya kimi müalicələrin hüceyrəyə daha sürətli təsir etdiyini iddia edərək bunu faydalı mutasiya nümunəsi kimi göstərməyə çalışırlar.
- Lakin burada əsl əhəmiyyətli olan, təsirsiz deyilən mutasiyaların zülallara zərər verməsidir. Faydalı olması üçün orqanizmə yeni strukturlar əlavə edə bilməsi lazımdır, lakin belə bir şey mümkün deyil.
- Bu vəziyyət bir insanın üzərinə atəş açılması kimidir. Yüz ədəd güllənin 99-u insanı darmadağın edər. Amma bəlkə bədəndə bir infeksiya varsa güllə onu müalicə edə bilər. Lakin onsuz da o insan tamamilə parçalanmış vəziyyətə gələr.
1) Gould, Stephen J., The Panda”s Thumb, 1980, ss. 238-239
2) Charles Darvin, The Origin of Species, s. 172, 280
3) William Dembski və Jonathan Wells, How To Be An Intellectually Fullfilled Atheist (Or Not), 2008, s. 27
4) William Dembski və Jonathan Wells, How To Be An Intellectually Fullfilled Atheist (Or Not), 2008, s. 39
5) http://www.nature.com/news/2006/061221/full/news061218-12.html