Hz. Mehdi (ə.s) haqqında fərqli fikirlər olacağına hədisdə toxunulmuşdur. Hz. Mehdi (ə.s) haqqında bir-birindən fərqli olan çoxlu fikirlər, yavaş-yavaş haqq və doğru olan fikirdə birləşəcək. Hədisdə hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə bir-birinin qardaşları olan müsəlmanların haqlarının çətin məşğulliyət ilə qurulacağı izah edilir. Müsəlmanların bu dövrdə çətin təzyiq altında yaşadıqları və haqsızlığa uğradığı bu izahatdan aydın olur. Allahın hz. Mehdi (ə.s)-ı vəsilə etməsi ilə dünyada ədalət, mehribanlıq və etibarlı mühit meydana gələcək. Bu izahat, hz. Mehdi (ə.s)-ın vəsilə olmasından əvvəl dünyada ədalətsizlik və sevgisizliyin hakim olacağına işarə edir. Allahın insanlar üzərindəki razılığı və məmnuniyyəti hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə artacaq. İslam dini hz. Mehdi (ə.s) vəsiləsi ilə əvvəlki vəziyyətinə qayıdacaq və İslam əxlaqı dünyaya hakim olacaq.