11 sentyabr 2001-ci il hücumlarından sonra Corc Buş hadisələrin Əl Qaidə tərəfindən törədildiyini elan edib və qlobal terrorla mübarizə adı ilə Əfqanıstana qarşı əməliyyatlara başlayacağını bildirmişdir. Hücumlardan bir ay keçmədən 7 oktyabr Əl Qaidə və müttəfiqi Taliban təşkilatına arxa duran Əfqanıstana qarşı ABŞ və İngiltərənin hərbi müdaxiləsi başlamışdı. NATO qüvvələrinin də iştirakı ilə ölkəyə on minlərlə əsgər gətirildi. Amerikanın “daimi azadlıq” adlandırdığı hərəkatın məqsədi Əl Qaidə lideri Usame bin Ladenin tutulması, Taliban və Talibanı dəstəkləyən qüvvələrin aradan qaldırılması, Əfqanıstanda sabit hüquqi dövlətin və demokratiyanın qurulması idi. Terrorun mənbəyi yox ediləcək, ölkədə sülh və təhlükəsizlik bərqərar olacaqdı.
Aradan 13 il keçdi. 28 dekabr 2014-cü ildə ABŞ-ın liderlik etdiyi NATO qüvvələrinin Əfqanıstandakı müharibə missiyası Qabildə təşkil edilən tədbirlə rəsmi olaraq bitdi.
Müharibə nəticəsində ölənlərin sayı çox yüksəkdir, ABŞ 2200-dən çox əsgərini, əfqanlar isə 100000-ə yaxın vətəndaşını itirdi.
Müharibə nəticəsində ABŞ 686 milyard dollar zərər çəkdi.
Əfqanıstan isə hələ də rifaha, sülhə və təhlükəsizliyə qovuşmayıb. Hələ də terror, narkotik ölkəsi kimi tanınır, qeyri sabit vəziyyət əvvəlki kimi davam edir. Taliban isə ayaqda dik dayanıb və hələ də güclüdür.
Sovet-Əfqan müharibəsindən sonra rusların Əfqanıstandan geri çəkilməsinin ardınca yaranan siyasi boşluqdan istifadə edərək iqtidara gələn Taliban 5 il sonra ABŞ-ın idarəsi altında olan NATO qüvvələrinin müdaxiləsi ilə məğlub edilmişdi. Əfqanıstanın bəzi dağlıq bölgələrinə və Pakistana qaçan təşkilat bir neçə ilə yenidən gücləndi və ölkədəki ABŞ müttəfiqlərinə qarşı partizan müharibəsi başlamışdı. Bu gün isə bir çox ərazini yenidən ələ keçirib.
Ordunun, polisin və dinc əhalinin çoxlu itkilər verməsinə səbəb olan Talibanın xüsusilə son dövrlərdə daha da qüvvətlənməsi, ABŞ və NATO əsgərlərinin ölkədə terror hərəkatlarını hələ də davam etdirdiyi və təhlükəsizlik hələ də yaranmadığı halda ölkədən çəkilmələri ilə əlaqələndirilir. Təhlükəsizliklə əlaqədar bütün öhdəliyi əfqan qüvvələrinə buraxan çəkilmə planının Talibanın təcavüzkarlığını artırdığını irəli sürür və NATO-nun köməyi olmadan əfqan ordusunun Talibana qarşı mübarizədə uğur qazanmayacağı deyilir. Tək sevindirici hal isə xurafatçı və təcavüzkar Talibanın dəstəyini getdikcə itirməsidir. Əfqan xalqı artıq dünyadan təcrid olub, avtoritar bir rejimdə yaşamaq istəmir. Bu da Əfqanıstanın parlaq gələcəyi üçün çox əhəmiyyətlidir.
Obama Amerikanın bu müddətdə əsaslı bir nəticə əldə etdiyini desə də, çoxlu siyasi analistiklər və müşahidəçilər 57 ölkənin 13 il müddətində Əfqanıstanda həyata keçirdiyi terrorla mübarizə missiyasının çox uğurlu nəticələnmədiyi qənaətindədir.
ABŞ və NATO-nun bu müddət ərzində Əfqanıstana etdikləri kömək gözləniləndən çox azdır. Əfqanlılar hələ də aclıqla mübarizə aparır və çox çətin şəraitdə həyatlarını davam etdirməyə çalışırlar. Xalqın təxminən yarısı işsiz, 70 %-i xroniki aclıq çəkir və sadəcə 13 %-i təmiz su əldə edə bilir. Təxminən 1,2 milyon uşaq normal qidalana bilmir və xəstəliklərin qarşısı alına bilmədiyi üçün ölürlər. Həmçinin müharibəyə görə 650 mindən çox insan evini tərk etməyə məcbur oldu. Minlərlə insan hələ də çadırlarda yaşayır.
Qısası, Əfqanıstan maddi- mənəvi çox əziyyətlər çəkib və bu hal hələ də davam edir. İllərdir həll edilməyən, qəlibləşmiş problemlər hələ də var. Yoxsulluqdan, geridə qalmışlıqdan, xislətdən xilas olmaq Əfqanıstan üçün çox uzaq bir xəyaldır. Halbuki, hər problem kimi Əfqanıstanın problemlərini də həll etmək mümkündür. Bu sülhlə, sevgi ilə, dostluqla mümkündür.
Strateji mövqeyinə görə tarix boyu xarici ölkələr tərəfindən istila olunan və artıq hüzur və sabitlik axtaran Əfqanıstan üçün qurtuluş yolu heç, şübhəsiz, əvvəlcə öz içində birlik və bərabərlik yaratmaqdır. Əfqanıstan peşnutlar, taciklər, xəzərlər, türkmənlər, özbəklər, qırğızlar, aymaqlar, beluçilər və bir çox etnik qrupun yaşadığı bir ölkədir. Müharibələrin, terrorun və zülmün zəiflətdiyi ölkədə əfqan kimliyinə sahib bütün bu ünsürlərin öhdəsinə çox əhəmiyyətli vəzifə düşür. Birincisi, fərqliliyə görə yaranan ayrılığı kənara qoyub ölkələrin gələcəyi üçün əl-ələ verməli, qardaş olduqlarını xatırlayıb birləşməli və yeni dostluq, qardaşlıq, sevgi, şəfqət və anlayışla aralarındakı buzları tezliklə əritməlidirlər. Əfqanıstanın rifaha və sabitliyə qovuşması sülh şəraiti yaransa mümkün olacaq, ancaq o zaman azadlıq və demokratiya, ədalət həqiqi mənada təsis ediləcəkdir. Əfqanlıların ikinci əhəmiyyətli vəzifəsi isə ölkələrini xurafatdan tamamilə təmizləmək, müasir bir gələcək üçün keyfiyyətə, incəsənətə, estetikaya dəyər verən, söz azadlığını, insan hüquqlarını və demokratiyanı müdafiə edən çağdaş dünyagörüşünü həyata keçirməkdir.
Əgər əfqan xalqı öz içində qardaş olmağı bacarar və xurafatdan xilas olsa, ölkə mənəvi olaraq rahatlayacağı kimi, bu dinclik və güvən mühiti siyasi sabitliyi da özü ilə gətirəcək. Bundan əlavə, iqtisadiyyatı düzələcək, aclıq və səfalət içində yaşayan xalq rifaha qovuşacaq. Həmçinin, bunun üçün mövcud bir infrastrukturu da vardır. Çünki ölkənin mədən, neft və təbii qaz potensialı çox yüksəkdir. Belə ki, dəyərinin ən az 1 trilyon dollar olduğu təxmin edilən bu potensialın Əfqanıstanı dünyanın ən böyük və ən əhatəli mədənçi ölkələrindən birinə çevirəcəyi nəzərdə tutulur. Bu mədənlər arasında dəmir, mis, kobalt, qızıl, litium, niobium kimi nadir rast gəlinən mədənlər də var. Mütəxəssislər bütün bu yeni mədən ehtiyatlarının illərdir müharibə şəraitində yaşayan Əfqanıstanın iqtisadiyyatını kökdən dəyişdirməyə qadir olduğunu bildirirlər. Ancaq heç şübhəsiz, daxili sülh təmin edilmədən siyasi sabitliyin yaranmayacağını, iqtisadiyyatın düzəlməyəcəyi aydındır. Ümid edirik ki, əfqan xalqı sevgi ilə, sülhlə birləşərək bütün problemlərinin öhdəsindən gələcək, yaxasına yapışmış xurafatdan xilas olacaq, tezliklə müasir Əfqanıstanın təməllərinin atılmasına köməkçi olacaqdır.
Adnan Oktarın Daily Mail'də nəşr olunan məqaləsi:
http://dailymailnews.com/2015/01/30/what-awaits-afghanistan-from-now-on/