Türk xalqı yeni prezidentindən nələr gözləyir?
ucgen

Türk xalqı yeni prezidentindən nələr gözləyir?

2267

Bazar günü Türkiyə üçün böyük və mühüm bir gün oldu. Türkiyənin yeni prezidenti seçildi və bu seçimi ilk dəfə olaraq xalq etdi.  Nə qədər anketlər az-çox ümumi təəssürat versə də, türk xalqında diqqətçəkən bir səssizlik hakim idi.

Türkiyə, tarixində prezident və baş nazir arasında baş verən anlaşmazlıqlar səbəbindən ciddi böhtanlara məruz qalmış bir ölkədir. Hərbi qəyyumluğun təsiri altındakı dövlət rəhbərləri daima dərin, gizli və xalqdan uzaq bir sistemin təmsilçiliyini ediblər. Seçki ərəfəsindəki dərin səssizliyin ən mühüm səbəblərindən biri də bu idi. Keçmişdə dərin və gizli olan bu qiymətləndirmə  artıq xalqın monopoliyasında idi. İlk dəfə açıq və şəffaf. Elə bu səbəbdən xalq özünə rəhbərlik edəcək lideri doğru şəkildə müəyyən etmək üçün olduqca diqqətli idi.

Bu şübhəsiz iki, Türkiyə üçün bir dönüş nöqtəsi oldu. Lakin bu əhəmiyyətli məqamı xatırlatmaq lazımdır: Xalqın 40 və ya 50%-inin səsini almamış bir prezident seçildi ki, dolayısı ilə o, özünü seçməyənlərin də könlünü qazanmalı, onların da prezidenti ola bilməli idi. Xüsusilə də 2013-cü ildəki qütbləşmələrin yaşandığı bu strateji ölkədə prezidentin öhdəsinə düşən vəzifə çoxdur.

Türkiyənin yeni prezidenti sevgi cəmiyyəti meydana gətirməlidir. Etirazları unutduracaq bir birlik dili istifadə etməlidir. Üsyan və hüzursuzluqların tək səbəbinin cəmiyyətdəki sevgi əskikliyi olduğunu unutmamalıdır. Sevgi inşa etmədən, nə iqtisadi, nə də siyasi manevrlərin bir təsir yaratmayacağına daima diqqət etməlidir.

Türkiyənin yeni prezidenti sevgi ünsürünü xarici siyasətdə də hakim etməlidir. Bu Yaxın Şərqin belə bir siyasətə ən çox ehtiyac duyduğu zamandır. Tərəfkeş deyil, barışdırıcı davranmalı, vuruşan ölkələrdə qarşıdurmaları qızışdırmamalı, barış və sülh tərəfdarı olmalıdır. Türkiyənin demokratiyası, strateji mövqeyi və Osmanlı təcrübəsi bunu tələb edir. Sülhə çağırmaq hər şeydən əvvəl dinimizin bizə əmr etdiyi bir məsuliyyətdir.

Türkiyənin yeni prezidenti dindar olmalı, bütün dinləri, hətta dinsizləri hörmət və qoruyuculuq qanadının altına almalı, lakin xurafatçılığa ciddi şəkildə qarşı çıxmalıdır.

Radikal təşkilatların əsla yanaşa bilmədikləri bir zehniyyətin təmsilçisi olmalıdır. Bu zehniyyətin Yaxın Şərqdə yayılmasına təşəbbüskarlıq etməli, bunun üçün qəddarlıq, məhdudlaşdırıcılıq və ayrıseçkilik kimi ünsürlərdən uzaq durmalıdır. Demokratiyanın, azadlığın müdafiəçisi olmalıdır.

Xurafatçılıqla mübarizənin açarı qadınlardır. Bir cəmiyyətin qadınları xoşbəxt və rahatdırlarsa, o cəmiyyət rifah, hüzur və mədəniyyət cəmiyyətinə çevrilir. Qadınların qorunması, azadlıqlarına dəyər verilməsi və hər sahədə söz sahibi olmaları o cəmiyyətin inkişaf etməsinin bir simvoludur. Qadınların üstün tutulduğu belə cəmiyyətlərə xurafatçılığın ilişməsi mümkün deyil.

Türkiyənin yeni prezidenti Yaxın Şərqdəki mühüm rolunu unutmamalı və qaçqınların, məzlumların daima sahibi və qoruyucusu olmaq sifətini əldən verməməlidir. Xüsusilə Türkiyədəki qaçqınlar bizlərə əmanət edilmiş Allah’ın qonaqlarıdırlar. Yeni prezidentin onların qoruyuculuğunu bütün gücü ilə davam etdirəcəyinə dair təminatı vacibdir.

Türkiyənin hal-hazırda ən böyük problemlərindən biri siyasət dilindəki mənfi haldır. Yeni prezident siyasət dilini bir uzlaşma dilinə çevirməkdə məsuliyyət götürməlidir. Siyasət hörmətli insanların rahatlıqla bir-birlərini təhqir edə bildikləri bir dil olmamalıdır. Yaxın Şərqin keçmişdən qalan davaya, vuruşmağa meyilli pis adətləri yerinə, bütün siyasətçilərin sevgi və uzlaşma dilini istifadə etdikləri mədəni bir sistem həyata keçirilməlidir.

Türkiyənin yeni prezidentinin ən böyük məsuliyyətlərindən biri Türkiyəni bölməyə çalışan PKK tərəfdarlarına bir sədd olmasıdır. Bölünməyə zəmin yaradacaq addım, hərəkət və ya ifadələrdən uzaq duracaq, bölünmə tərəfdarlarına əsla güzəştə getməyəcək qərarlı bir zehniyyət hakim olmalıdır.

Türkiyə Yaxın Şərqdə məsuliyyətləri çox olan əhəmiyyətli bir ölkədir. Daxili siyasətindəki güc və sabitlik daima Türkiyədən kömək gözləyən qardaş ölkələrə sirayət etmişdir. Somalidə, Myanmarda, Suriyada, Qəzzadakı məzlumun qorunması üçün mütləq Türkiyənin güclü və təsirli qalması şərtdir. Bu güc və sabitlik Türkiyədəki dindarlıq və mənəviyyatla yanaşı, dünyəvilik və demokratiyanın qorunması ilə mümkündür. Həm dinə, həm də demokratiyaya ən çox zərər verən ünsürün xurafatçılıq olduğu unudulmamalıdır. Elə bu səbəbdən Türkiyə xurafatçılıqdan uzaqlaşan, xarici siyasətdə uzlaşdırıcı və həllin siyasətlə deyil, sevgi ilə mümkün olduğuna inanan bir ölkə olmaq məcburiyyətindədir. Bu məsuliyyətləri öhdəsinə götürmək üçün isə sevgini öz içində inşa etməlidir.

Türkiyənin yeni prezidenti məhz buna görə mütləq və mütləq sevgi insanı olmalıdır. Daha çox bomba, daha çox silahla həll edilməyə çalışılan Yaxın Şərq problemlərini heç istifadə olunmamış tək doğru üsulla, "sevgi" ilə həll edə biləcək bir lider olmalıdır. Sevginin inşası, şübhəsiz ki, asan deyil. Lakin Allah’ın əmri olan sevgini meydana gətirmək üçün cəhd edən, ən azından bunun üçün addım atan insanların olması vacibdir. Bunun üçün bir çox məzlumun ümid işığı olan Türkiyə öncül olmalıdır.

Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi:

http://www.arabnews.com/news/columns/613541

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr