Suriya vətəndaş müharibəsi beş ildir ki, davam edir və təəssüf ki, hələ də bir çox insan bu müharibəni adi hadisə kimi dəyərləndirir. Son günlərdə bu şiddətli qarşıdurmalar qəzet manşetlərində yenidən görünməyə başladı. Artıq bu müharibə təkcə Suriya ilə məhdud qalmır, Avropa və Amerika, o cümlədən qonşu ölkələri də maraqlandırır. Bu qədər geniş əraziyə təsir edən bir müharibə şəraiti isə əsla vətəndaş müharibəsi adlandırılmamalıdır.
Suriya müharibəsi ilə bağlı ən mühüm problemlərdən biri hazırda Avropaya qədər gedib çıxan miqrant problemidir. Bir çox şərhçi bunu İkinci Dünya Müharibəsindən sonra baş verən ən böyük fəlakət kimi qiymətləndirir. Şübhəsiz ki, miqrant problemi bir müddət də manşetlərdə olacaq, çünki Avropa ölkələri Suriyadan qaçanları ölkələrində elə də görmək istəmir. Hazırda miqrantların təqribən 95%-inə ev sahibliyi edən qonşu ölkələr isə məhdud iqtisadi resurslarına görə daha çox sayda qaçqını qəbul edəcək gücə malik deyil.
Digər kritik vəziyyət isə Rusiyanın Suriyadakı hərbi varlığını artırmasıdır. Bir çox yerli və beynəlxalq mediadan olan yazarlar öz köşələrində bu məsələni ələ aldılar və Rusiyanın regionda böyük aktyor olduğunu elan etdilər.
Bu məsələ ABŞ rəhbərliyi daxil olmaqla regiondakı digərlərini də narahat etdi. Ancaq Rusiyanın bu həmlələri etməsi üçün bəzi qanuni səbəbləri var. Burada xüsusilə qeyd etmək istəyirəm ki, mən qətiyyən qan tökülməsini nəzərdə tutan həll yollarına qarşıyam və ordunun təcavüzkar güc olmaq əvəzinə insanların təhlükəsizliyini təmin edən çəkindirici vasitə kimi istifadə edilməsinin tərəfdarıyam.
Soyuq Müharibə bitmiş olsa da, NATO, Avropa İttifaqı və sair kimi ittifaqlar Rusiyanı təcrid etməyə çalışırlar. Bu vəziyyət Suriya müharibəsinin başlanması ilə məlum oldu, Ukrayna böhranı ilə də tam üzə çıxmış oldu. NATO və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalardan istifadə etməyə başlaması, Türkiyənin də Adanadakı İncirlik bazasını ABŞ ordusuna həvalə etməsi Rusiyanın Tartus limanında 1971-ci ildə qurduğu hərbi dəniz qüvvələri bazasını qorumaq üçün təşəbbüs göstərməsini başa düşülən edir.
Bundan əlavə, Rusiya hərbi bazasını gücləndirdiyini və Soyuq Müharibə dövründə Suriya ilə imzaladığı pakta əsasən Suriyaya hərbi yardım göstərdiyini inkar etmir. Rusiyanın Suriyadakı hərbi gücünün artması ilə bağlı mediada yayılan şayiələr "Rusiya Suriyaya əsgər yollayır" şəklindəki başlıqlarla Qərbdə vəziyyəti gərginləşdirmiş, ABŞ-ın dövlət katibi Con Kerri Rusiynın xarici işlər naziri Sergey Lavrova «əgər bu hesabatlar doğrudursa, müharibə daha da qızışacaq» deyə bildirmişdir.
Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Bolqarıstan hava məkanı üzərindən Suriyaya yardım etməsini blok edincə, ABŞ rəhbərliyi Yunanıstandan da eyni şəkildə öz hava yollarını Rusiyanın istifadə etməsi üçün bağlamasını tələb etdi. Bundan sonra Rusiya hava qüvvələri İranın hava məkanından istifadə edərək Suriyaya getməyə başladı. Həmçinin 2015-ci ilin ilk səkkiz ayı ərzində türk boğazlarından 39 rus döyüş gəmisi keçmişdir. Bundan başqa, Suriya rəhbərliyindən hər hansı bir rəsmi bəyanat dərc edilməsə də, bəzi yerli hesabatlara görə, Rusiya Suriyanın Cəbəl (Jableh) şəhərində yerləşən Lazkiyə hava limanında (Bəşir Əsəd Beynəlxalq Hava Limanı) hərbi hava bazası qurmuşdur. Bu potensial hərbi hava bazası Türkiyədəki İncirlik hərbi hava bazasının 180 km cənubunda yerləşir.
Əlbəttə, Rusiyanın Suriyada getdikcə artırdığı həmlələrindən narahat olan yeganə ölkə ABŞ deyil. Baş nazir Netanyahu bu aktivliyin İsrail təhlükəsizliyini də təhdid edəcəyindən narahatdır. Buna görə dərhal Moskvaya gedərək Putinlə görüşən Netanyahu qarşılıqlı yanlış anlaşılmaları aradan qaldırmaq üçün əməkdaşlıq mexanizmi üzərində razılaşma əldə etdi. Görüşün ardından Netanyahu bu bəyanatı verdi: "İsrail və Rusiya Yaxın Şərqdə sabitliyin təmin edilməsi məsələsində ümumi mənafeyə malikdir".
Hazırda Türkiyə terror təşkilatı PKK ilə müharibə aparır və 1 noyabrda keçiriləcək növbədənkənar seçkilərə hazırlaşır. Digər tərəfdən Türkiyə, Suriya sərhədində bufor zona və uçuşa qadağan edilmiş zona yaratmaq vasitəsilə suriya vətəndaşlarının qorunmasını təklif edir. Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu hər iki ölkənin bölgədə fərqli yanaşmaları olsa da, demokratik və təhlükəsiz Yaxın Şərqi dəstəkləmək lazım olduğunu bildirən rus həmkarı Lavrovu ziyarət etdi. Lavrov belə bəyanat verdi: "Türkiyə, beynəlxalq arenada bizim mühüm tərəfdaşımızdır. Suriya, Yaxın Şərq və Şimali Afrika da daxil olmaqla hər cür beynəlxalq məsələdə fikir mübadiləsi aparırıq".
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da Rusiya prezidenti Vladimir Putinlə bir araya gələrək iki ölkə arasındakı qarşılıqlı əlaqələri gücləndirmək və Suriyada gedən müharibəyə həll yolu tapmaq üçün görüşlər keçirib.
Rusiyanın regionla bağlı başqa narahatlığı da ekstremizm və terrorizmdir. Rusiya bu təhdid Qafqaza gəlib çatmadan lazımi tədbirləri görmək niyyətindədir. Buna görə də Suriya rejiminə aid hər bir sahəni qorumaq və beləliklə öz hakimiyyətini bölgədə canlı tutmaq üçün cəhd edir. Bununla yanaşı bufer zonanın yaradılması ilə Türkiyə və Rusiyanın müttəfiqliyi terrorizmlə mübarizədə də mühüm rol oynayacaq.
Açıq şəkildə bilinməlidir ki, koalisiya qüvvələrinin bombardmanı və ya tətbiq etdiyi digər qan tökücü metodlarla Suriya müharibəsi qutarana oxşamır. Ona görə Lazkiyə, Tartus və Dəməşq ətrafındakı bölgəni Əsədə vermək məntiqli olacaq. Bu regionun xaricində qalan yerlərdə rejimin bombardamı durmalıdır. Bu dinc əhalinin ölməsinin də qarşısını alacaq.
Türkiyənin zəmanəti ilə Suriyada bufer zona yaradılaraq rejimin təsiri altında olsa belə mülki vətəndaşların qorunduğu bir sahə yaradılmalıdır. İki ölkənin güclərini birləşdirməsi ilə kəşfiyyat gücü artacaq, mülki vətəndaşların bufer zonada təhlükəsizliyinin təmin edilməsi zorakılığı sona çatdıracaq.
Əsəd rejiminin sərhədlərində və ya qalan bölgələrdə yaşayan vətəndaşlar üstünlük qazanmış olacaq. Bölgə yenidən qurulduqda demokratik və ədalətli seçkilər keçirmək lazımdır. Bu seçkidə mötədil müxalifətdən namizədlərlə yanaşı, Əsədin də namizəd olmasına icazə verilməlidir. Yeni seçilmiş hökumət bu məqamda qətiyyən qan tökərək bir həll yoluna getməməli, diplomatiya və qarşılıqlı razılıqla problemləri aradan qaldırmalıdır. Rusiya, o cümlədən regiondakı ölkələrdən ibarət bir ittifaq qrupu suriyalıların rifahı üçün səmərəli həll yolu irəli sürəcək.
Adnan Oktarın «Pravda.ru»da dərc edilən məqaləsi:
http://english.pravda.ru/world/asia/25-09-2015/132140-russia_syria-0/