Bədiüzzaman həzrətləri birinci Şüada Tövbə surəsinin 32-ci ayəsinin müxtəlif əbcəd dəyərlərini hesablayaraq, fərqli tarixlərlə əlaqədar əhəmiyyətli məlumatlar vermişdir. Verdiyi tarixlər arasında hicri 1324-cü il, hicri 1354- cü il, hicri 1284-cü il kimi müxtəlif tarixlər var. Ancaq, Bədiüzzaman həzrətlərinin "bundan bir əsr sonra" ifadəsində bildirdiyi əbcəd miladi 1910-cu ildir.
İndi xatırladım ki, əgər şəddəli "lamlar" və "mim" iki olaraq sayılsa, bundan bir əsr sonraya işarə edir və zülməti dağıdan şəxslər isə, həzrəti Mehdinin şagirdləri ola bilər. Hər nədirsə bu nurlu ayənin çox hikmətli nöqtələri var. (Sikke-i Tasdik-i Gaybi, səh. 132)
Əgər şəddəli "lamlar" və "mim" iki olaraq sayılsa
Ustadımız ayənin "Allahın nurunu üfləməklə söndürmək istəyərlər.”, yəni, “Allah nurunu tamamlamaqdan başqa bir şeyə razı olmaz" cümləsində keçən şəddəli lamların və şəddəli mimin iki sayılmasından bəhs edilir.
Ayənin ərəbcəsi
يُرِيدُونَ أَن يُطْفِؤُواْ نُورَ اللّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللّهُ إِلاَّ أَن يُتِمَّ نُورَهُ
Şəddəli lamların olduğu sözlər
"Allahi" اللّهِ
"Allahu" اللّهُ
"illa" إِلاَّ
Şəddəli mimin olduğu söz
"yutimmu " يُتِمَّ
Məhz bu sözlərdə keçən lamlar və mim iki dəfə sayıldıqda ayənin bu cümləsinin əbcəd dəyəri 1910-cu ilə işarə edir.
Bundan bir əsr sonra
Ustadımızın bildirdiyi kimi, şəddəli lamlar və şəddəli mim iki dəfə sayıldıqda ayənin əbcədi miladi 1910- cu il olduğuna görə, burada Ustadımız bundan bir əsr sonra ifadəsiylə MİLADİ 1910-CU İLDƏN BİR ƏSR SONRA demişdir.
Yəni, Ustadımız "Bundan" sözüylə ifadə etdiyi tarix miladi 1910-cu ildir. 1910-cu ildən bir əsr, yəni, 100 il sonra isə 2010-cu ildir.
BUNDAN - MİLADİ 1910-DAN 100 İL SONRA; 1910 + 100 =2010
Zülməti dağıdcaq şəxslər isə, həzrəti Mehdinin şagirdləri ola bilər
Deməli, zülmün dağılması, yəni TAMAMİLƏ SONA ÇATMASI, Bədiüzzaman həzrətləri zamanında deyil, onun dövründən BİR ƏSR SONRA, miladi 2010-cu illərdə hz. Mehdi (ə.s) və tələbələri vəsiləsiylə reallaşacaq.
Bu səbəbdən Allahın icazəsiylə 2010-cu illər HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİNİN, ZÜLMÜ TAM OLARAQ TƏSİRSİZ HALA GƏTİRDİKLƏRİ illər olacaq.