Darvinistlər Darvinin Biql (Beagle) gəmisi ilə etdiyi səfər sonrasında möhtəşəm kəşflər etdiyini və təkamül fikirini bu şəkildə inkişaf etdirdiyini zənn etmiş ola bilər. Halbuki, Darvinin Biql (Beagle) gəmisində etdiyi budur: Darvin, sərxoş tayfalarla birlikdə aylarla sürən gəmi səfərində nərələr ataraq bir macəraya getmişdir. Orada çiçək böcək yığmış, onlara baxmaq zəhmətini belə çəkməmiş, onları da bir kənara atmışdır. (Öz avtobioqrafiyasında bunu oxumaq mümkündür). İnsanların elmi araşdırma zənn etdikləri şey, Darvinin dənizçi tayfalarıyla şərab içib sərxoş olduğu bir gəmi səyahətindən ibarətdir. Daha sonra Darvin, mason olan babasının azğın fikirlərini böyük bir kəşfmiş kimi ortaya atmış və insanları bütpərəst bir dinə sürümüşdür.
Darvinistlərin iddiaları əgər doğru olsaydı, fosil qeydlərində şəkildə göründüyü kimi anormal şəkildə inkişaf etmiş, bir çox qəribə canlının izlərinə rast gəlinməli idi. Ancaq 150 ildir aparılan tədqiqatlar nəticəsində belə bir fosilə heç rast gəlinməmişdir. Tam əksinə əldə edilən bütün fosillər, bütün canlıların, mövcud olduqları ilk andan etibarən qüsursuz və əskiksiz olduqlarını və heç dəyişmədiklərini yəni yaradıldıqlarını göstərir.
Nə bu səyahətdə, nə də sonrakılarda Darvinin əlində elmi heç bir tapıntı və dəlil yoxdur. O yalnız, mason babası Erasmus Darvindən miras qalan bir azğınlığı davam etdirmişdir. Darvin, hüceyrənin o dövrdə içi su dolu bir kürəcik olduğunu zənn etmişdir. Genetika elmindən xəbəri yox idi. Elektron mikroskopunu tanımazdı. Tək bildiyi şey vardır, iddiasının doğru çıxa bilməsi üçün ara fosilin lazım olduğu. Lakin belə bir şeyin yer üzündə tapılmadığını da bilirdi. Ona görə “gələcək nəsillərin” bu tapıla bilməyən xəyali aralıq formaları tapacaqlarını, ƏKS HALDA NƏZƏRİYYƏSİNİN ÇÖKMÜŞ OLACAĞINI açıqca söyləmişdir. Darvinin bu sözləri belədir:
“Əgər həqiqətən növlər digər növlərdən yavaş-yavaş inkişaf edərək meydana çıxmışdırsa, nə üçün saysız-hesabsız keçid formalarına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız keçid formaları olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsində onları tapa bilmirik... Nə üçün hər geoloji forma və hər təbəqə belə keçidlərlə dolu deyil?... Bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq”. (Charles Darvin, The Origin of Species, s. 172, 280)
Hazırda, tam da Darvinin etiraf etdiyi kimi, ARA FOSİL DEYƏ BİR ŞEY YOXDUR. Darvinistlər şok içindədirlər. Darvinin kəhanəti doğru çıxmışdır. Buna əlavə olaraq inkişaf edən elm təbii seleksiyanın təkamülləşdirici gücü olmadığını, canlıların genetik strukturlarının fövqəladə dərəcədə kompleks olduğunu, bu mükəmməl quruluşa heç bir şəkildə təsadüfi bir müdaxilənin edilə bilməyəcəyini və yeni bir genetik məlumat əlavə oluna bilməyəcəyini və canlılığın cansız maddələrdən əsla meydana gələ bilməyəcəyini də ortaya çıxarmışdır. Bunlar Darvinin heç bilmədikləridir. Həmçinin fosil qeydlərinin ardından bəlkə də darvinistlərin yaşadığı ən böyük məğlubiyyət HEÇ BİR ZÜLALI YARADA BİLMƏDİKLƏRİNDƏ olmuşdur. Laboratoriyada yarada bilmədikləri zülalın -yəni hüceyrənin təməl quruluş daşının- şüursuz bir mühitdə TƏSADÜFƏN YARANMASI QEYRİ-MÜMKÜNDÜR. Məhz bütün bu gerçəklər darvinizmin çöküşü olmuşdur.