Quranın Haqq Kitab Olduğunu və Ondan Hesaba Çəkiləcəyinizi Anlamazlıqdan Gəlməyin
ucgen

Quranın Haqq Kitab Olduğunu və Ondan Hesaba Çəkiləcəyinizi Anlamazlıqdan Gəlməyin

1622

İman gətirən bir insanın etməli olduğu ilk şey, özünü və hər şeyi yaradan Rəbbimizin qarşısındakı məsuliyyətlərinin nə olduğunu öyrənməkdir. Həmçinin bunu öyrənə biləcəyi mənbə də Qurandır. Allah, seçib bəyəndiyi dininin hökmlərini, sərhədlərini Quranda bütün insanlara bildirmişdir. Peyğəmbərimiz də bu hökmləri bizə açıqlamışdır. İnsanlar ancaq Allahın əmr etdiyi bu hökmlərə tam şəkildə əməl etməklə xilas ola bilərlər. Axirətdə, bu sərhədləri böyük şövqlə qoruyan, bütün həyatı boyu özünü yaradan Allahın razılığını qazanmağa çalışmış bir insan ilə, bu sərhədləri görməzlikdən gəlib, öz istəkləri uğrunda dünya həyatını başa vurmuş bir insanın görəcəyi qarşılığın eyni olmayacağı AÇIQ-AYDIN ortadadır.

Dolayısilə, insanın ən böyük məsuliyyəti Allahın Kitabında bildirilənləri və Peyğəmbərimizin sünnəsini tətbiq etməkdir. Allah hesab günü insanları Qurana uyub-uymadıqları mövzusunda sorğu-suala çəkəcək:

O zaman, özünə vəhy edilənə möhkəm sarıl! Çünki, sən dosdoğru yoldasan. Həmçinin, bu, (Quran) sənin və qövmün üçün həqiqətən bir zikirdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 43-44)

Məhz buna görə də, bütün insanların yalnız Allahın çağırışına cavab vermələrinin və bunun üçün də Quranı çox yaxşı bilmələrinin vacib olduğunu əsla anlamazlıqdan gəlməyin.

İnsanın sonsuz həyatını qurtaracaq hər cür çıxış yolunu özündə saxlayan və bəyan edən Quran, xəbərdar edən, xatırladan və nəsihət verən bir kitabdır. Allah Quranın bu xüsusiyyətlərini bir çox ayəsində bildirmişdir:

Məhz bu (Quran), xəbərdar edilib qorxudulsunlar, həqiqətən Onun tək İlah olduğunu bilsinlər və təmiz ağıl sahibləri yaxşı şəkildə nəsihət alıb düşünsünlər deyə bir bildirişdir. (İbrahim surəsi, 52)

Bu, (Quran) insanlar üçün bir bəyan, çəkinənlər üçün isə, hidayət və nəsihətdir. (Ali İmran surəsi, 138)

Həqiqət (budur ki,) o, (Quran), əlbəttə, bir nəsihətdir! Artıq kim istəsə, nəsihət qəbul edib düşünər. (Müddəssir surəsi, 54-55)

Allahın Quranda insanlara verdiyi nəsihətlər, etdiyi xəbərdarlıqlar, şübhəsiz ki, çox böyük əhəmiyyət daşıyar. İnsanlar bunlara görə həyatlarını nizama salmalıdırlar. Əks halda qarışıqlığın yaşandığı, narahatlıqla dolu, harama, halala diqqət yetirilmədiyi üçün etibarsız, bir-birlərinin haqqını tapdalayan insanlardan ibarət olan cəmiyyətlər yaranar. Məhz buna görə də, Allahın ayələrinin hər birinin tətbiq olunması çox böyük əhəmiyyət daşıyar. Allahdan qorxub çəkinən insanlar Qurandakı xəbərdarlıqları, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini çox böyük diqqətlə icra edər və nəsihət qəbul edib düşünərlər. Quranın bu hökmlərini anlamazlıqdan gələrək davam etdirilən və insanların öz doğrularına görə yaşadıqları bir həyatın, insanı əsla xilas etməyəcəyi isə AÇIQ-AYDINDIR.

Siz bu insanların etdiyi səhvləri təkrarlamayın. Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini özünüzə rəhbər tutmağınızın vacib olduğunu, Quranın bütün insanlar üçün nəsihət, xəbərdarlıq və xatırlatma olduğunu əsla anlamazlıqdan gəlməyin.

Allahın Quranda bildirdiyi hər ayə olduqca aydın və açıqdır. Bir insan: "Quranı oxudum, lakin anlaya bilmədim" deyərək məsuliyyətdən qaçmağa çalışdıqda, əsla hesabını verə bilməyəcəyi bir hərəkət etdiyini bilməlidir. Quran ayələri, Allaha səmimiyyətlə yönələn hər kəsin rahatlıqla oxuyub anlaya biləcəyi və tətbiq edə biləcəyi şəkildədir. Əlbəttə ki, hökmlərin rahatlıqla başa düşülməsi, özüylə birlikdə bunlara əməl etmə məsuliyyəti də gətirir. Həmçinin bu AÇIQ-AYDIN həqiqəti anlamazlıqdan gəlmək, ayələri anlaya bilmədiyini iddia etmək olduqca vicdansız rəftar olacaq. Allah Quranın olduqca aydın olduğu həqiqətini ayələrində belə xəbər vermişdir:

Allahdan başqa hakim mi axtarım? Halbuki, O, Kitabı sizə açıqlanmış halda nazil etmişdir. Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən haqq olaraq nazil edilmişdir. O zaman, əsla şübhə edənlərdən olma. (Ənam surəsi, 114)

Məhz Biz onu (Quranı) açıq-aydın ayələr kimi nazil etdik; şübhəsiz ki, Allah istədiyi kəsi doğru yola yönəldər. (Həcc surəsi, 16)

Əsla Allahın Quranda bildirdiyi hökmlərin çox aydın və asan olduğunu anlamazlıqdan gələrək, sonradan peşmançılıq duyacağınız bir yolu tutmayın.

Allah Quranı qorumuşdur və Quranın hökmləri 1400 ildir ki, heç bir dəyişikliyə uğramadan dövrümüzə qədər gəlmişdir. Allah bu həqiqəti ayələriylə bizə bildirir:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, Biz, onun qoruyucuları da həqiqətən Bizik. (Hicr surəsi, 9)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir. (Ənam surəsi, 115)

Allahın bu vədləri iman gətirənlər üçün kifayətdir. Lakin Allah bunlardan başqa Qurana bəzi elmi, rəqəmli möcüzələr qoyaraq, onun haqq kitab olduğunu insanlara bir daha göstərmişdir. Quran 1400 il əvvəl vəhy edilmiş olmasına baxmayaraq, 1400 il əvvəl qətiyyən məlum olmayan, dövrümüzdə elmin və texnologiyanın son imkanlarından istifadə edilərək tapılmış bir çox elmi həqiqəti insanlara bildirir. Alimlər bu mövzunu araşdırdıqca hər keçən gün yeni bir möcüzəylə qarşılaşırlar (ətraflı məlumat üçün baxın: “Quran elmə yol göstərir”, Harun Yəhya).

Elmi möcüzələrdən başqa indiyə qədər müəyyən edilən Quran möcüzələrindən biri də 19 ədədinin ayələrə şifrli şəklində yerləşdirilməsidir. Bu mövzudakı bir çox nümunədən bir neçəsi belədir:

◉ Hər surənin başlanğıcında olan "bəsmələ" 19 hərfddən ibarətdir.

◉ Quran 114 surədən ibarətdir və 114 isə 19-un 6 mislidir.

◉ 19 və 19-un misli olan ayələrdə keçən Allah sözlərinin ümumi sayı 133, yəni 19-un 7 mislidir.

◉ İlk vəhy olan surə (96-cı surə) axırdan 19-cu surədir.

◉ Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki ümumi söz sayı 19-dur.

◉ Quranda 114 (19 x 6) bəsmələ var. Bu ədəd də 19-un 6 mislidir.

◉ "Rəhman" sözü isə Quranda 57 (19 x 3) dəfə işlənir.

Quranın başqa bir möcüzəsi isə, bəzi sözlərin təkrar saylarındakı diqqətçəkən yönlərdir. Bu möcüzəyə aid bir nümunə, Qurandakı təkrarlanan bəzi sözlərin verdiyi ortaq ədəddir. Bir-biriylə əlaqədar bəzi sözlər heyrətverici şəkildə eyni sayda təkrarlanır. Bunlardan bir neçəsini belə sıralaya bilərik;

◉ "Yeddi göy" ifadəsi 7 dəfə işlənir. "Göylərin yaradılışı (halku semavat)" ifadəsi də 7 dəfə təkrarlanır.

◉ "Dünya" və "axirət" sözləri 115 dəfə təkrarlanır.

◉ "Gün (yevm)" sözü tək halda 365 dəfə işləndiyi halda, cəm halda, yəni "günlər (eyyam və yevmeyn)" sözləri 30 dəfə təkrarlanır. "Ay" sözü isə 12 dəfə təkrarlanır.

◉ "Bitki" və "ağac" sözləri də eyni sayda təkrarlanır (26 dəfə).

◉ "De" sözlərini saydıqda çıxan nəticə 332-dir, "dedilər" sözünü saydıqda da eyni ədədi görürük.

◉ "Şeytan" sözü 88 dəfə işlənir. "Mələk" sözü də 88 dəfə təkrarlanır.

Quranın bu xüsusiyyətləri, onun Allah qatından endirilmiş olduğunu qəti şəkildə göstərir. Bu AÇIQ-AYDIN həqiqəti anlamazlıqdan gəlməyin.

Allah Quranı Öz qatından endirmişdir. O, bu bütün insanlar üçün bildiriş olma və rəhbərlik etmə xüsusiyyəti olan, eləcə də, insanlara Allahın dinini izah edən ilahi və çox uca kitabdır. Müxtəlif böhtanlar ataraq Qurana qarşı şübhələr yaratmağa çalışanlarla bağlı Allah Quranda belə buyurur:

Yoxsa: “Bunu özündən yalan olaraq uydurdu!” deyirlər. De: “Buna bənzər bir surə gətirin və əgər doğru danışırsınızsa, Allahdan başqa çağıra bildiklərinizi çağırın!” (Yunis surəsi, 38)

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplansa (və onların bir hissəsi digər hissəsinə kömək etsə də) onun bənzərini gətirə bilməzlər. (İsra surəsi, 88)

Quranın bütün ilahi xüsusiyyətlərinə baxmayaraq, bunu anlamazlıqdan gələn inkarçılar, axirətdə hər şeyi daha yaxşı anlayacaqlar, lakin iş-işdən keçmiş olacaq. Siz əsla bu insanlar kimi şübhəyə qapılanlardan olmayın və Quranın Allahın haqq kitabı olduğunu, bənzərinin qətiyyən yazıla bilməyəcəyini anlamazlıqdan gəlməyin.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr