Adnan Oktarın 25 dekabr 2010 Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki söhbətindən
Şeytandan Allaha sığınıram "Allah göylərin və yerin nurudur." 1959 tarixini verir, Bədiüzzamanın vaxtı, Risalə-i Nurun sərbəst buraxıldığı dövrdür. Baxın "Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir şam kimidir; çıraq bir qəndilin içərisindədir ki; sanki parlaq bir ulduzdur." Bu, 2037 tarixini verir. Baxın, "çıraq elə bir şüşə içərisindədir, sanki parlaq bir ulduzdur ki;" "inci kimi bir ulduz" Mehdi (ə.s)-a işarə edir, 2037. "Şərqə də, qərbə də aid olmayan müqəddəs bir zeytun ağacından yandırılar; (bu elə bir ağacdır ki) haradasa atəş ona toxunmasa belə, yağı işıq verər." Burada da açıq-açıq elektrikdən bəhs edir ayədə. Baxın, "şərqə də, qərbə də aid olmayan müqəddəs bir zeytun ağacından yandırılar." Heç bir yerə aid olmayan bir ağacdır. Elektrik şəbəkəsi necədir? Kökdən bütün şəhərə yayılır ağac budaqları kimi, "haradasa atəş ona toxunmasa da" atəş toxunmadan yanan nədir? Elektrikdir. Atəş, naqilli elektrikdə elektrik var, amma istilik yoxdur. Bir elektrik lampası yandığında kibritlə yandırmırıq, düyməni basanda yanır. Ayə nə deyir? "Haradasa atəş ona toxunmasa da, yağı işıq verər." Basanda yanır. "(Bu,) Nur üstündə nurdur. Allah, kimi diləsə onu Öz nuruna yönəldər." "Allah kimi diləsə onu öz nuruna yönəldib çatdırar." 1980 tarixini verir. Bax, Mehdi (ə.s)-ın vəzifəyə başladığı tarixi verir. "Allah kimi diləsə onu Öz nuruna yönəldər." 1980, bu ayə eyni zamanada Risalə-i Nura da işarə edir, Bədiüzzamanın zamanına da işarə edir. Hakimiyyət dövrünə də işarə edir, Mehdi (ə.s)-ın vəzifəyə başladığı tarixə də işarə edir, Nur surəsi,35-ci ayə çox əhəmiyyətli bir surədir.