Peyğəmbərimiz (səv) insanlara Quranın Allah qatından endirildiyini açıqlamışdır
ucgen

Peyğəmbərimiz (səv) insanlara Quranın Allah qatından endirildiyini açıqlamışdır

796

Peyğəmbərimizin (səv) dövründə və sonrakı dövrlərdə də Quranın haqq kitab olduğunu inkar edənlər olmuşdur və bu şəxslər Quranı Peyğəmbərimizin (səv) yazdığını iddia etmişlər. Halbuki, Quranın insan əli ilə yazılmadığı çox açıqdır. Allahın sözü olan Quran içində bir çox möcüzəyə, insanların anlamayacağı bənzərsiz bir hikmətə malikdir. Peyğəmbərimiz (səv) də insanlara bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Onu göylərdə və yerdə olan sirləri bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” (Furqan surəsi, 6)

 

De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?”  (Fussilət surəsi, 52)

 

Quranı Kərimin ilk orijinal nüsxəsi (Qədr surəsi) Topqapı sarayının nümayişə çıxarılmayan arxiv hissəsində var.

Quranın bir insan tərəfindən yazıldığını iddia edənlər onun sahib olduğu möcüzələrdən, Allahın sonsuz hikmət bəxş edən sözlərindən xəbərsizdirlər. Halbuki, Quran, bir insanın, bütün insanların və cinlərin belə, bir yerə gələrək yaza bilməyəcəkləri bir kitabdır. Hz. Muhəmmədə (səv) bu mövzu ilə bağlı olaraq qövmünə bunları bildirməsi əmr edilmişdir:

 

 

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də, ona bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)

Yoxsa: “(Məhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də, siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa (köməyə) çağırın!” (Yunus surəsi, 38)

Peyğəmbərimiz (səv) başqa hədislərində isə Quranın Allahın sözü olduğunu belə ifadə etmişdir:

"Quran Allahın kəlamıdır. Elə isə, Quran sahibi Rəbbinin qadağan etdiklərinə əməl edərək ona təzim (hörmət) edin"

“Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.”  (Zumər surəsi, 1)

Əlif. Ləm. Ra. (Bu,) “insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.”   (İbrahim surəsi, 1)

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr