Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR: Maun surəsi, Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. "Dini yalan sayanı gördünmü?". Ahir Mao, Darvin... Hitler, hamısı dini yalan sayır. "Dini yalan sayanı gördünmü?". Baxın "Yetimi itələyib-qovan, yoxsulu doyurmağı təşviq etməyən odur". Yetimi, 1-ci dünya müharibəsində, 2-ci dünya müharibəsində də yüz milyonlarla yetim meydana gəldi və onlar həmişə itələnilib, qaxıldılar. Alman əsgərləri olsun, faşistlər olsun, kommunistlər olsun, bunlar oradan-buraya sürgünə apardılar, bunların böyük bir hissəsi yollarda öldü və tələf oldu, yüz milyonlarla, baxın "yetimi itələyib-qovan, yoxsulu doyurmağı təşviq etməyən odur". Kommunizm, faşizm yoxsulları da pərişan etdi, bilirsiniz. Və aclıqdan milyonlarla insan öldü. Baxın "doyurmağa təşviq etməyən odur. "Ac buraxdılar, mərhəmətsiz idilər. Allah "(Bu) namaz qılanların vay halına" deyir, yenə Axırzamana diqqət çəkir, "Ki onlar, namazlarında yanılmadadırlar, nümayiş etməkdədirlər" tənbəlliklə namaza qalxır, məsələn Allahı xatırlayarkən tənbəllik edir, dindən ancaq bir nümayiş olaraq istifadə edir. Hacı Hafiz budur deyir, Quran Axırzamanda bəzi insanların dindən öz mənfəətləri üçün istifadə edəcəyinə diqqət çəkir. Allah verməsin. Məsələn, "din alimiyəm" deyir, amma müsəlmanları hörmətdən salacaq danışıqlar edir, müsəlmanların əleyhinə danışır. Və yaxud "din alimiyəm" deyir, "Allahı çox zikr etsəniz, yaxşı yatarsınız" deyir, "yuxu gətirər" deyir. Və yaxud "Quran oxuyun" deyir, "Quran da sizə yuxu gətirər" deyir. Və ya "müsəlmanlar bir-birinə borc verməsin" deyir, məsələn, müsəlmanları bir-birinə sanki müxalifmiş kimi göstərir. Amma, yəni görünüş olaraq baxırsan pal-paltarı yaxşıdır, nümayişdə qüsur yoxdur, sarığında qüsur yoxdur, cübbəsində qüsur yoxdur. "Nümayiş etməkdədirlər," deyir. Amma əslinə endiyində, özündə bir şey olmur, lakin nümayişə hazırdılar. Allah bunu qəbul etmədiyini söyləyir. "Və kiçicik bir köməyə (və ya zəkata) da maneə törətməkdədirlər". Yəni müsəlmanların bir-birinə kömək etməsinə. Məsələn, "müsəlmanlar bir-birinə kömək etməsin" dedinmi, bu nə deməkdir? Müsəlmanların bir-birinə köməyini kəsmək deməkdir. "Kiçicik bir köməyə də maneə törətməkdədirlər". Məsələn, həqiqətən, yardım dərnəklərinə bəzən insanlar kömək etmək istəyirlər, lakin ona da bəzən maneə törədənlər çıxır. Kömək edək, yaxşılıqla, məsələn onu da dayandırmaq istəyirlər. Əlbəttə ki, çox genişdir. Məsələn, müsəlman kitab paylayacaq, amma paylatdırmırlar. Mane olurlar. "Ki onlar namazlarında yanılmadadırlar," deyir. Yəni nümayiş etdikləri üçün, yəni səmimi olmaq, namazda səmimi olmaq... Yəni Quran müsəlmanın səmimi olması lazım olduğuna işarə edir. Əlbəttə ki, səmimiyyətsiz deyil, yəni yalnız insanları gördüyündə namaz qılan deyil, namazı insanların görmədiyi yerdə də qılmaq. Səmimi olaraq, ixlasla, Allaha könüldən boyun əyərək qılmaq, dindən, dinində, dinə xidmət edərkən malını, mülkünü və bütün imkanlarını dinə təqdim etmək. Yəni din ona bir mənfəət verməyəcək, o dinin mənfəətləri üçün öz imkanlarından istifadə edəcək. Məsələn, bax "Mehdinin" rəvayətlərdə "malı mülkü olmaz" deyir. Niyə? Çünki əlinə nə keçirsə xərcləyəcək.