Radikalizmin çarəsi Qurandır
ucgen

Radikalizmin çarəsi Qurandır

617

Ötən il İŞİD və müxtəlif radikal qruplar beynəlxalq medianın gündəmindən heç düşmədi. 2016-cı il də oxşar hadisələrə səhnə olacaq kimi görünür. Yanvar ayında Obama rəhbərliyi tərəfindən təşkil edilən bir görüşdə Ağ Evin yüksək səviyyəli dövlət rəsmiləri, milli təhlükəsizlik müşavirləri və böyük texnologiya şirkətlərinin rəhbər şəxsləri bir araya gəldilər. Bu görüşdə məqsəd radikalizmə qarşı "inkişaf etmiş texnoloji mübarizə layihəsini" işə salmaq idi.

 

Alınacaq yeni tədbirlər sırasında ön plana çıxanlardan biri radikal təşkilatların ifadələrinə cavab verəcək bir mərkəzin yaradılmasıdır. Bu mərkəz "radikal qrupların mənfi cəhətlərinə diqqət çəkəcək və müsbət Qərb imici formalaşdırmağa" çalışacaq.1

 

Bunlar ilk baxışda qulağa xoşgələn, ancaq dərindən düşündükdə gözlənilən nəticəni verməyəcək çox uzaq hədəflərdir. Əvvəla, müsbət Qərb imici formalaşdırmaq təşəbbüsünü nəzərdən keçirək:

 

İmic düzəltmə səyləri şirkətlərə müəyyən qədər fayda verə bilər. Amma demək olar ki, hər gün hücum, hava bombardmanları, həyatını itirən günahsız uşaqlar, mülki şəxslər və qaçqınlar olan bir dünyada ictimaiyyətlə əlaqələrin qəti çözüm olacağı hazırda mümkün görünmür. Yaxın Şərqdə 2000-ci illərin əvvəlindən etibarən aparılan yanlış siyasətlərin Qərbə qarşı qəzəbə səbəb olduğu və bunların bərpasının çox çətin olacağı unudulmamalıdır.

 

Qərb dövlətləri, həqiqətən, müsbət Qərb imici formalaşdırmaq istəyirlərsə, strategiyalarını dəyişdirməli və silahlı mübarizəyə son qoymalıdırlar. Öz ölkələrində müdafiəçisi olduqları azadlıq, bərabərlik, qardaşlıq, ədalət, həmrəylik kimi dəyərlərə önəm verməli, sahib olduqları güclü iqtisadi və texnoloji imkanlarla faydalı çözümlər irəli sürməlidirlər.

 

Amerika rəhbərliyinin digər əhatəli çözüm hədəfi isə sosial media vasitəsilə "radikal qrupların mənfi cəhətləri" barədə insanları məlumatlandırmaq və beləliklə İŞİD-ə qoşulan yeni üzvlərin qarşısını almaqdır. Bunun da təsirli çözüm strategiyası olmadığını burada qeyd etmək lazımdır. İŞİD və digər radikal qruplar zorakılıq əməllərini pislik üçün deyil, öz "müqəddəs" məqsəd və idealları uğrunda edirlər. İŞİD üzvlərinin əksəriyyəti məlumatsız və sadəlövh, şəxsiyyət pozuqluğu olan insanlar deyil. Əksəriyyətinin maddi problemləri də yoxdur. Haqlı olduqlarını düşündükləri və həqiqətən inandıqları üçün mallarını, karyeralarını və dünyaya aid bütün hədəflərini tamamilə tərk edərək yanlış da olsa, bir ideologiyanın ardınca gedirlər. Nəticədə etdiklərini yanlış görmədikləri üçün "mənfilikləri ifşaetmə" təbliğatının heç bir təsiri olmayacaq.

 

İŞİD-in zorakılığa və qanlı işlərə əl atmasının səbəbi sahib olduğu inanc sistemidir. Bu inanc sisteminin əsas dayağı isə gerçək İslamda heç bir yeri olmayan xurafatlar, uydurma hədislər və fanatik inanclardır. Həmin cəfəngiyyatlar İslamın əsl mənbəyi kimi təqdim olunduqca onların törətdikləri vəhşiliyə təəccüblənməməliyik.

 

Mənşəyi nifrətə əsaslanan bu fanatik inanc sisteminin əksinə Quranda insanların, məzlumların sevilməsi və qorunması buyurulur. Quran ayələrinə ön mühakimə olmadan, səmimi nəzər saldıqda aydın şəkildə görünür ki, Allahın bizdən istədiyi sevgiyə, hörmətə əsaslanan münasibətdir.

 

Fanatik və radikal inanc sisteminin bərpası Quranla mümkündür. Beləliklə, İŞİD və radikal təşkilatlar silah, bomba və ya quru təbliğatla deyil, yalnız və yalnız Quranla düzgün yola gətirilə bilər. Bugün əgər İslam dünyasına sevgini, şəfqəti, plüralizmi, anlayışı, şəfqəti əsas götürən bir ruhun hakim olmasını istəyiriksə, bunun yeganə yolu əsrlərdir tərk edilmiş Quran əxlaqına yenidən qayıtmaqdır.

 

1- www.nytimes.com/2016/01/09/world/middleeast/white-house-officials-to-meet-with-tech-leaders-on-thwarting-terrorists.html?_r=0

Adnan Oktarın «Gulf Times»da dərcedilən məqaləsi:

http://www.gulf-times.com/story/489779/The-Qur-an-the-only-remedy-for-radicalism

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr