Peyğəmbərimiz (səv) insanları şirkdən çəkindirmişdir
ucgen

Peyğəmbərimiz (səv) insanları şirkdən çəkindirmişdir

2340

Peyğəmbərimizin (səv) insanları çəkindirdiyi ən mühüm mövzulardan biri şirkdir. Quran ayələrində də göründüyü kimi, hz. Muhəmməd (səv) insanlara daim Allahın tək İlah olduğunu, Onun xaricində heç bir varlığın heç bir gücə malik olmadığını söyləmiş və müşriklərə qarşı onları xəbərdar etmişdir. Bir çox ayədə Peyğəmbərimizə (səv) insanları şirkə qarşı xəbərdar etməsi xəbər verilmişdir. Bu ayələrdən bəziləri belədir:

 

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf surəsi, 108)

De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”  De: “Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!” De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! (Cin surəsi, 20-22)

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də, müsəlmanların birincisi olmaq əmr olunmuşdur”. De: “Rəbbimə qarşı üsyankar olsam, o əzəmətli günün əzabından qorxuram”. De: “Mən dinimi (itaətimi) məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm. Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!” (Zumər surəsi, 11-15)

“Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?”  De: “Əgər doğru deyirsinizsə, dəlil gətirin”. (Nəml surəsi, 64)

“Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlil gətirin”. (Nəml surəsi, 64)

 

Qövmünə Allahın tək İlah olduğunu xatırladan hz. Muhəmməd (səv) eyni zamanda Allaha şərik qoşduqlarınızın heç bir şeyi yaratmayacaqlarını, kimsəyə zərər verməyə və ya fayda verməyə gücləri çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Allahdan başqa tanrı saydıqlarınızı (köməyə) çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər”. (İsra surəsi, 56)

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. (Əhqaf surəsi, 4)

De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə və nə də yerdə zərrə qədər olan bir şeyə də sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur. (Səba surəsi, 22)

De: “Allahdan başqa yalvardığınız şərikləri heç gördünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şəriki mi var?” Yoxsa biz onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatır surəsi, 40)

 

İnsanların bir çoxu Allahın varlığını qəbul edir, lakin Allahın gücünü və böyüklüyünü təqdir etmor, Allahdan başqa varlıqların özünə fayda gətirə biləcəyini zənn edir, tək dost və köməkçinin Allah olduğunu qavraya bilmirlər. Peyğəmbərimiz (səv) isə qövmünə bu həqiqətləri izah etmiş və onları şirkdən təmizləməyə çalışmışdır. Ayələrdə belə buyurulur:

 

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz, Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da, O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül etsinlər!” (Zumər surəsi, 38)

De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da, sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. (Əhzab surəsi, 17)

 

İnsanın tək dostu və qoruyucusu özünü yaradan Allahdır. Lakin Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəməzlər. Ancaq çətinlik anlarında, çarəsiz olduqda, bəzi hadisələrdə bu insanlar özlərinə Allahdan başqa heç kimin kömək edə bilməyəcəyini anlayırlar. Peyğəmbərimiz (səv) də insanlara bu həqiqəti xatırlatmışdır. Bir çətinliyə, bir zərərə düşdüyü zaman, insanın, Allahdan başqa heç bir köməkçisi olmadığını söyləmişdir. Bu mövzu ilə bağlı olaraq Quranda Peyğəmbərimizin (səv) qövmünə bunu xatırlatdığı bildirilmişdir:

 

De: “Heç düşünürsünüz ki, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat gəlib çatarsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru deyirsinizsə, çağırın görək.” Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər (Allah) istəsə, Ona (uzaqlaşdırması haqqında) yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız” (Ənam surəsi, 40-41)

 

Peyğəmbərimizin (səv)-in də xatırlatdığı bu həqiqəti unutmayan möminlər bir çətinliklə qarşılaşmadan da, özlərinə tək kömək edə biləcək, onlardan çətinlikləri yox edən gücün Allah olduğunu bilirlər. Quranda belə buyurulur:

 

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman, sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz”. (Ənam surəsi, 63-64)

Mustafa Rakim Əfəndi. 1797. "Allahı tənzih edirəm və Ona həmd edirəm. Ondan başqa ilah yoxdur." And olsun ən böyükdür və Allahdan başqa qüvvət yoxdur.

Peyğəmbərimiz (s.ə.v) hədisi-şəriflərində də, bütün müsəlmanları şirkə qarşı belə buyurmuşdur:

"Ən böyük günah Allah səni yaratdığı halda Ona şərik qoşmandır."

Peyğəmbərimiz (s.ə.v) bir başqa sözündə isə Allahın şirk xaricindəki bütün günahları bağışlayacağını belə bildirmişdir:

Allah buyurur: "Bir adam bilsə ki, Mən qüdrət sahibiyəm, günahları bağışlayaram. O şirk etmədikcə Mən onu bağışlayaram."

Peyğəmbərimiz (s.ə.v) xüsusilə gizli şirkin insanlar üçün nə qədər ciddi bir təhlükə olduğunu isə bu sözlər ilə açıqlamışdır:

"Mənə görə sizin üçün dəccaldan daha çox qorxduğum şeyi xəbər verimmi? O, gizli şirkdir ki, bir insanın birinin mövqesinə göstəriş üçün əməl etməsidir."

"Şirk, ümmətimdə düz yolda, qaranlıq gecədə, qarışqaların gəzməsindən daha gizlidir. Əlaməti, ədalətsizlikdən ötrü məhəbbət və ədalətdən ötrü də buğz etməkdir və Din, Allah üçün sevgi və Allah üçün buğzdan başqa nədir? Allah Təala buyurdu ki: "Əgər siz Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah da sizi sevsin. "

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.”   (Nəml surəsi, 65)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr