ADNAN OKTARIN KAÇKAR tv-dəki canlı söhbəti
(16 MART 2011; 00.30)
ADNAN OKTAR: Bismillah, şeytandan Allaha sığınıram. Taha surəsi, 83; "Səni qövmündən tez ayrılmağa tələsdirən nədir, ey Musa?" deyir Allah. Liderlər başda olmadığında insanlarda bir pozulma, əskiklik ola bilir. Deməli, şəxsi-mənəvi kafi deyilmiş. Liderin əhəmiyyətinə Allah diqqət çəkir. "Dedi ki: "Onlar arxamca gəlirlər, məmnun qalmağın üçün, Sənin yanına gəlməkdə tələsdim, Rəbbim."" Yəni "onlara mən onsuz da izah edilənləri izah etdim, dinin hökmlərini izah etdim, arxamca gəlirlər" deyir, onsuz da lazım olanı edirlər, İslamı yaşayırlar deyir. "Sənə gəlməkdə tələsdim, Rəbbim" deyir. "Dedi ki: "Allah "Biz səndən sonra qövmünü sınaq (fitnə)dan keçirdik, Samiri onları çaşdırıb-azdırdı". Dərhal münafiq bir hərəkat yaranır. Lider olduğunda belə bir şey olmur. Yəni bu, Quranda şəxsi-mənəviyə verilən bir cavabdır. Başsız bir cəmiyyətin, başsız müsəlmanlığın nə hala gələcəyini Allah göstərir. Dərhal münafiq bir rejimin, münafiq bir düşüncənin müsəlmanların içərisində inkişaf edə biləcəyini Allah göstərir. Necə ki, İslam aləminin böyük hissəsi elədir. Bir Türkiyə xilas olmuşdur bundan, inşaAllah. "Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”". Bəs şəxsi-mənəviylə olurdu? Bax lider olmayınca nə olur görürsünüz. Nə deyirlər? " Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!". “Azmış vəziyyətdə davam edəcəyik" deyirlər. Lider gəlincə anında dayanır. Şəxsi-mənəviylə olmayacağını Allah göstərir. Həm də hər hansı bir lider deyil, güclü bir lider, inşaAllah; ağıllı bir lider, inşaAllah.