Axirətin varlığına inanmayan və ya şübhə ilə yanaşan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Ölümlə birlikdə hər şeylərini itirəcəklərini düşündükləri və dünyaya böyük həvəslə bağlı olduqları üçün ölümü qətiyyən düşünmürlər. Halbuki, hər insan Allahın özü üçün taleyində bəlli olan vaxtda öləcək və bundan əsla bir qaçış yolu tapa bilməyəcək. Peyğəmbərimiz (səv) də bu insanlara ölümdən qaçışın özlərinə bir fayda verməyəcəyini açıqlamış və onların ölümdən sonrakı gerçək həyatlarını düşünmələrinə vəsilə olmağa çalışmışdır.
Peyğəmbərimiz (səv) ölümün düşünülməsini də tövsiyə etmiş və belə demişdir:
"Ölümü ən çox yada salan və ölüm onlara çatmamışdan əvvəl onun üçün ən yaxşı hazırlığı edənlər ağıllı onlardır."
Allah qiyamətin saatını Özündən başqa kimsənin bilməyəcəyini bildirmişdir:
Allahın ayədə bildirdiyi kimi, qiyamət saatı Allahın diləməsi xaricində heç kim tərəfindən bilinə bilməz. Ancaq Peyğəmbərimizin (səv) hədislərinə və Quranda olan işarələrə istinad edərək qiyamətin hansı dövrdə ola biləcəyi təxmin edilə bilər. Məsələn, "İman gətirən heç kimin qalmadığı, azğınlığın hakim olduğu bir dövrdə qiyamət qopa bilər" deyilir. Necə ki, böyük Əhli-sünnə alimi Bərzənci həzrətləri və Suyuti həzrətləri Peyğəmbərimizin (səv) hədislərinə istinadən, ümmətin ömrünün hicri 1500-cü ili keçməyəcəyini, yəni 1600-cü ilə çatmayacağını söyləyirlər. Bədiüzzaman Səid Nursi həzrətləri də yenə hədislərdəki məlumatlara görə müsəlmanların hicri 1506-cı ilə qədər yaşayacaqları, hicri 1545-ci il (Miladi 2120) tarixində isə qiyamətin qopması təxmin edilir. (Doğrusunu Allah bilir.) (Ətraflı məlumat üçün baxın. www.hazretimehdi.com)
2013-11-16 18:50:00