Onun yanına gələnlər istər-istəməz təmizlənəcəklər, ayrılacaqlar və ələnəcəklər. Böyük əksəriyyəti bu seçimdən keçə bilməyəcək. (Gaybet’ül Numani, Bölüm 12, Səh. 299)
Hədisdə hz. Mehdin (ə.s)-ın yanına çox sayda insanın gələcəyinə, lakin nəticədə bu insanların böyük əksəriyyətinin seçimdən keçə bilməyəcəyinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s) çox fədakarlıq tələb edəcək, çətin bir elmi mübarizə aparacaq. Xüsusilə mübarizəyə başlayanda çox tez-tez təzyiqlərə məruz qalacaq. Belə şəraitdə hz. Mehdi (ə.s)-ın tələbələri əlbəttə ki, təmizlənəcəklər və az sayda seçmə insanlar qalacaq.