Bütün kainat, içindəki canlı və cansız varlıqların hamısı ilə birlikdə Allaha aiddir. Və Allah, sahib olduqlarından dilədiklərini dilədiyi insanların əmrinə verər. İnsanlara ruzi verən, onları zənginləşdirən, çoxlu məhsul verən, nemətləndirən Allahdır. Allahın ayələrində bildirdiyi kimi, Allah dilədiyi insana ruzisini genişlədib yayar, dilədiyinin isə ruzisini qısıb daraldar və bunların hamısını xeyirlə və bir hikmətlə diləyər. Ruzisi artan da, azalan da bunlarla sınanmaqdadır. Allahın verdiyi nemətlərlə azmayanlar, hamısı üçün Allaha şükür edənlər, əllərindəki nemətlər alındığında isə, Allaha təvəkkül edərək, səbir göstərənlər Allahın məmnun olduğu qullardır. Quranda bildirilən hz. Süleymanın sözləri, Allahın nemətlərinin insanlar üçün bir sınaq olduğunu açıqlayır:
Öz yanında kitabdan elmi olan biri dedi ki: "Mən, (gözünü açıb bağlamadan) onu sənə gətirə bilərəm. "Dərhal (Süleyman) onu öz yanında görüncə dedi ki: "Bu, Rəbbimin fəzlindəndir, Ona şükür edəcəyəmmi, yoxsa nankorluq edəcəyəmmi deyə məni sınadığı üçün (bu fövqəladə hadisə reallaşdı). Kim şükür etsə, artıq o özü üçün şükür etmişdir, kim nankorluq etsə, həqiqətən, mənim Rəbbim Ğani (heç bir şeyə və kimsəyə ehtiyacı olmayan)dır, Kərim olandır". (Nəml surəsi, 40)
Hz. Süleymanın Quranda xəbər verilən, "Bu, Rəbbimin fəzlindəndir, Ona şükür edəcəyəmmi, yoxsa nankorluq edəcəyəmmi deyə məni sınadığı olduğu üçün (bu fövqəladə hadisə reallaşdı)" şəklindəki sözləri, nemətlərin insanlara verilmə səbəblərindən birini açıqlayır.
Allah Quranda dünya həyatının bəzəyi olaraq təyin etdiyi malları, oğulları, yoldaşları, qohumları, mövqeyi, etibarı, zəkanı, gözəlliyi, sağlamlığı, qazanc gətirən ticarəti, müvəffəqiyyəti, qısası, hər cür neməti insanı sınamaq üçün verər.
İnkarçılara bolluq verilməsinin sirləri
Dünya üzərində, Allaha inanmadığı halda bolluq və nemət içində yaşayan, bərəkətli torpaqlar, sağlam uşaqlar sahibi olan, uzun ömür sürmüş və hələ də də sürməkdə olan bir çox insan vardır. Bu insanlar sahib olduqlarıyla Allahı razı etmək yerinə lovğalanmaqda, bunlarla Rəbbimizin razılığını axtarmaq yerinə, Allahdan uzaqlaşmaqdadırlar. Hər keçən gün küfrləri artan və dayanmadan günah yığan bu insanlar, sahib olduqlarının özləri üçün xeyir olduğunu zənn edərlər. Halbuki Allah Quranda bu insanlara verdiyi nemətlərin və möhlət müddətinin hikmətini və sirlərini bu ayələrlə açıqlayır:
Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi, 85)
O küfr edənlər, özlərinə verdiyimiz müddəti əsla özləri üçün xeyirli sanmasınlar, Biz onlara, ancaq günahları daha da artsın deyə müddət verməkdəyik. Onlar üçün ağır bir əzab vardır. (Ali İmran surəsi, 178)
Artıq sən onları müəyyən bir müddətə qədər öz qəflətləri içində burax. Onlar düşünürlər ki, özlərinə verdiyimiz mal və uşaqlarla Biz onların xeyirlərinə qaçırıq (və ya kömək edirik)? Xeyr, onlar şüurunda deyildirlər. (Muminun surəsi, 54-56)
Ayələrdə açıqlandığı kimi bəhs olunan insanların sahib olduqları nemətlər onlar üçün xeyir deyil. Onlara verilən müddət günahlarının daha da artması üçündür. Vaxtları dolduğunda isə nə malları, nə uşaqları, nə mövqeləri onları acı bir əzabdan qurtara bilməz. Necə ki, Allah Məryəm surəsində daha əvvəlki insan nəsillərində də varlıq və bolluq içində yaşayan, ancaq bu nemətlərin özlərini əzabdan qurtara bilmədiyi qövmlərin vəziyyətini bildirmişdir:
Onlardan əvvəl nə qədər insan nəsillərini dağıtdıq, onlar mal (geyim, vətəmin olunma) baxımından da, nümayiş baxımından da daha gözəl idilər. (Məryəm surəsi, 74)
Eyni ayənin davamında isə, bu insanlara müddət verilməsinin sirri belə açıqlanmışdır:
De ki: "Kim azğınlıq içindədirsə, Rəhman (olan Allah), ona müddət verər; özlərinə vəd ediləni -ya əzabı və ya qiyamət saatını- gördükləri zaman artıq kimin yeri (mövqeyi) daha pis, kimin əsgəri- gücü daha zəifmiş, öyrənəcəklər. (Məryəm surəsi, 75)
Allah, sonsuz ədalətli və mərhəmətlidir. Hər şeyi bir hikmət və xeyir ilə yaradar və hər insan etdiyinin qarşılığını əskiksiz olaraq alar. Bunu bilən möminlər, ətraflarında baş verən hər hadisəyə Allahın yaratdığı hikmət və xeyiri görmək niyyətiylə baxarlar. Əks halda, insanlar həqiqətdən uzaq, hiyləgər bir dünya yaşayarlar.