Peyğəmbərimiz (s.ə.v) hədisi-şərifində hər əsrdə seyidlər arasından ədalətlə hökm edən bir adam tapılacağını bildirmişdir. Bu kəslər öz əsrlərində hakim olan batil cərəyan nə isə onunla fikri mübarizə içində olacaqlar və insanları din əxlaqını yaşamağa dəvət edəcəklər. O dövrdə cəmiyyətlər üzərində təsirli olan batil din (materializm, ateizm, bütpərəstlik, darvinizm) hansı isə onunla və ya hamısı bir yerdə isə hamısı ilə fikri mübarizə edirlər. Hicri 1400-cü ildə bu fikri mübarizəni edəcək və insanları haqq yola dəvət edəcək seyid hz. Mehdi (ə.s) olacaq. Hz. Mehdi (ə.s) həm darvinizm və materializmi fikirlə yerlə bir edəcək, həm də bəzi xurafatçı kəslərin dinə daxil etdikləri hər cür batil izahı dindən uzaqlaşdıraraq dinin Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi yaşanmasını təmin edəcək. Ustad Səid Nursi həzrətləri hz. Mehdi (ə.s)-ın bu fikri mübarizəsini bu şəkildə açıqlayır:
Hz. Mehdi (ə.s) birinci vəzifəsi olaraq maddinin, yəni, materializm tabiyyun, yəni, darvinizm ilə fikri bir mübarizə aparacaq və bu iki inkarçı axını tam olaraq fikirlə etibarsız hala gətirərək, insanların Allaha qəti olaraq iman etməsinə vəsilə olacaq.