Qurani-Kərim Rəbbimizin insanlara rəhmətinin təzahürüdür
ucgen

Qurani-Kərim Rəbbimizin insanlara rəhmətinin təzahürüdür

855
 
Quran Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim isimlərinin üstün təcəllisidir. İnsanların əsl dini öyrənəcəyi tək mənbə Qurandadır. Quran bütün kainatı yoxdan yaradan, hər şeyin ən doğrusunu bilən, sonsuz rəhmətə sahib olan Uca Allah`ın sözüdür. Quranın Rəbbimizin bizə rəhməti olduğu ayədə belə bildirilir:
 
(Bu) Mərhəmətli və Rəhmli (Allah) tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən camaat üçün (nəzərdə tutulmuş)  bir Kitabdır. (Fussilət surəsi, 2-3)
Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun. (Nəhl surəsi, 64)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən camaat üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik. (Əraf surəsi, 52)
 
Allah`ın insanlara açıqlayıcı kitablar endirməsi və hökmlərini bildirib Zatını tanıtması, bilmədiklərini ən doğru olaraq Öz sözü ilə və hikmətlə bildirməsi insanlar üçün böyük rəhmətdir. Allah insanlara endirdiyi müqəddəs kitablar təhrif edildikdə yeni elçilər göndərib, ancaq Peyğəmbərimizə vəhy etdiyi Quranın qiyamətə qədər qorunacağını bildirib.
 
Ən son İlahi kitab olan Quranın Allah`ın nəzarətində olması da insanlar üçün rəhmətdir. Ənam surəsində belə buyurulur:
 
... Və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.(Ənam surəsi, 157)
 
Quran hər insanın başa düşdüyü, sadə üsluba və bənzərsiz hikmətə sahib olan bir kitabdır.
 
Allah Quranı insanların içində yazılanları öyrənmələri, oxuyub başa düşmələri, bütün kainatı yoxdan yaradan Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib Ondan qorxmaları kimi bir çox hikmətlə endirib. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyat ilə bağlı mövzular Quranda ən hikmətli şəkildə izah edilib.
 
Allah “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə də bizlərə bu həqiqəti bildirir. Allah`ın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq”(Ənam surəsi, 38) ayəsində də bildirdiyi kimi, Quranda bir insanın vicdanla axtardığı bütün sualların cavabı var.
 
Quran həqiqətləri əhatə edən hidayət rəhbəri, hər mövzu haqqında Rəbbimizin hz. Muhəmmədə (səv) vəhy etdiyi ən doğru məlumatlardan ibarətdir. Buna görə də həyatlarında sadəcə Quranı və Peyğəmbərin (səv) sünnəsini özlərinə nümunə götürən insanlar Allah`ın rəhmətinə və hidayətinə qovuşdurulurlar.
 
Quranın bu xüsusiyyəti ayələrlə belə xəbər verilir:
 
Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)
Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)
 
Özünə rəhbər kimi Quranı və Peyğəmbərimizin (səv) yolunu seçən bir insanın həyatı digər insanlarınkından çox fərqli olur. Məsələn, bu insan sıxıntı, narahatlıq, qorxu, ümidsizlik, bədbinlik kimi ruh hallarından uzaqdır, ya da bir çətinlik qarşısımda təlaşlanmaz. Çünki hər anında Allah`ın ayələri və Peyğəmbərimizin (səv) hərəkətləri onun üçün yol göstəricidir. Qarşılaşdığı hər hadisəyə mütləq Allah`ın hökmləri ilə qarşılıq verir.
 
Aldığı hər qərar, dediyi hər söz, etdiyi hər iş Quran əxlaqını yaşadığının göstəricisidir. Buna görə də vicdanı həmişə təmiz olur və bunun gətirdiyi mənəvi rahatlıq ilə yaşayır. Allah`ın Quran əxlaqını yaşayanlara rəhmətindən bəxş etdiyi bu gözəl ruh halı, rahatlıq və sevinc möminlər üçün çox böyük nemətdir. Beləliklə, Rəbbimiz Yunus surəsində Quranın “şəfa” olduğunu belə bildirir:
 
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunus surəsi, 57)
 
Allah Quranda doğrularla yanlışları çox aşkar bildirib. Bu səbəbdən də vicdanlarının səsini dinləyib nəfslərinin eqoist arzularından uzaq duran, Allah`ın hökmlərinə uymaqda qərarlı olan hidayət əhli insanlar üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər səviyyədə təhsili olan insanın rahat şəkildə başa düşəcəyi, öyüdlərini anlayacağı hikmətlərlə dolu olan bir kitabdır. Qurandakı hökmlər və ayələrlə tövsiyə edilən gözəl əxlaq çox aydın və asandır.
 
Allah`ın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda deyilənləri rahatlıqla anlaya bilər və anladıqlarını bütün hərəkətlərində və düşüncələrində ən gözəl tərzdə tətbiq edə bilər. Bu da Allah`ın Rəhman və Rəhim isimlərinin çox üstün təzahürüdür. Allah Quran haqqında belə ifadə işlədir:
 
"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan…" (Bəqərə surəsi, 185)
 
Allah yaratdığı insanın fitrətinə uyğun olan Quran əxlaqı ilə mərhəmətini, şəfqətini və sonsuz rəhmətini bizlərə göstərir. Fitrətinə uyğun davranmayan, Quran əxlaqını yaşamayan hər insan maddi və ən əsası da mənəvi sıxıntı içində yaşayır.
 
Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.(Muminun surəsi, 71)
 
Ancaq sadəcə Allah`dan qorxub çəkinənlər, Ona qəlbən təslim olanlar, axirət həyatını dünyadan üstün tutanlar Qurandan öyüd alıb düşünürlər. Allah başqa ayələrdə də belə buyurur:
 
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Ta ha surəsi, 2-3)
 
Bu mövzu eyni zamanda Quranın əhəmiyyətli bir sirridir. Quranı anlamaq üçün üstün zəkaya, ya da qabiliyyətə deyil, səmimi bir niyyətə sahib olmaq kifayətdir. Çünki insana hər şeyi öyrədən Rəhman olan Allah`dır. Allah səmimi qullarına doğru yolları göstərir, onların Quran əxlaqını yaşamalarını və xilas olmalarını təmin edir.
 
Quran bütün insanlar üçün göndərilən kitabdır, amma sadəcə Allah`dan qorxan, axirət gününə iman gətirən möminlər üçün hidayət vəsiləsi olur. Bu da Allah`ın iman gətirən qulları üzərindəki şəfqətinin dəlillərindəndir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir.
 
(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)
Bu, hikmətli Kitabın ayələridir. Xeyirxah əməl sahiblərinə doğru yolu göstəricisi və rəhmətdir. (Loğman surəsi, 2-3)
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunus surəsi, 57)
 
Ayələrdə bildirildiyi kimi, Quran bütün bəşəriyyət üçün öyüd, çəkinən səmimi müsəlmanlar üçün də hidayət rəhbəridir. Ehtiva etdiyi üstün hikmət keçmişdən, gələcəkdən verdiyi həqiqi məlumatlar, insanlardakı qəfləti aradan qaldıran bənzərsiz kitabdır. Quranın bu təsiri vəhy edilən gündən qiyamətə qədər yaradılmış və yaradılacaq bütün insanlara aiddir. İmanlı insan hər vəziyyətdə və qarşılaşdığı hər hadisədə Quranın hökmlərini və Peyğəmbərin (səv) etdiklərinə uyğun qərarlar verir.
 
Quran Furqan xüsusiyyəti ilə möminin doğrunu yanlışdan ayırmasına və ən xeyirli qərarı verməsinə vəsilə olur. Allah ayədə belə bildirir:
 

“... Artıq doğru yol azğınlıqdan aydın fərqlənir.” (Bəqərə surəsi, 256)

 
Bu səbəbdən iman gətirən insan Quran əxlaqı ilə cahiliyyə həyatı arasında orta yol axtarmağa çalışmır və əminliklə sadəcə Qurana, yəni ən doğru olana uyur.
 
Quranın Allah`ın Rəhman və Rəhim sifətinin təzahürü, möminlərə qarşı sonsuz şəfqətinin dəlili olduğunu bilir. Allah ayələrdə möminlərə Quran əxlaqına möhkəm sarılmağı buyurur:
 
Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 43-44)
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

http://arabvoice.com/50235/%D8%A7%D9%84%D9%82%D8%B1%D8%A2%D9%86-%D8%A7%D9%84%D9%83%D8%B1%D9%8A%D9%85-%D9%85%D8%B8%D9%87%D8%B1-%D9%85%D9%86-%D9%85%D8%B8%D8%A7%D9%87%D8%B1-%D8%B1%D8%AD%D9%85%D8%A9-%D8%A7%D9%84%D9%84%D9%87/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr