Peyğəmbərimiz (səv) təkəbbür və lovğalığın pis əxlaqi xüsusiyyət olduğunu və qürurlu insanların cəhənnəm sakini ola biləcəklərini bildirmişdir. Onları bu böyük təhlükəyə qarşı da xəbərdar etmişdir. Peyğəmbərimiz (səv) hər vəziyyətdə təvazökar, mehriban, şəfqətli rəftarı ilə insanlara ən gözəl nümunə olmuşdur. Peyğəmbərimizin (səv) qürur haqqındakı xəbərdarlıqlarından bəziləri belədir:
"Allah Təala Həzrətləri gözəldir, gözəlliyi sevər. Təkəbbür isə haqqın tapdanması, insanların təhqir edilməsi, xor görülməsidir."
"İnsan özünü xalqdan böyük görüb uzaqlaşarsa ,zalımlar arasına yazılar və onların başına gələn müsibətə düçar olar."
Peyğəmbərimiz (səv) ataları və ailələri ilə öyünən və bundan ötəri qürurlanan insanları da xəbərdar etmiş və belə demişdir:
"İnsanlar ya cəhənnəm kömüründən başqa bir şey olmayan ölmüş əcdadları ilə öyünməkdən imtina etməli, yaxud da Allah qatında, burnu ilə pislik yumrulayan may böcəyindən daha adi bir dərəcəyə düşərlər. Allah sizdən cahillik dövründəki qürurunuzu təmizlədi. Artıq o, müttəqi bir mömin və ya bədbəxt bir facirdir. İnsanların hamısı hz. Adəmin övladlarıdır. Adəm isə torpaqdan yaradılmışdır. "
Peyğəmbərimiz (səv) səhabələrinə hər zaman gözəl geyinmələrini, baxımlı və xoş görünmələrini tövsiyə etmişdir. Ancaq eyni zamanda, onlara geyimlərinə və ya gözəlliklərinə görə qürurlanan insanın dünyada və axirətdə alçalacağını da xatırlatmış, hər şərtdə təvazökar olmalarını söyləmişdir. Bu sözlərindən biri belədir:
""Bir adam nəfsinin xoşuna gələn bir paltar içində saçlarını səliqəyə salmış halda gedərkən qürurlanmış və birdən yerə batmışdır. Qiyamətə qədər də orada əzab çəkəcək"
2013-11-16 23:55:22