Müsəlmanlar intihar hücumları təşkil edən terrorçular yox, gözəl sözlə İslama dəvət edən insanlardır
ucgen

Müsəlmanlar intihar hücumları təşkil edən terrorçular yox, gözəl sözlə İslama dəvət edən insanlardır

1572

İraqda terror aktı: 12 ölü... Pakistanda terror aktı: 5 ölü... Əfqanıstanda terror aktı 12-si polis olmaqla 46 ölü... Bu və buna bənzər xəbərlər son vaxtlarda dünya mətbuatını sıx-sıx məşğul edir. Həmçinin statistika da intihar fəaliyyətlərinin davamlı bir şəkildə artdığını göstərir.

Dünyadakı siyasi məqsədli intihar fəaliyyətləri 1980-ci illərdə ortaya çıxdı. Livanda vətəndaş müharibəsi əsnasında Hizbullahın həyata keçirdiyi kamikadze hücumları bu növ fəaliyyətlərin ilk nümunələridir. 1980-ci illərin əvvəlindən 21-ci əsrin əvvəlinə qədər bütün dünyada təxminən 200 intihar hücumu həyata keçirildi. Lakin intihar hücumlarındakı əsas gözlə görünən artım 2000-ci illərin əvvəlində oldu və son 30 ildə 3500-dən çox hücum həyata keçirildi. Sadəcə 2013-cü ildə on səkkiz ölkədə 291 intihar hücumunda təxminən 3100 nəfər öldürüldü. Bu rəqəm bir il əvvəlki (230 kamikadze hücumu) ilə müqayisədə hücumların sayında 25% artım olduğunu göstərir.

Bu tarixlərdə reallaşdırılan terror aktlarının böyük hissəsi müsəlman ölkələrində baş verdi. Yaxın şərq ölkələri, xüsusilə də İraq təxminən on ildir hücumların yüksək səviyyədə olduğu ölkələrin başındadır... Əfqanıstan, Pakistan, Suriya, Livan, Ərəb baharının baş verdiyi Tunis, Liviya, Afrikada Somali, Mali və Nigeriya kamikadze hücumlarının həyata keçirildiyi digər müsəlman ölkələr...

Bəs terror aktlarındakı bu artımın səbəbi nədir? Bu ölkələrin siyasi cəhətdən göstərdikləri qeyri-sabitlik bu sualın birinci cavabı ola bilər. Hücumların ümumiyyətlə əcnəbi ordular tərəfindən işğal edilən ölkələrdə həyata keçirildiyi düşünülsə də, bu tərz intihar hadisələrinin sadəcə 32 faizi əcnəbi bir ordunun olduğu ölkələrdə meydana gəlir. Digər 68 faizlik nisbət isə öz vətəndaşlarına, yəni günahsız xalqa istiqamətlidir... İraq və Suriya kimi daxili müharibənin baş verdiyi ölkələrdə məzhəb və etnik gərginlik və ya Misir kimi ölkələrdə millətçi dünyəvi güclərlə islami qruplar arasındakı mübarizə bu terror aktlarının səbəbləri arasındadır... Terror aktları zamanı restoranlar, marketlər və məscidlər, ictimai nəqliyyat vasitələri, yəni sivil xalqın olduğu mühit hədəf olaraq seçilir. Qadınlar, uşaqlar, yaşlılar, qısaca olaraq günahsız xalq bu hadisələrin mərkəzində olur. Bu hadisələri həyata keçirən insanlardan "fikirlərini qəbul etdirmək üçün nəyə görə bu yolu seçdin?" deyə soruşulsa, yanlış məlumatlarla maarifləndirildikləri və bağışlamağa, barışa, sevgiyə söykənən Quran əxlaqını bilmədikləri üçün bunu “İslam adına” etdiklərini deyəcəklər.

İslam haqqında yanlış məlumatlara sahib olan bəzi insanlar irq, din və dil ayrı-seçkiliyi qoyulmadan bütün dünyada barışı təmin etməyi hədəf alan İslam dininin terror aktlarına icazə verdiyi istiqamətində çox yanlış açıqlamalar etmişlər. Halbuki başqa insanları öldürmək kimi insanın özünü öldürməsi də İslama ziddir. Allah "...və özünüzü öldürməyin!"(Nisa surəsi, 29) ayəsi ilə intiharı açıq bir şəkildə haram etmişdir. Bir insanın hansı səbəbdən olursa olsun, özünü öldürməsi İslama görə qadağandır. Bir başqa ayədə də Allah bir insanın özünü də, bir başqasını da öldürməsinin İslam dininə görə haram olduğunu belə bildirmişdir:

"Onlar Allah’la yanaşı başqa məbuda yalvarmaz, Allah’ın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar."(Furqan surəsi, 68)

İntihar etmək, dolayısı ilə terror aktı törətmək və bu hücumla birlikdə günahsız insanların həyatına son qoymaq  İslam əxlaqına tamamilə ziddir. Bu səbəbdən də Allah’a iman gətirdiyini və Quran ayələrinə tabe olduğunu deyən bir insanın belə bir təşəbbüs göstərməsi qətiyyən mümkün deyil. Bu, ancaq dini çox yanlış tanıyan, Quran əxlaqından xəbərsiz, ağlını və vicdanını istifadə etməyən, dinsiz ideologiyaların təsiri altında qalmış, nifrət və intiqam hissləri ilə beyni doldurulmuş şəxslərin edə biləcəkləri bir təşəbbüsdür və hər insan belə bir hərəkətə qarşı çıxmalıdır.

Kamikadzelər isə həyata keçirdikləri bu  hadisələri “Qurana söykənərək” etdiklərini iddia edirlər və özlərini də İslam adına faydalı bir şey etdiklərinə inandırırlar. Halbuki bu hərəkətləri  Quranın hökmlərinə tamamilə ziddir və İslama, özlərinə, xalqına və icmalarına böyük zərər vurur.

Allah Quranda müsəlmanların bütün dünyaya  yaxşılığı hakim edib, pis işləri sonlandırmaq üçün səy göstərmələrini fərz etmişdir. Ancaq bunun üçün Quranda müsəlmanlara göstərilən üsul "döyüşmək" deyil. Tam tərsinə pisliyə yaxşılıqla cavab verərək sevgini, şəfqəti, dözümü, səbri əldə edərək insanları yaxşılıq etməyə təşviq etmək lazım olduğu izah edilmişdir. Müsəlmanlar dünyada rahatlıq, əmin-amanlıq və barış hakim olana qədər bütün insanlara bu istiqamətdə çağırış etməyə və bunun üçün bir "fikri mübarizə" aparmağa borcludurlar. Yəni müsəlmanların mübarizəsi "fikirlərini ifadə etməklə" olar, qan tökərək, öldürərək, bombalayaraq ya da öldürməyə sövq edərək olmaz. Gerçək Quran əxlaqını bilən bütün müsəlmanlar da bu həqiqətdən xəbərdardırlar və Quran əxlaqını dünyaya bu şəkildə izah edirlər. Texnologiyanın bütün imkanlarından istifadə edərək, kitablarla, jurnallarla, filmlərlə, konfranslarla insanlara İslamdakı gözəl əxlaqı izah edib dünyanı barışa çağırırlar.

Quran əxlaqında əsla nifrətin, lənətin, kinin və terrorun yeri yoxdur. Kamikadzelərin günahlı, ya da günahsız bir insana hücum etməsi İslamda əsla qəbul edilməz. Belə hərəkətlər edərək bunları İslam adına etdiyini iddia edən şəxslər isə əslində Qurandan kənar xurafatlar və yanlış şərhlərlə hərəkət edən, həqiqi müsəlmançılığı bilməyən cahil və fanatik şəxslərdir.

Allah Quranda qan tökməyi, düşmənçiliyi, zülmü, sevgisizliyi, mərhəmətsizliyi, vicdansızlığı və şəfqətsizliyi Quranla uyğunlaşdırmaq istəyən, Allah’ın adı ilə insanları aldatmağa çalışan bu fikirdə olan şəxsləri belə tanıdır:

"Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allah’a qarşı yalan danışırlar." (Ali İmran surəsi, 78)

Rəbbimiz Bəqərə, “İnək” surəsi 208-ci ayədə belə buyurur:

"Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!"

İslam sözünün kökü ərəbcə “silm” kəlməsindən törəmişdir. Lüğətdəki qarşılığı sülh, sülhə gəlmək, boyun əymək, buyruğa əməl etmək, doğrudan ayrılmamaq, Allah’ın hökmünə razı olmaq və qardaşlıqdır.

Adını "sevgi, barış və qardaşlıq" mənalarında olan bir kəlmədən aldığı İslam dininin hökmləri də, əlbəttə ki, bu anlayışları müdafiə edir. Quranda yer verilən bütün hökmlər sevgi və barışın üzərinə qurulmuşdur. Ayədə belə buyurulur:

"(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır." (Nəhl, surəsi, 125)

Bu ayədə də diqqət çəkildiyi kimi insanları İslam dininin tolerantlığına və qoruyuculuğuna dəvət etmək fərzdir. Allah’ın "Rəbbinin yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et" sözləri ilə bildirdiyi kimi müsəlmanların İslam adına edəcəkləri bu mübarizə də ancaq bu şəkildə, sadəcə "gözəl sözlə" ola bilər.

Adnan Oktarın Al Quds'da yayımlanan yazısı:

http://www.alquds.co.uk/?p=157691

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr