İslam dininin ən əsas xüsusiyyətlərindən biri, insanın bütün həyatını Allah qorxusu üzərinə inşa etməsi və bütün ibadətlərini də yalnız Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün etməsidir. Allah bir ayəsində möminlərə "De: “Şübhəsiz ki, mənim namazım, ibadətlərim, həyatım, ölümüm aləmlərin Rəbbi Allaha məxsusdur!" nam surəsi, 162) şəklində buyurur.

 

Quranda "Ancaq tövbə edənlər, islah edilənlər, Allaha sıx sarılanlar və dinlərini qatqısız olaraq Allah üçün (xalis) qılanlar, məhz onlar möminlərdirlər. “Möminlə isə Allah böyük mükafat verəkdir." (Nisa surəsi, 146 ) ayəsi ilə də möminlərə, dini yalnız Allah üçün, başqa heç bir məqsəd güdmədən yaşamaları əmr edilmişdir. Bir kimsənin Allaha möhkəm sarılması, Allahdan başqa bir ilah olmadığını bilərək, həyatını yalnız Onu razı etməyə həsr etməsi və hər nə olursa olsun Allaha olan sədaqətindən imtina etməməsi  onun ixlas sahibi olduğunu göstərir.

İxlas sahibi bir mömin etdiyi işlər və ibadətlərlə Allahdan başqasının sevgisini, razılığını, təqdirini, maraq və rəğbətini əldə etməyə çalışmaz. İxlas sahibi möminlərə ən gözəl nümunə hz. Muhəmməd (səv) və digər peyğəmbərlərdir.

Peyğəmbərimiz (səv) yalnız Allahın razılığını axtarmış, heç bir mənfəət və  dünyəvi bir qazanc düşünmədən, həyatı boyu Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərmişdir.

De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram"  (Sad surəsi, 86)

 

De: “Mən sizdən bir haqq istəmişəmsə onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə Şahiddir” (Səba surəsi, 47)

 

“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! “ (Möminlər surəsi, 44)