Müəyyən yaşdan yuxarı insanlar bəlkə də hazırda tapmadıqları, ancaq uşaqlıqda yaşadıqları gözəllikləri xatırlayaraq keçmiş ramazanları yad edirlər.
Hər axşam başqa bir dost məclisində açılan iftarlar, sahurda qonşular arasındakı yemək alış-verişi, oruc tutan-tutmayan ayırd edilmədən hər kəsin bir-birinə ikram etmək üçün sanki yarışması uşaqlığımızın ramazanlarının gözəllikləri idi.
Demək olar ki, hər növ yeməyin olduğu süfrələr, quru meyvələr və təbii ki, iftarın olmazsa olmazı xurma ilə rənglənirdi. Güllac başda olmaqla şirniyyatlarsız Ramazan olmazdı.
İftarla birlikdə yandırılan məscid işıqları, məscidləri bəzəyən və qəlbə xitab edən gözəl sözlər və bəlkə də bizi ən çox həyəcanlandıran və ilk eşidənlərdən olmaq üçün yarışdığımız top səsi…Ramazan topu keçmiş ramazanların vacib ənənəsi, əlaməti idi. Ramazan topu atılmadan heç kim orucunu açmazdı. Ən düzgün vaxt iftar topunun vaxtı qəbul edilirdi.
Bu adətlər bəzi yerlərdə hələ də davam etdirilməyə çalışılsa da, yenə də fərqlər var. O dövrdəki imkanlar bugünkü qədər çox olmasa da bir çoxları insanların o zamanlar daha xoşbəxt olduğunu, süfrələrdə başqa bərəkət yaşandığını, keçmiş ramazanların daha coşğulu olduğunu düşünür. Bu bəzilərinə görə doğru, bəzilərinə görə yanlış ola bilər. Amma keçmiş ramazanlar üçün darıxaraq vaxt itirmək əvəzinə hər cəhətdən bərəkəti, xoşbəxtliyi yaşamaq mümkündür. Bunun üçün isə təkcə maddi imkanların artması deyil, yenidən qardaşlıq ruhunun, sevginin gücləndirilməsi lazımdır.
Quranda Allahın bildirdiyi Ramazanın o möhtəşəm ruhunu və bir müsəlman üçün anlamını yenidən xatırlamaq bu istiqamətdə atılacaq addımlardan biridir. Dinimizin əsası olan birlik, qardaşlıq, sevgi, incə düşüncə və hörmət ruhunu əks etdirən ən gözəl dövrlərdən biri ramazanlardır. Ramazanda demək olar ki, hər kəs fərqində olmasa da “mən” olmağı buraxıb “biz” olmaq üçün çalışır. Allah üçün toplu olaraq edilən bu ibadətin həm mənəvi, həm də maddi yöndən qeyri-adi bərəkəti var.
Ramazan ayı müsəlmanlar üçün rəhmət, bağışlanma, təmizlənmə və bərəkət ayıdır. İman gətirənlərin bir-birinə olan bağlılığını artırması baxımından bu müqəddəs ayın böyük bir üstünlüyü var. Bu səbəbdən hər Ramazan yardımlaşma, həmrəylik və qardaşlıq duyğularını daha da gücləndirmək üçün fürsət olaraq görülməli və möminlər sevgi bağını gücləndirərək, bir-birlərinə bağlanmalıdırlar.
Peyğəmbərimiz (səv) də "Bu ayı oruc tutaraq, ibadət edərək və xeyir işlər görərək keçirənlər necə də xoşbəxtdir" sözləri ilə Allahın rizasını qazanmaq üçün Ramazan ayının mühüm bir səbəb olduğunu müjdələmişdir. Bu səbəbdən müsəlmanlar Ramazan ayında imkanları daxilində bir-birlərinə infaq etmə və ikram etmək yarışında olmalıdırlar. Bunun üçün nələr edilə bilər?
Yemək verməkdən başqa böyük məscidlərin həyətlərində iftarlıqlar paylanmalı, ehtiyac sahiblərinə öncəlik verilməlidir. Az gəlirli ailələrin alış gücünü artırmaq üçün ərzaq qiymətlərinin endirilməsi ilə birlikdə yoxsul ailələrin də Ramazanda rahat alış-veriş etməsi təmin edilə bilər. Ramazan ayında qurulan süfrələrdə varlı-yoxsul ayırd edilmədən hər kəsin birlikdə yemək yeməsi ilə fərqli çevrələrin bir-birilə tanış olması təmin edilər və sosial təbəqə ayrı-seçkiliyi də aradan qalxmış olar.
İslam dininin musiqiyə, əyləncəyə, sənətə olan gözəl münasibəti bu mübarək ayın hər anının daha şən və coşğulu yaşanmasına da səbəb olur. İftardan sahura qədər keçən vaxtlarda xalqın bir araya gəlib sosial fəaliyyətlər təşkil etməsi, tamaşalar səhnələşdirməsi bu gözəlliklərdən bəziləridir. Bütün bunlarla yanaşı, birlikdə qılınan namazlar, iftar və namazdan sonra edilən söhbətlər də çox önəmlidir.
Ramazan ayında artan mənəviyyatın, yardımlaşmanın təkcə Ramazan ayına deyil, ilin hər gününə və hər yerə hakim ola bilməsi üçün müsəlmanlar var gücləri ilə səy göstərməlidirlər. Bu gün İslam dünyası başda olmaqla, bütün dünyada aclıq, zülm və işgəncə ilə mübarizə aparan məzlumlar olduğa halda, təkcə iftarda nə yeyəcəyini düşünmək və yeməyini yedikdən sonra vaxtını boş keçirmək vicdana uyğun olmaz. Allah axirət günündə sahib olduğumuz hər nemətdən bizi sorğuya çəkəcək. Nemətləri bu həqiqətləri unutmadan istifadə etmək hamımızın vəzifəsidir.
Unutmayaq Suriyada, Şərqi Türkistanda, Əfqanıstanda, Misirdə, Çadda, Krımda, Kərkükdə, Kəşmirdə bu mübarək Ramazan ayında iftarını edə bilməyən, yeməyə bir şey tapa bilməyən, təzyiq, zülm və işgəncə altında əzab çəkən qardaşlarımız var. Buralarda zülmün durmasını istəyən hər kəs bu mübarək günlərdə müsəlman dünyasının qurtuluşu üçün “Ya Rəbbi, müsəlmanlar arasındakı ayrılıqları aradan qaldır, dünyadakı fitnəni bitir, inananların birliyini tezləşdir” deyə Allaha dua etməlidir. Əməli dua olaraq da yardımlaşmanı artıracaq hər fəaliyyətə, hər işə dəstək olmalıdır.
Unutmayaq ki, biz müsəlmanları qardaşlığa çağırmaqla, Yaradanın qulları olduğumuzu xatırlatmaqla, dünyadakı hər insanı sevməyə dəvət etməklə, Allahın bu kainatı nifrət üçün deyil, sevgi üçün yaratdığını xatırlatmaqla məsuluq. Bizi gözəl nəticəyə çatdıracaq və dünyadakı sıxıntıları yox edəcək olan Allahdır.
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi:
http://www.arabnews.com/islam-perspective/news/774116