Zaman mühəndisi olmaq
ucgen

Zaman mühəndisi olmaq

1785

• Zamanın dəyərini heç düşünmüsünüz?

• Keçən saniyələri, dəqiqələri, saatları, günləri, ayları və illəri...

• Anı və an axışını yaşadığımız üçün zamanın bəzən yavaş irəlilədiyini düşünürük. Amma aradan saatlar, ya da günlər keçdikdə insan o vaxt zamanın çox sürətlə keçdiyini dərk edir.

Axırzamanlarda zamanın tez keçməsindən hər kəs şikayət edir, belə ki, dostları ilə görüşüb toplaşan, demək olar ki, hər kəs bu cür danışıqlara şahid olubdur. “Daha keçən həftə birlikdəydik, sanki dünən görüşmüşük! Daha keçən həftə maşınımı yumuşdum, nə tez çirkləndi!” Yaxşı, bu qədər sürətlə keçən və bizə verilən bu qiymətli zamanı nə qədər doğru dəyərləndiririk?

Zaman sürətlə axır

Əslində, üzərində bir az düşündükdə zamanın geriyə doğru sürətlə axmağa başladığını görərik. İnsan körpəlikdən yetkin yaşına qədər həyatında bir çox mərhələdən keçir. Məktəbi, iş həyatı, kariyerası kimi... Bu məşğuliyyətlərə bir də gündəlik məşğuliyyətlər əlavə olunur. Universitetdəki imtahanlara, iş yerindəki gərginliyə evdəki məsuliyyətlər də qatılır və insan bütün fikrini bunlara verir. Beləcə, həyatının əsl məqsədini, yəni dünyaya gəliş səbəbini unudur.

Demək olar ki, hər kəs gündəlik qəzetləri oxuyarkən və ya televizor izləyərkən mütləq ölüm xəbərləri ilə qarşılaşır. Bir çox insanın o anda bir anlıq şüuru açılır və ölən insanı düşünüb təsirlənir. Ölən insan çox gəncdirsə ağlına, əsasən, erkən yaşda öldüyü üçün kariyera, evlilik kimi bir çox şeyi həyata keçirə bilməməsi barədə düşüncələr gəlir. Halbuki, ölüm ilə hər an hər kəs qarşılaşa bilər. Uşaq, gənc, ya da yaşlı olması fərq etmir, bir yol qəzası, ya da infarkt ölümə səbəb ola bilər. Bunlar üzərində düşünməsinə baxmayaraq, bir çox insanın diqqəti dağılır və heç bir şey olmamış kimi yenidən gündəlik fəaliyyətlərinə və ya gələcək ilə bağlı planlarına yönələ bilirlər.

Bəs siz özünüzə, gələcəklə bağlı qurduğunuz hər plan, həqiqətən də, istədiyiniz kimi oldumu, ya da həyata keçdimi, - deyə sual verdinizmi?

Düzünü desək, həyatımızda hadisələr demək olar ki, heç vaxt planladığımız kimi irəliləməyir. Mütləq ya əskiklik olur, ya da o an üçün gözləmədiyimiz bir hadisə baş verir.

Gələcəklə bağlı planlar qurmaq, əlbəttə ki, normaldır, lakin hər anımızın Allah`ın idarəsində olduğu həqiqətinin şüurunda olmalıyıq. Allah Qatında hər şey olub bitmişdir və həyatımız an-an bizlərə göstərilir. Burada uca Allah bizlərə böyük sirr verir. Bu sirr gələcəklə əlaqəli narahatlıq duymadan, bütün təslimiyyətimiz ilə qədərimizin rahatlığını yaşamağımızdır. Çünki Allah Quranda bu həqiqəti belə bildirmişdir:

“Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” (Bəqərə surəsi, 216)

www.yaklasanolumani.imanisiteler.com

Boş vaxt keçirməyi sevmək şeytanın insanlara etdiyi yanlış təlqindir. Din əxlaqının yaşanmadığı cəmiyyətdə boş vaxt keçirmək onların işlətdiyi ifadə ilə desək “zaman öldürmək” bir çox insanın xüsusiyyətidir. Lakin mömin Allah`ın ona lütf etdiyi vaxtını hər anında Allah`a yaxınlığını artıraraq, daha dərin düşünərək, müsəlmanlara, İslama xidmət edərək keçirməlidir.

Cənab Adnan Oktar zamanın əhəmiyyətindən bəhs edir:

Zaman qızıldan dəyərlidir, çox əhəmiyyətlidir. Bütün qüvvə ilə vaxtdan istifadə edilməlidir. 4 saat, 5 saat serial izləmək əvəzinə dünya görüşünü artır, insanlara kömək et, ətrafını təmizlə, özünü keyfiyyətli hala gətir. Estetikaya, elmə, sənətə dəyər ver, əhəmiyyət ver. (A9 TV; 16 Sentyabr 2013)

Peyğəmbərimiz (səv) üçün vaxt qiymətlidir, hər an qiymətlidir. Ümmətinin fayda görməsi üçün, ümmətinin mənfəəti üçün dəqiqəni, saniyəni belə diqqətli istifadə edirdi. Buna görə də boş vaxt keçirənlər, boş vaxt sərf edənlər peyğəmbərimizi (səv) narahat edir. (A9 TV; 11 Dekabr 2012)

Vaxtı yaxşı dəyərləndirmək vacibdir. İnsanların sıxıntılarından biri də boş mövzuda danışmalarıdır, boş söz vaxtlarını inanılmaz alır. Həyatın qiymətli vaxtlarını boş yerə sərf etmək doğru deyil. (A9 TV; 11 Dekabr 2012)

Dünya həyatında hər şeyin bir sonu var

İnsanların, heyvanların, çiçəklərin, soyuducuda saxlamamıza baxmayaraq, meyvələrin, yeməklərin... Dünya həyatında hər şeyin bir sonu var. Cənnətdə isə sonsuzluq var. Orada heç bir şeyin sonu yoxdur. Gəncliyin sonu yoxdur, hər zaman gənc qalmaq var. Cənnətdə bir ağacın meyvəsindən qoparıldıqda o an dərhal yenisi yaranır. Dünyada isə sevdiyimiz meyvəni yeyə bilməyimiz üçün mövsümünü gözləməliyik. Cənnətdə zaman sıxıntısı yoxdur, hər an sevdikləriniz ilə birlikdə olursunuz. İstədiyiniz vaxt istədiyiniz kimi sevdiyiniz hər şeyi edə bilirsiniz. İstədiyiniz gözəllikdə ola bilirsiniz. Orada xəstəlik, yorğunluq və darıxmaq kimi hallar yoxdur. Sadəcə gözəllik var. Dünya həyatı isə tam əksidir. Biz həyatda hər zaman əskikliklərlə  qarşılaşırıq, tamamilə qane olmuruq. Çox istədiyimiz bir şeyə sahib olduqda belə, məsələn, son model bir telefon, onun sevincini, həyəcanını yaşayırıq. Lakin uzun müddət keçmədən yeni model çıxır və bu dəfə də onu istəyirik.

www.Allahinsonsuzgucu.imanisiteler.com

Dünyada itirilən zamanın dəyişilməyən nəticələrindən biri lazımsız keçən vaxtı geri qaytarmağın qeyri-mümkün olmasıdır. Hər insan Allah`ın yaratdığı qədərə görə dünyada müəyyən müddət ərzində qalacaq. Beləliklə, boşa sərf olunan, itirilən bu vaxt dünyadakı məhdud zamandan alınmış və geri qayıtması qeyri-mümkün olmayan vaxtdır.

Hər şeyin və bütün gözəlliklərin yaradıcısı Allah`dır

Allah bizi sonsuz nemətlər içərisində Cənnətlə mükafatlandırmaq istəyir. Cənnət həyatını düşünüb dünya həyatı ilə müqayisə etdikdə Cənnətə olan arzumuz, sevgimiz daha da artır. Necə ki, siz olduğunuz yerdə gözlərinizi yumub sevdiyiniz şeylərin görüntülərini o an canlandıra bilirsinizsə Cənnətdə də Allah hər şeyin ən gözəlini sonsuzluqda və daima yaşadacaqdır.

Qədərin rahatlığını yaşamaq, gələcəyə dair narahatlıq duymamaq, hadisələri axışına buraxmaq əvəzinə zamanımızı sıxıntılı və narahat keçirməyin heç bir mənası yoxdur. Bunun əvəzinə dünyada bizlər üçün yaradılmış bu qədər gözəl nemətlər üzərində düşünüb əsl yaradılış məqsədimizi unutmadan, həyatımızı buna əsasən formalaşdırmalıyıq.

Hər keçən saniyə, dəqiqə, saat bizləri ölümə daha da yaxınlaşdırır. Dünyada bizə verilmiş qısa müddətli ömür sonsuzluqda axirət yurdumuzu təyin edəcək, bu səbəbdən,ən məntiqli davranış zamanımızı ən yaxşı və ən doğru şəkildə dəyərləndirməkdir. Allah bu dünya həyatının keçici olduğunu Quranda belə xəbər verir:

Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş” – deyəcəklər. Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz!(Muminun surəsi, 112-114)

Allah`a səmimi şəkildə inanan insan şeytanın dünya həyatında insanlara gözəl göstərdiyi boş məşğuliyyətlərdən tamamilə uzaq durmalıdır. İnsan ancaq bu şəkildə təmiz şüurla lazımi şəkildə, dərin düşünə bilər. Quranda möminlərin boş işlərdən üz çevirdikləri belə bildirilir:

“o kəslər ki, lüzumsuz şeylərdən qaçırlar,”(Muminun surəsi, 3)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr