«Qətiyyətlilik» bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir maneə tanımamaq və əzmlə çalışaraq lazım olanları nəyin bahasına olursa yerinə yetirmək mənasına gəlir. Yuxarıdakı ayədə qeyd olunan qətiyyət sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını tələb edir.
Lakin insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədədəyərləndirirlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edirlər. Halbuki ibadət xidmət mənasına gəlir. Yəni insanların qul kimi Allah üçün etdiyi hərəkətləri, danışıqları, hal və davranışları bir ibadətdir. Namaz insan üçün mühüm və fərz ibadət olduğu kimi əsəblərə hakim olmaq, gözəl danışmaq, insanlara xəbərdarlıq edib onları pis işlərdən çəkindirmək, zənnə qapılmamaq və ya mübahisə etməmək də bir ibadətdir. Bu səbəbdən də Allahın «ibadətdə qətiyyətli ol» əmri həm feli ibadətlərə, həm də əxlaqa aiddir.
Lakin ayələrdə müsəlmanlara dinlərində qətiyyətli olmaq əmri verilərkən diqqət yetirilməli olan başqa bir məqam da var. Bu da müsəlmanların qətiyyətdə imtahana çəkiləcəklərinə dair verilən izahlardır. Ayələrdəkeçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatından hadisələrtəqdim edilərkən onların imanının və qətiyyətinin imtahana çəkilmələrinə aid nümunələr verilir. Çünki bu nümunələr müsəlmanların Allaha olan bağlılıq və sədaqətini isbat edəcəkləri dəyərli fürsətlərdir.
Allah müsəlmanların dinlərinə olan bağlılığının imtahana çəkilməsinə dairnümunə olaraqən çox inkarçıların sözlüvə ya əməli surətdə hücum faktını verir. Yaxud da müsəlmanlara iftira atıldığı, insanların toplu şəkildə üz çevirdiyi, xəstəlik baş verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli halla qarşılaşıldığı, xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə hallar müsəlmanların öz dinlərinə riayət etməkvə onu təbliğ etməkdə əzmkar olacaqları hallardır.
Bundan əlavə, Allahın böyük bolluq, sağlamlıq, sakitlik, zənginlik və ya qüvvə verdiyi hallar da var ki, bu hallarda da insanın ruhdan düşməyəcəyivə din əxlaqına əməl etmək məsələsində qətiyyət nümayiş etdirəcəyi çox dəyərli hallardır. Yəni müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilirlər. Heç bir hal müsəlmanların davranışlarında mənfi dəyişikliklərə yol açmaz.