İbadətdə qərarlı olmaq
ucgen

İbadətdə qərarlı olmaq

1939

Göylərdə və yerdə nə varsa, hamısı Allah`ı təqdis edib şəninə təriflər deməktədir. O,yenilməz qüvvət və hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da , Zahir də Batin də Odur. O, hər şeyi biləndir! (Allah`ın  zatı hər şeydən əvvəldir. Hər şey məhv olduqdan sonra  zatı qalacaqdır). O yerə girəni də, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!(Hədid surəsi 1-4)

 
İbadət qulluq mənasını verir. Yəni, insanların qul olaraq Allah üçün etdikləri hər hərəkət, danışıq, hal və rəftar ibadətdir. Namaz bir insan üçün necə vacib və fərz ibadətdirsə, eyni şəkildə əsəbini boğmaq, gözəl söz söyləmək, insanları xəbərdar edib pis xüsusiyyətlərdən çəkindirmək, sui-zənn etməmək, mübahisədən uzaq durmaq da bir ibadətdir. 
 

O, göylərin və yerin,onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbrli ol! Heç Ona bənzərini görmüsənmi?(Məryəm surəsi, 65)

 
"Qərarlı olmaq" bir işdə qətiyyət göstərmək, məqsədə çatmaq üçün heç bir maneədən qorxmamaq və əzmlə cəhd göstərərək yolundan dönməmək mənasını verir. Yuxarıdakı ayədə keçən “səbr” bu mənada istifadə edilmişdir. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qərarlı olmalarını istəyir.
 
Ancaq insanlar ibadətdə qərarlı olmağı yalnız bəzi ibadətlərə aid edirlər. Çünki ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insanlara fərz olan bəzi hökmlərə aid olduğunu zənn edirlər. Halbuki ibadət “qulluq” mənasını verir. Yəni, insanların qul olaraq Allah üçün etdikləri hər hərəkət, danışıq, hal və rəftar ibadətdir. Namaz bir insan üçün necə vacib və fərz ibadətdirsə, eyni şəkildə əsəbiləşdikdə əsəbini boğmaq, gözəl söz söyləmək, insanları doğru yola dəvət etmək, sui-zənn etməmək, yaxud da mübahisədən uzaq durmaq da bir ibadətdir. Bu səbəblə Allah`ın "ibadətdə qərarlı ol" əmri həm feili ibadətlər, həm də mənəvi ibadətlərə aiddir.
 
Allah müsəlmanlara dinlərində qərarlı olmaları əmrini verir və Quranın bir çox ayəsində müsəlmanların qətiyyətini sınaqdan keçirəcəyini bildirir. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatlarından hadisələr  təqdim edilərək, tez-tez onların iman və iradələrinin sınandığı hadisələrdən nümunələr verilir.
 
Çünki bu cür dövrlər müsəlmanların Allah`a olan bağlılıqları və sədaqətli olduqlarını isbat etmək üçün qiymətli fürsətlərdir.
 
Allah müsəlmanların dinlərinə olan bağlılıqlarını sınadığı zamanlara dair inkarçıların sözlü, yaxud da feili hücum anlarını nümunə verir. Bundan başqa, müsəlmanlara böhtan atılması, insanların topluca üz çevirməsi, xəstəlik, aclıq, susuzluq, yorğunluq, çətin və təhlükəli vəziyyətlə qarşı-qarşıya qalması və xüsusilə, insan canının təkhlükə altına girməsindən bəhs edilir. Bu cür vəziyyətlər müsəlmanların öz dinlərini yaşamda və yaşatmaqda iradə göstərəcəyi vəziyyətlərdir.
 
Bir də Allah`ın var-dövlət, sağlamlıq, dinclik, zənginlik və ya iqtidar verdiyi zamanlar da vardır ki, bunlar insanın zəifliyə düşməməsi və onun dini yaşamaq üçün qətiyyət göstərəcəyi çox qiymətli zamanlardır.Yəni, müsəlmanlar həm çətinlik, həm də asanlıqla sınanırlar. Hər iki vəziyyət də müsəlmanların rəftarında mənfi dəyişikliyə səbəb olmaz.
 
Allah insanları bəzən bolluq və zənginliklə, bəzən də darlıq və çətinliklə sınayır. Hər bir vəziyyətdə müsəlman böyük səbrlə Allah`ın razılığını axtarmaqda yoluna davam etməlidir.
 
Əsəbini boğmaq, gözəl söz söyləmək, insanları xəbərdar edib pis xüsusiyyətlərdən çəkindirmək, sui-zənn etməmək, mübahisədən uzaq durmaq Allah`ın  insanlara Quranda əmr etdiyi ibadətlərdəndir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr