Saniyələr içərisində gözümüz ard-arda onlarla obyektə fokuslanır. Bir an gözümüz otağımızdakı bir güzgünün çərçivəsinə yönəlir, sonra divar kağızının bəzəyinə, dərhal sonra televiziyanın düyməsinə, yerdəki kabelə, qapının tiyəsinə. Bir anda göz onlarla, yüzlərlə xırdalıqla təmasda olur. Yerimizdən qalxıb mətbəxə gedəndə gözlərimiz yenə onlarla xırdalıqla birlikdə irəliləyir. Məsələn, koridorda asılı olan şəkildə təsvir edilmiş bir cütçünün köynəyinə. Getmək istədiyimiz yerə çatana qədər fərqində olsaq da, olmasaq da müxtəlif bucaqlardan, yeni-yeni xırdalıqlar görərək irəliləyirik. Dəfələrlə gəzdiyimiz evimizin içində yüzlərlə, minlərlə fərqli nöqtəyə fərqli bucaqlardan baxırıq və bunların bir çoxu insanın qərarının xaricində, istəksiz olaraq reallaşır. Biz bütün bu xırdalıqları görürük, çünki qədərdə hər bir xırdalıq hələ bizlər doğulmadan əvvəl Allah Qatında elə təqdir edilmişdir. Bu xırdalıqların hər birini yaradan Allah’dır. Qədər bir-biri ilə uyğunlaşma içərisində olan bu anların bütünündən meydana gəlir.
Bir müsəlmanın diqqətini anbaan Allah’ın yaratdıqlarını görməyə fokuslaması onun Allah’a olan təslimiyyətini gözəlləşdirər, anlayışına dərinlik qatar. Gördüklərinin ardında olan mənanın dərk edilməsi ilə hər şey daha dərin bir qiymət qazanar. Çünki hələ insan doğulmadan Rəbbimiz bunları yaratmış, bizim üçün var etmişdir. Rəbbimiz yaradılanlar üzərində düşünək, Onun gözəl varlığını daha dərin qavrayaq, içimizdən hörmət dolu bir qorxu ilə, güclü bir sevgi ilə Ona yaxınlaşaq deyə anlayış vermişdir. Quranda Rəbbimiz belə buyurur:
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır. Həqiqətən biz insanı bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəciyik. Bundan ötəri, onu eşidən və görən yaratdıq. (İnsan surəsi, 1-2)
İnsan imtahan olunur. Allah ona saymaqla bitirə bilməyəcəyi qədər çox nemət bəxş etmişdir. Tək bir anda atomlardan DNT-ə, göydən yerə trilyonlarla təfsilatın sığındığı bir dünyanı təqdim etmişdir. İnsan səhər gözünü açdığı andan etibarən Allah’a yönəlməlidir. Gözünü ilk açanda əgər tavanı görürsə, yaxud ilk gördüyü şkafdırsa, o gün, o saniyə qədərində Allah dilədiyi üçün o obyekti görmüşdür. Allah yenə ona can vermiş, yuxusundan onu yeni bir gün üçün oyandırmışdır. İlk edilməsi lazım olan şey dərhal onu yaradan Allah’ı təsbeh etməsidir. Xeyirlərlə yazılmış qədərində o gün Allah özü üçün nə gözəlliklər diləmiş deyə düşünüb şövqlə, həyəcanla Allah’a yaxınlıq üçün gününə başlamalıdır. Qədərində ardıcıl silsilələrlə olan hikmətli detalları izləmək üçün diqqətli olmalıdır. Çünki bu, insanı yalnız gördüklərinə səthi reaksiya verən bir varlıq olmaqdan çıxararaq, dərin bir qavrayış əldə etməsinə və Allah’ın məmnuniyyətini, razılığını, yaxınlığını qazanmasına vəsilə olacaq.