Dəniz sahilindəki qayalara və ya gəmilərin gövdələrinə yapışmış midiyalara (molyusk növü) çox rast gəlirsiniz. Ancaq aşağıdakı şəkildəki kimi bir midiyanı, bəlkə də ilk dəfə görürsünüz. Şəkildəki midiya yapışqanlığı çox az olan və insan tərəfindən hazırlanmış teflona asılı vəziyyətdə qalmışdır.
Bu şəkil ABŞ-dakı Purdue Universitetinin kimya ixtisası bölməsində Vilker tədqiqat qrupunun tədqiqat laboratoriyasında çəkilmişdir. Qrupa rəhbərlik edən kimya professoru Con Vilker (Jon Wilker) nəticələrini açıqladığı tədqiqatında “Mytilus edulis” növünə aid midiyanın çox güclü yapışqanının əsasında dəmirin olduğunu aşkar etdi. Bununla da dəmir kimi bir metalın formalaşmamış bioloji bir materialı əmələ gətirməkdə çox önəmli rolunun olduğu aşkarlandı.
Tədqiqatı “yapışqanın kimyəvi kodu tapıldı” deyərək yekunlaşdıran elm adamlarına görə, bu kodun aşkar olunması yeni texnoloji məhsulların inkişafına səbəb olacaq. Tibbdə və ümumi istifadədə daha etibarlı alternativ yapışqanlar hazırlanacaq. Bununla yanaşı, midiyanın gəmi gövdələrinə yapışaraq istehsal edəcəyi, illik məbləği milyonlarla dollara çatan maddi zərərin qarşısını ala biləcək örtüklər hazırlanacaq.
Midiya yapışqanın sintetik variantını təkmilləşdirməyə çalışan Vilker qrupu midiyanın dəmiri ətrafdakı dəniz suyundan əldə etdiyini, bunu zülalları bir-birinə bağlamaq üçün istifadə etdiyini və bu qarışıq maddəni güclü bir yapışqana çevirdiyini aşkar etdi. Midiya şüşə və teflon da daxil olmaqla demək olar ki, hər şeyə yapışa bilir.
Bəs görəsən metala bağlı olaraq bu zülal çarpazlama mexanizmi biologiyada geniş yayılmış bir mexanizmdirmi? Bu sualın cavabı hələ ki, tam olaraq bilinmir. prof.Vilker digər qabıqlı dəniz heyvanlarının istehsal etdiyi maddələri araşdıracaqlarını və digər bioloji maddələri necə istehsal edildiklərini tədqiq edəcəklərini söyləyir.
Vilker, -“Bu yapışqanın bioloji mənşəyi və demək olar ki, bütün səthlərə yapışa bilən xüsusiyyətinin olması yara bandları kimi istifadə oluna bilməsinə diqqət çəkir" -deyir.
Tədqiqatçı gəmi örtükləri ilə əlaqədar sözlərinə bunları əlavə edir:
“Dəniz yapışqanlarının necə meydana gəldiyini anlamaq yapışma müddətinin qarşısını alacaq səth və örtüklərin inkişafında əsas rol oynaya bilər. [Gəmi gövdələrinə yapışan midiyanın] görüntü pozan təsirlərinə qarşı istifadə edilən mövcud boyalar ətraf sulara mis yayaraq dəniz qabıqlılarını sürfə dövrlərində öldürür. Əldə etdiyimiz nəticələrin dəniz mühitinə zəhər yaymayan [və midiyanın yapışmasına maneə törədən] boyalar hazırlamağa köməkçi olmasını ümid edirik.” 1
Üstdə: Midiyadan əldə edilmiş təbii möhkəm yapışqan | Üstdə: Tədqiqatçıların midiya yapışqanının yapışma gücünü ölçmək üçün istifadə etdikləri laboratoriya aləti |
Təfərrüatları Vilkerin tədqiqatı ilə üzə çıxan bu yapışqanın hazırlanması son dərəcə mürəkkəb bir istehsal planının qüsursuz şəkildə çalışması ilə mümkündür.
Midiyanın dəniz suyundan aldığı dəmirlə bir-birinə bağladığı zülallar genlərindəki kompleks məlumata görə hazırlanır. Genlərdəki bu məlumat A, T, G və C kimyəvi hərfləri ilə (nukleotidlər) kodlanmış halda tapılır. Bu kimyəvi hərflər midiyanın yapışqanı hazırlamaqla vəfizələndirilmiş hüceyrələrində “oxunur” və oxunan bu məlumat zülal istehsalına “tərcümə” olunur. Bu “tərcümə” nəticəsində zülalların elementlərini meydana gətirən amin turşuları doğru sayda və doğru sırada düzülərək bir zəncir halında sıralanır. Amin turşularının fərqli-fərqli düzülüşləri yaradılan zənciri, yəni zülalların üçölçülü mühitdə fərqli formalarda qatlanmasını təmin edir. Zülalların formaları çox mühümdür. Bir zülalın formasında meydana gələn kiçik bir pozulma vəzifəsini yerinə yetirə bilməməsinə gətirib çıxarır. Buradakı əlaqəni açar-qıfıl əlaqəsinə bənzədilə bilər. Midiya yapışqanını meydana gətirən zülalların hər biri bu cür həssas bir plana görə yaradılır. Zülalın əmələ gəlməsi ilə yanaşı midiya yapışqanının istehsalı üçün lazım olan dəmirin dəniz suyundan əldə edilməsi də hüceyrələrin xüsusi fəaliyyətləri sayəsində mümkün olur. Dəmir atomları orqanizmə zərər yetirəcək qədər çox sayda maddə arasından seçilib içəri qəbul edilir və kompleks biokimyəvi reaksiyalara daxil edilir.
Göründüyü kimi midiya yapışqanının istehsalında müxtəlif molekullar xüsusi bir emala tabe olur və bu proseslər zamanı şüurlu nizam diqqət çəkir. Molekullar “tanınır”, bunların nə şəkildə birləşdirilməsi sanki “xatırlanır”.
Aydındır ki, bu fəaliyyətlər bütün bu prosesin məlumatına sahib bir şüurun varlığına işarə edir. Bəs bu şüurun sahibi midiyanın hər hansı bir şüursuz hüceyrələri ola bilərmi? Görəsən, hüceyrələr kimya professorlarının uzun zaman ərzində apardıqları laboratoriya tədqiqatlarının nəticəsində kəşf etdikləri kimyəvi formulları özləri “düşünmüş” ola bilərlərmi? Görəsən, bir midiya səthlərə yapışmağı özü istəmiş və yaş səthlərə belə asanlıqla yapışa bilən yapışqanı özü “icad etmiş” ola bilərmi?
Əlbəttə, bütün bu suallara veriləcək cavab “xeyr” olacaq. Aydındır ki, bu yapışqanın istehsalındakı şüur şüursuz hüceyrələrdən qaynaqlanmır. Demək ki, üstün ağıl sahibi olan bir varlıq midiyanı bu xüsusiyyətləri ilə birgə yaratmışdır. Şübhəsiz ki, midiyanı yaradan və ona möhkəm yapışqanlar hazırlamağı ilham edən aləmlərin Rəbbi olan uca Allah`dır.
Allah bir Quran ayəsində belə buyurur:
O, Xaliq, yoxdan yaradan, surət verən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.(Həşr surəsi, 24)
1.“Chemists crack secrets of nature's super glue”, 12 Ocak 2004, http://www.eurekalert.org/pub_releases/2004-01/nsf-ccs010704.php