HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHI
“Rəbbim məni səmaya çıxartdığı vaxt, “Ey Məhəmməd” deyə bir səs gəldi. Mən də: “Əmrin baş üstünə Ucalıq sahibi Rəbbim” dedim. Buyurdu ki: “Ey Məhəmməd mən yaratdığım insanlar arasında səni seçdim. Səndən sonra sənin vəkilin olacaq adamı da seçdim və onu Musaya nisbətlə Harun yerinə qoydum”.
MaşaAllah. Gələcək olan hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v) tərəfindən belə təriflənməsi çox gözəl bir şeydir. Allah məni də, sizləri də hz. Mehdi (ə.s)-a və İsa Məsih (ə.s)-a tələbə edər inşaAllah. Mehdi (ə.s) üçün “Harun kimidir” -deyir. Nə gözəl, inşaAllah.
HÖRMƏTLİ ADNAN OKTARIN ALİ İMRAN SURƏSİ VƏ ƏHZAB SURƏSİNDƏN AYƏ İZAHLARI
Ali İmran surəsi, 81-ci ayə
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”- deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”- demişdi. Onlar: “Razıyıq!”- demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”- demişdir.
“... bir elçi gəldikdə” Demək ki, bir təbliğ edən, bir islah edici, bir hz. Mehdi (ə.s) gələcək. Peyğəmbərimiz (s.ə.v) hər hansı bir peyğəmbərə köməkçi olmamışdı. Ayədə hz. İsa (ə.s)-a da xitab edilir. Lakin hz. İsa (ə.s)-ın kömək edəcəyi bir tək hz. Mehdi (ə.s)-dir.
Əhzab surəsi, 7-ci ayə
Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq.
Baxın, burada çox əhəmiyyətli bir şey var. Allah “Səndən” -deyir. Allah Peyğəmbərimiz (s.ə.v)-dan əhd almışdır. Nuh (ə.s)-dan da, hz. İbrahim (ə.s), hz. Musa (ə.s)-dan, Məryəm oğulu Məsihdən əhd almışdır. Hamısından əhd almışdır. Peyğəmbərlər hələ zər aləmində ikən Allah: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə” yəni təsdiq edən bir islah edici, bir mehdi gəldikdə “ona mütləq inanıb yardım edəcəksiniz”- deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”- demişdi. Onlar: “Razıyıq!”- demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam””- deyir. Yəni o əhdi alır. O əhdi aldıqdan sonra peyğəmbərlərə, məsələn hz. Harun hz. Musaya köməkçi oldu. Hz. İbrahimə Lut peyğəmbər köməkçi oldu. Hz. İsa (ə.s)-a Yəhya köməkçi olmuşdu inşaAllah. Peyğəmbərimiz (s.ə.v) isə hər hansı bir peyğəmbərə köməkçi olmadı. Axırzamanda övladlarından Məhəmməd Mehdi (ə.s) gəlir. Məhəmməd Mehdi (ə.s)-a hz. İsa (ə.s) köməkçi olacaq. Beləcə hz. İsa (ə.s) Peyğəmbərimiz (s.ə.v)-ə köməkçi olmuş olur. Çünki Hz. Mehdi (ə.s) öz övladıdır. Öz komandiri olduğu üçün hz. Mehdi (ə.s)-a köməkçi olan Peyğəmbərimiz (s.ə.v)-ə köməkçi olmuş sayılır. Və ayənin hökmü də beləcə reallaşmış olur, inşaAllah.