Peyğəmbərimiz (səv) Allahın "Onu tərifləyərək Uca tut" (İsra surəsi, 111) ayəsi ilə bildirdiyi əmrinə uyğun olaraq bir mövzunu izah edərkən, möminlərə öyüd-nəsihət verərkən, insanlara səslənərkən və yaxud dua edərkən həmişə Rəbbimizi ən uca və ən gözəl adları ilə anar, Onun gücünü, üstünlüyünü və böyüklüyünü zikr edərdi. Allah Peyğəmbərimizə (səv) insanlara necə xitab etməsi lazım olduğunu bu ayələrlə bildirmişdir:

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir” (Ali İmran surəsi, 26,27,29)

 

De: “Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!” (Ənam surəsi, 57)

 

De ki:  “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”  (Əraf surəsi, 158)

 

De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”. (Kəhf surəsi, 109)

 

De: “O Allah Təkdir!  Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi, 1-4)

 

“Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!”. (Ənkəbut surəsi, 5)

 

Kim cəhd etsə (səy göstərsə)  yalnız öz nəfsi üçün cəhd etmiş olar.  Allah aləmlərə əsla möhtac deyildir”. (Ənkəbut surəsi, 6)

 

Peyğəmbərimiz (səv) bir müsəlmana öyüd-nəsihət verərkən də ona əvvəlcə Allahın ucalığını xatırlatmış və belə demişdir:

"Allahdan başqa heç bir ilah yoxdur, o təkdir, şəriksizdir. Ərş və səmanın mülkü Ona məxsusdur. Bütün həmdlər Onadır, O hər şeyə qadirdir." de ... Qovulmuş şeytandan Allaha sığın ".

Peyğəmbərimizin (səv) hər halını, əxlaqını və təqvasını özünə örnək alan, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olaraq hər möminin danışığı da insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, daim Allahı çağıran, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə vəsilə olan bir üslubda olmalıdır. Möminin hər sözündə Allahı unutmadığı, hər zaman Rəbbimizə yönəldiyi bilinməlidir.

Peyğəmbərimiz (səv) möminlərə hər zaman Allahı sevmələrini və özünü də Allahı sevdiyi üçün sevmələrini nəsihət etmişdir. Bir hədisdə belə bildirilir:

"Sizə verdiyi nemətlərə görə Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin" .