Peyğəmbərimiz (səv) hz. Mehdinin (əs) çıxış əlamətlərindən biri olaraq terror və anarxiya hadisələrinin artacağına diqqət çəkib. Necə ki ən böyük kommunist hərəkatlardan biri ölkənin Cənub-şərqində, Anadolu ərazisində PKK terror təşkilatının təsiri altında yaşayır. Günahsız vətəndaşları və uşaqları qətl edən, polis və hərbi qüvvələri şəhid edən, dəccal ordusu olan bu kommunist terror təşkilatı bütün hərbi və siyasi təhlükəsizlik tədbirlərinə baxmayaraq, məhv edilmir. Əli qanlı terroristlərin Quran əxlaqından uzaq yaşadıqları və buna görə də sevgisiz, mərhəmətsiz və zalım olduqları, Allah`ı açıq-aşkar inkar etdikləri (Allah`ı tənzih edirik) və insanları Allah inancından uzaqlaşdırmaq üçün kommunist təbliğat apardıqları isə məlumdur. Başda Cənub-Şərqdəki xalqımız olmaqla, bütün ölkəmizə zərər verən bu təşkilatı təsirsiz hala gətirmək vəzifəsini isə Allah hz. Mehdiyə (əs) verib. Hz. Mehdi (əs) Türkiyənin belə çətin bir zamanında zühur edəcək və elmi mübarizə ilə PKK terroruna və bütün dünyadakı kommunist sistemə Allah`ın izni ilə son qoyacaq.
PKK terror təşkilatı başda Cənub-Şərq olmaqla bütün xalqımızın həyatına mənfi təsir edir. Peyğəmbərimiz (səv) hədislərində axırzamanda yaşanılacaq bu vəziyyəti belə təsvir edir:
Ancaq yenə Peyğəmbərimizin (səv) müjdəsinə görə bu qorxu və şiddətlə keçən qaranlıq dövrün ardınca Allah hz.Mehdi (əs) vəsiləsi ilə bütün bəşəriyyəti xilas edəcək.
Lakin hz. Mehdi (əs) dünyadakı fitnənin bitməsi üçün PKK kimi terror təşkilatı ilə olan mübarizəsində silahdan istifadə etməyəcək və qan axıtmayacaq. Hz. Mehdinin (əs) bu xüsusiyyətini Peyğəmbərimiz (səs) hədislərində ətraflı izah edib:
Hz. Mehdi (əs) marksist-leninist, darvinist düşüncələri hazırladığı kitablarla elmi cəhətdən darmadağın edəcək
“Bu mütləqdir ki, axırzamanda məğribin ən uzaq yerlərindən hz. Mehdi (əs) deyilən bir zat çıxacaq. Öndə qırx mil məsafə olaraq yeriyəcək. Hz. Mehdinin (əs) bayraqları ağ və sarıdır. İçində cizgilər var. Bayraqlarında Allah`ın əzəmətli adı yazılıb. Onun bayrağı altındakı heç bir birlik məğlub edilməz.” (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti'l Kurtubi), s. 438) hədisində açıqladığı kimi, hz. Mehdinin (əs) darvinist-materialist düşüncəyə qarşı aparacağı ən təsirli fikri mübarizə üsullarından biri imani əsərlər yazmaqdır.
Hədisdəki izahda hz. Mehdinin (əs) istifadə edəcəyi ağ, sarı bayraqların, bu bayraqların içindəki cizgilərin və Allah`ın adının anıldığı yazıların insanlara İslam əxlaqını təbliğ edən kitablara işarə etdiyi anlaşılır. Həmçinin hədisdə bayraq bənzətməsi ilə izah edildiyi kimi, bu kitablar sanki bir ordunun bayraqları kimi çatdığı hər yeri mənən fəth edəcək. Beləcə, hz. Mehdi (əs) PKK kimi terrorist təşkilatların fitnəsini, yəni ateistliyi mənəvi, mədəni və elmi cəhətdən məğlub edəcək, Allah qorxusu və Quran əxlaqı yenidən dünyaya hakim olacaq. Bu əsərlər ilə dünyanı mənən fəth edəcək və İslam dininin bütün dünyada sürətlə yayılmasına vəsilə olacaq.
Hz. Mehdi (əs) marksist, leninist, darvinist ideologiyaları bütün texnologiya imkanlarından istifadə edərək elmi cəhətdən çökdürəcək.
Elmin və fəlsəfənin irəliləyişi Allah`ın varlığının və sifətlərinin daha yaxşı dərk edilməsinə vəsilə olur. Elmin, materializmin müdafiəçiləri tərəfindən insanlar üzərində yaranan yanlış istiqamətləndirmənin aradan qaldırılması üçün hz. Mehdi (əs) axırzamanda texnologiyanın bütün imkanlarından istifadə edəcək. Allah`ın varlıq dəlillərini, iman həqiqətlərini elmi dəlillərlə açıq-aşkar ortaya çıxaracaq. Hz. Mehdi (əs) bu gerçəkləri insanlara texnologiyanın ən təsirli üsullarından biri olan televiziya, radio və internet vasitəsi ilə çatdıracaq və bununla çox yaxşı nəticələr əldə edəcək. Peyğəmbərimiz (səv) hədislərində hz. Mehdinin (əs) bu mübarizədə üstün olacağına belə işarə verir:
Son 150 ilin ən böyük yalanı olan darvinist materialist cərəyanların fikri və elmi cəhətdən tamamilə susdurulması indiyə qədər mümkün olmayıb. Darvinizm modern elmi tapıntılar və irəliləyən texnologiya vəsiləsi ilə hz. Mehdi (əs) dövründə texnologiyanın bütün imkanlarından istifadə edərək tamamilə aradan qalxacaq. Bəşər tarixinin gördüyü fitnənin fikri cəhətdən susdurulmasına hz. Mehdi (əs) vəsilə olacaq.
Quranın “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər” ayəsi ilə inkar edənlərə qarşı bütün səmimi müsəlmanların birləşməsi əmr edilib. Bu birləşmə hz. Mehdinin (əs) liderliyi ilə yaranan fikri mübarizə ilə gerçəkləşəcək.
Hz.Mehdinin (əs) fikirləri mətbuat orqanları tərəfindən mənimsəniləcək və onun fikirlərindən yararlanılaraq hazırlanan yayımlar PKK və dünyadakı digər terror təşkilatlarının çökdürülməsində təsirli olacaq.
Son dövrdə daha yaxşı aydın olur ki, terror hərbi yolla deyil, fikri cəhətdən məğlub edilə bilər. PKK-nın marksist-leninist, kommunist və dolayısı ilə ateist bir təşkilatlanma olduğu həqiqəti hz. Mehdinin (əs) açıqlamaları və elmi sübutları ilə hamı tərəfindən başa düşüləcək və dilə gətiriləcək. Mətbuat orqanlarının hz. Mehdinin (əs) fikirlərini mənimsəməsi ilə terrorla mübarizə barədə əhəmiyyətli bir addım atılacaq və anti-kommunist və anti-darvinist təbliğatın cəmiyyətdə də əhəmiyyəti başa düşüləcək. Peyğəmbərimiz (səv) hədislərində hamının zamanla hz. Mehdinin (əs) fikirlərini mənimsəyəcəyini və tərəfində olacağını, insanların arıların pətəklərinə gəlib sığındığı kimi Ona sığınacaqlarını xəbər verib.
Əbu Səid Hüdri Rəsullullahdan rəvayət edir:
PKK-ya qarşı edilən fikri mübarizədə xalqımızın dəstəyi çox əhəmiyyətlidir:
* Dövlətimizin; türk xalqının kommunizm, materializm və darvinizmə qarşı məlumatlandırıcı siyasət aparması, ya da bu mövzuda işin əhli olan qeyri-hökumət təşkilatlarını dəstəkləməsinə;
* Mətbuatda qardaşlığı, sevgini, mərhəməti və inanc birliyini izah edən yayımlar edilməsi;
* Bloq yazarlarının anti kommunist təbliğata davam edərək terrora zərbənin vurulmasında birlikdə hərəkət etmələri vacibdir.
Bu qərarlı addımların eyni zamanda daimi olması da Allah`ın izni ilə alınan nəticəni sürətləndirər.
Hz. Mehdi (əs) marksist, leninist, kommunist düşüncənin darmadağın edilməsi üçün bu düşüncənin mənbəyi olan Avropada fikri mübarizə başladacaq.
“Bütün canlıları Allah yaratdı” deməyi qəbahət kimi göstərən Avropa materializm və darvinizm fikrinin ilk yarandığı yerdir. Necə ki Darvin, Marks və Engels avropalıdır. Kommunist hərəkatı başladan Lenin də Avropada təhsil alıb. Bu fikirlərin mənbəyi olan Avropa 17 sentyabr 2007-ci ildə “Təhsildə yaradılışın təhlükələri” adlı hesabatında “canlıları Allah`ın yaratdığı inancı insan hüquqlarına təhdiddir” sözləri ilə Quranda, Tövratda və İncildə yazıldığı kimi “insanları Allah yaratdı” deməyi böyük bir qəbahət elan edib. Bu materialist anlayış Avropa Birliyinin kriteriyalarına görə Avropada kommunizmin çox təhlükəli şəkildə inkişaf etdiyini irəli sürüb. Əldəki məlumatlar PKK-nın Avropanın marksist-kommunist dərin dövlətlər tərəfindən istiqamətləndirildiyini göstərir.
Kommunizmi müdafiə edənlərin əsas məqsədi bütün dünyada kommunist nizam-intizam qurmaqdır. Dolayısı ilə əsas məqsəd PKK-nın sadəcə ərazidə hakimiyyəti deyil, PKK dəstəyi ilə Türkiyənin qərbində kommunist rejim yaratmaq və Türkiyəni Şərqi Kommunist Türkiyə və Qərbi Kommunist Türkiyə olaraq iki yerə bölməkdir. Sonra da bütün Yaxın Şərqə kommunizmi hakim etməkdir. Bu layihəni bütün kommunist partiyalar və kommunist dərin dövlətlər dəstəkləyərək təşkil edirlər. Bu səbəbdən indidən kommunizmin qəti qarşı olduğu din, dövlət, əxlaq, ailə kimi gerçəkləri aradan qaldırmaq üçün canfəşanlıq edirlər. Yenə eyni səbəbdən bütün kainatı və canlıları Allah`ın yaratdığı inancını qadağan etmək üçün də tədbir görülməlidir.
Xalq bilir ki, Türkiyədə dərin dövlət şəbəkəsi nümayəndələri hər tərəfə sızıb. Hal-hazırda gizli şəkildə xalqın, dövlət orqanlarının və mətbuatın arasına sızaraq öz ideologiyalarını yeritməyə çalışan kommunist, inqilabçı, materialist, darvinist minlərlərlə xadim məqsədlərinə çatmaq üçün səy göstərirlər. Bunlar açıq, ya da gizli şəkildə PKK-nı dəstəkləyirlər. Bədiüzzaman axırzamanda ateist fəlsəfə sayəsində yaranacaq bu təhlükəni əvvəlcədən bildirib, xüsusilə PKK kimi kommunist təşkilatların darvinist, materialist fəlsəfələr və ateizmlə daha da güclənəcəklərini deyib. Bu səbəbdən hz. Mehdinin (əs) birinci vəzifəsinin maddəçilik, yəni Allah`ı inkar edən materialist, darvinist və ateist fəlsəfələrlə mübarizə aparmaq və bu fəlsəfənin insanlarda yaratdığı təsiri tamamilə aradan qaldırmaq olduğunu bildirib. Bədüizzaman həzrətləri hz. Mehdinin (əs) “fəlsəfəyi və maddiyun” fikrini tam susduracaq şəkildə bir fəaliyyət göstərərək insanların imanlarının xilas ediləcəyini aydın bildirib. Bədiüzzaman həzrətlərinin “tamamilə susdurulacaq tərzdə” sözləri ilə hz. Mehdinin (əs) dünyadakı darvinist və materialist düşüncələri fikri və elmi cəhətdən aradan qaldıracağını açıq şəkildə göstərib.
Peyğəmbərimiz (səv) hz. Mehdinin (əs) fikri mübarizəsi sayəsində başda PKK olmaqla dünyadakı bütün fitnələr, müharibələr, qətliamlar, terror və anarxiya hərəkatlarının sona çatacağını, əvəzində aydınlıq, sülh, rahatlığın yaşanıldığı bir dövrə başlanılacağını və fitnələrin qarşısının alınacağını belə bildirir:
PKK-ya qarşı fikri mübarizə aparmağın əhəmiyyəti
Hal-hazırda PKK-nın marksist, leninist, stalinist, kommunist bir təşkilat olduğu məlumdur. Bu təşkilatı ayaqda tutan qüvvə kommunist, materialist düşüncədir. Kommunizmin təməli materializm, materializmin təməli isə darvinizmdir. Darvinizmin olmadığı yerdə materializm olmaz. Materializmin olmadığı yerdə kommunizm olmaz. Kommunizmin olmadığı yerdə də PKK olmaz. Bu səbəbdən PKK-ya qarşı bütün Türkiyədə anti-darvinist, anti-materialist, anti-kommunist təbliğat aparmaq vacibdir. Çünki bu materialist-kommunist düşüncə bataqlığı qurudulmadan ağcaqanadları tək-tək məhv etməyə çalışmaq kimi terror hərəkatlarını da dayandırmaq mümkün deyil.
Unudulmamalıdır ki, PKK, darvinizm və materializm olmadan kommunist təbliğat apara bilməz. Kommunist təbliğat aparılmadan tərəfdar tapmaq olmaz. Tərəfdar tapmayanda da qüvvəsi itər, məhv olar. PKK-ya qarşı ən böyük silah düşüncədir. Bu böyük fikri zərbə darvinizmi və materializmi yerlə yeksan edər. PKK-nı dəstəkləyən başda Avropa olmaqla, bütün xarici qüvvələri zəiflədən ən böyük fəaliyyət budur.
Hz. Mehdinin (əs) terrorla mübarizəsində ən vacib məsələ Quran əxlaqının insanlara çatdırılmasına vəsilə olmaqdır.
PKK kimi terrorist təşkilatların mənimsədiyi materialist, darvinist düşüncə din əxlaqından uzaq bir anlayışa sahib olduğundan mərhəmətsizlik, sevgisizlik hakim olur. Bu fikirdəki əli qanlı terroristlər mərhəmət hiss etmədən qadınları, uşaqları qətl edirlər. Ancaq hz. Mehdi (əs) insanlara nəsihət verəcək, onları pislikdən çəkindirib doğru yola gətirmək üçün gecə-gündüz təbliğ edəcək.
Bu mübarək şəxsin dayanmadan davam edən böyük imani, milli, mədəni və elmi fəaliyyətlərinin nəticəsində PKK-nın gücü xeyli zəifləyəcək. Bu fəaliyyətin vəsiləsi ilə türk, kürd, laz və çərkəz bütün türk xalqı birlik və bərabərlik qazanacaqlar. İmanlarının qorunmasına, milli və mənəvi dəyərlərinə sahib çıxmalarına vəsilə olacaq. Gənclər də bu təbliğ fəaliyyətlərinin sonunda ateist və separatçı ideologiyalara aldanmayacaq, beləcə terror təşkilatı ideologiya cəhətdən heç bir dəstək almayacaq.
Peyğəmbərimiz (səv) hədislərində hz. Mehdinin (əs) inkarçı fəlsəfələri fikri olaraq tamamilə təsirsiz hala gətirərək İslam əxlaqını bütün dünyaya hakim edəcəyini bildirib. Hz. Mehdi (əs) Quran əxlaqını bütün dünyada hakim edənə qədər mübarizəsinə davam edəcək. Bir hədisdə bu vəziyyət belə xəbər verilib:
PKK-nı yaradan Allah`dır. Hz. Mehdi (əs) vəsiləsi ilə PKK-nı darmadağın edəcək qüvvə də Allah`dır.
Uca Rəbbimiz dünya həyatında gözəlliklə çirkinliyi, yaxşılıqla pisliyi, əksikliklərlə mükəmməlliyi bir yerdə yaradıb və qüsursuz bir imtahan sistemi qurub. Bu imtahanda insanlar bəzən çətin zamanlar kimi təsvir etdikləri bəzi hadisələr yaşayırlar. PKK terror təşkilatı, bütün zorakı təşkilatlar və zalım rəhbərliklər də Allah tərəfindən yaradılmışdır. Unutmaq olmaz ki, xeyri və şəri yaradan Allah`dır. Bunun elmi sadəcə Allah Qatındadır. PKK kimi qanlı terror təşkilatları da bir hikmətlə yaradılıb. Bu səbəbdən terror təşkilatlarının qurduğu tələlər də imtahan üçün yaradılıb. Bəzən bu tələlər, zorakılıqlar dərhal həll edilməz, bir müddət davam edər və ancaq Allah`ın təqdir etdiyi zaman gələndə aradan qalxar.
Peyğəmbərimiz (səv) hədislərində hz. Mehdinin (əs) vəsiləsi ilə Allah`ın terror təşkilatlarını bir-bir məhv edəcəyini və şiddət hadisələrinə son qoyacağını bildirib. Hədislərdə hz. Mehdi (əs) dövründə bütün silahların susacağı və münaqişələrin bitəcəyi belə müjdələnib:
Bədiüzzaman Səid Nursi həzrətləri hz. Mehdinin (əs) PKK kimi terror təşkilatlarını və dünyadakı zorakılıq aksiyalarını, marksist və leninist fəlsəfələri fikri cəhətdən məhv edəcəyini açıqlayıb:
Tarix boyunca terrorun və anarxiyanın şiddətləndiyi dövrlər olub. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi həzrətləri Əmirdağ Lahikasında “tabiyyun maddiyun fəlsəfəsindən (materializm, darvinizmdən) təvəllüd edən (doğulan) bir cərəyan-i nəmrudanə (üsyankar cərəyan), getdikcə axırzamanda fəlsəfəyi maddiyə vasitəsi ilə intişar edərək (yayılaraq) qüvvətlənib uluhiyyəti (Allah`ın varlığını) inkar edəcək dərəcəyə gəlir.” (Emirdağ Lahikası, 259) sözləri ilə materializmin həm Türkiyədə, həm də dünyada qüvvətlənəcəyini bildirib. Bütün bəşəriyyəti təhdid edən bu problemə həll yolu tapmaq üçün müxtəlif təkliflər ortaya qoyulub. Üstad Səid Nursi həzrətləri isə terror və anarxiyanın, dolayısı ilə PKK terror təşkilatının mənbəyini “tabiyyun, maddiyun fəlsəfəsi”, yəni materialism və darvinizm kimi adlandırıb və darvinizmin və materializmin insanlar üzərindəki təsirini tamamilə qaldırıb bu dəccal cərəyanları fikri cəhətdən yerlə yeksan edəcək zatın axırzamanın böyük mehdisi olan hz. Mehdi (əs) olacağı ilə müjdələyib. Bədiüzzaman Səid Nursi həzrətləri Əmirdağ Lahikasında hz. Mehdinin (əs) darvinizm və materializmə qarşı qazanacağı və insanların imanına vəsilə olacağı müvəffəqiyyəti belə ifadə edir:
Birincisi: Fən və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyyun və tabiiyyun TAUNU, (materializm, darvinizm və ateizm xəstəliyi) bəşər içinə intişar etməsi ilə (insanlar arasında yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və maddiyyun FİKRİNİ (materializm, darvinizm və ateizm kimi –Allah’ı tənzih edirik- Allah’ı inkar edən dinsiz axınları) TAM SUSDURACAQ TƏRZDƏ imanı qurtarmaqdır. Əhli-i imanı dəlalətdən mühafizə etmək (iman gətirənləri azğınlıqdan qorumaq)... (Emirdağ Lahikası, s. 259)
Cənab Adnan Oktarın PKK terroruna qarşı qəti həll yolları üçün təklifləri
-PKK-nı hz. Mehdi (əs) fikri cəhətdən çökdürəcək
Adnan Oktar: PKK-da ideoloji baxımdan 40 ildir hər tərəfli fəəaliyyət göstərir. “Azad-i kürd” deyə qışqırıb küçələrdə nümayişlər keçirirdilər. İlk dəfə onda eşitdim və çox təəccüblənmişdim. Kürdlərə azadlıq filan, nə əlaqəsi var dedik. Biz həmişə qardaşıq. Vətəndaşlar bir bütündür. Bu haradan çıxdı? Hələ o zamanlar bunun təməlini qurdular. Danışaraq təbliğat etdilər və hadisə bu günki vəziyyətinə qədər gəlib çıxdı. Mən bunu anlaya bilmirəm ki, niyə dövlət PKK-nın ideologiyasının təbliğatına cavab vermir. Bu çox təəccüblü haldır, möcüzədir. Desəm ki, qorxur, çəkinir, xeyir, qorxmur, çəkinmir. Əgər desəm ki, məğlub edilməyəcəklərini düşünürlər, xeyr məğlubiyyətləri hamıya məlumdur. Çünki elmi cəhətdən hadisə dəqiqdir, çox açıqdır. Manqal külü kimi, üfürsən uçurlar. Elədirlər. Amma buna baxmayaraq, bu adamlara fikri cəhətdən toxunulmaması və ən təsirli üsul kimi fikri mübarizə olduğu halda bunu etməmələri çox təəccüblüdür. Açıqlamaq belə mümkün deyil, metafizik hadisədir. Deməli, sahibini gözləyir. Mütləq ki, hz. Mehdi (əs) bunların beynini elmlə əzəcək. Pkk-nın beynini əzəcək. Allah ona nəsib edəcək. Bu aydındır. Çünki necə olur ki, cavab verilmir? Çox asandır. Biz də Mehdinin (əs) qabaqcılları olaraq nə əlimizdən gəlirsə, etməyə çalışırıq. (4 Ekim 2011, A9 TV)
-PKK-nı da, Fironu da yaradan Allah`dır. PKK-nə məhv edən də Allah olacaq
Adnan Oktar: Kommunizmi yaradan Allah`dır. Stalini yaradan Allah`dır. Lenini yaradan Allah`dır. PKK-nı yaradan Allah`dır. Abdullah Öcalanı yaradan Allah`dır. Hamısı bir hikmətlə yaradılıb. İslam Birliyinin qurulması üçün belə şeytani qüvvələrə, şeytanın təsirində olan qüvvələrə Allah bəzən yardım edir. Onları güclü kimi meydana çıxarır. Müsəlmanlara da onlara təsir edici bir qüvvə verir. Nəticə isə mükəmməl olur. Həmişə tarixdə belə olub. Fironu yaradan da Allah`dır. Musanı yaradan da Allah`dır.Fironun bütün danışıqları hələ doğulmadan bəlli idi. Firondan əvvəl Quran var idi. Nə edəcəyi, nə danışacağı, hamısı bəlli idi. Onsuz da, Allah Tövratda deyir. Quranda da deyir. Asi olacaq, etməyəcək deyir. Sən deyəcəksən, möcüzələr göstərəcəksən o buna uymayacaq deyir. Amma sən de deyir. Həqiqətən elədir. Eyni şəkildə olur. Mehdiyyətin qarşısına kommunizmi çıxaran da Allah`dır. Lakin Mehdiyyət qalib gələcək. Çünki (haşa) Allah`sız bir dünyaya Allah izin verməz. Allah Özü ilə mübarizə aparılan bir dünyaya izin verməz. Həlak edər o dünyanı, məhv edər. Necə ki, baxın hz. Mehdidən (əs) sonra, İsa Məsihdən (əs) sonra dünyaya kommunizm hakim olacaq. Kommunistlər hakim olacaqlar dünyaya. Kommunizm sonsuza qədər davam etməlidir, onların fikrincə. Bu tarixi unutmasınlar: Hicri 1545, Miladi 2120. Toz olacaq bütün dünya və kainat. Buluda çevriləcək. Darmadağın olacaq. Bəs kommunizm sonsuza qədər davam edəcəkmi? Allah`ın gücünə qarşı gələ bilməzlər. Çünki kommunizmi yaradan Allah`dır. Özü yaradır, Özü də dağıdır. Hz. Mehdini (əs) onun qarşısına Özü çıxarır. Bütün güc Allah`ın əlindədir. Amma onlar fərqində deyillər, təbii ki. Ola bilməzlər də. (1 Ekim 2011, A9 TV)
- PKK-nın məhv edilməsi üçün dövlət elmdə tərəfsiz olmalıdır.
Adnan Oktar: Dövlət tərəf tutmasın. Dialektik, materialist fəlsəfəni dövlər müdafiə etməməlidir. Dövlət tərəfsiz olmalıdır. Yaradılışdan da danışacaq, dialektik fəlsəfədən də. Onu oxuyan özü qərar verəcək. Tək tərəfli bir təhsil sistemi var. Zülalların təsadüfən yaranmayacağını dövlət kitablarında oxudunuzmu? Yazmırlar. Elə şey olmaz. Elmi həqiqətdir, amma yazmırlar. Madam ki, dövlət elmi müdafiə edir, onda elmi başa salsın. Bir zülalın təsadüfən yarana bilmədiyi elmi bir həqiqət olduğuna görə, alimlər bunu qəbul etdiyinə görə danışsın. Dövlət kitablarında elm yoxdur. Elmi həqiqətlərdən danışsınlar. Üç yüz əlli mindən çox fosil Yaradılışın isbatıdır. Dövlətin kitablarında görürsüz bunları? – xeyr. Elmi həqiqətdir bu. Palentologiyanın sübut etdiyi bir həqiqətdir. Bu da yoxdur. Onda dövlət tərəf tutmuş kimi olur. Yəni dialektik fəlsəfəni müdafiə edən tərəfdə durur dövlət. Olmaz. Dövlət elmdə tərəf tutmamalıdır. Materializm bir inancdır. Materializmi dövlət müdafiə etməməlidir. İki fikri də danışmağa məcburdur. Amma müdaxilə edə bilməz, bu qədər. (27 Sentyabr 2011, A9 TV)
-PKK-ya qarşı elmi mübarizə aparılmır. Ən dəhşətli əksik budur.
Adnan Oktar: PKK-ya qarşı elmi mübarizə aparılmır. Ən dəhşətli əksik budur və elmi mübarizə aparılmır. Bundan böyük əksik olar? Onlar ideologiyalarını təbliğ edirlər. Bütün gün təbliğat apararaq insanları dağa çıxarırlar. Bu təbliğat nəticəsində insanlar özlərini fəda edəcək vəziyyətə gəlib çıxırlar. Bu təbliğata qarşı bir təbliğat aparılmır. Məsələn, anti-dialektik fəlsəfə, anti-darvinist, anti-kommunist, anti-stalinist fəaliyyət yoxdur. Bu çox mühümdür. Bu əksiklikdir. Bunu qəbul edib, düzəltmək lazımdır. Yox desə, düz deməz. Elə şey olar? Var.
Ürəklərinə jandarma qoyulacaq, ürəklərinə. Biz jandarma ilə həll edilsin demirik ki. Onsuz da jandarma ilə olmaz deyirik. Jandarma ilə, polislə, hərbi əməliyyatla olmaz deyirik. Qəlblərinə jandarma qoyacaqsan. Nə edəcəksən? Quran həqiqətləri izah edilməlidir. Darvinizmin, materializmin etibarsızlığı danışılmalıdır. Dövlət Quranı izah edə bilməz,- deyirlər Diyanət İşləri Nazirliyi vasitəsilə izah edilə bilər.
Amma elmdən, elmi həqiqətlərdən dövlət necə danışa bilməz ki? Bir zülalın təsadüfən yaranıb yaranmadığını dövlətin professorları bilmir? -Bilirlər. Bu gerçəyi deyəcəklər. Deyəcəklər ki, ay camaat, bir zülal təsadüfən yaranmaz. Zülalın yaranması metafizikdir. Həqiqət budur. Hamı bunu qəbul edir. Dokins də qəbul edir. Yadplanetlilər etdi, - deyir. Deyir ki, elmi cəhətdən təsadüfən olması mümkün deyil. Bu izah edilməlidir. Biz jandarma ilə olacaq, - demədik ki. Elmi təhsillə olar, - dedik. Ən dəhşətli əksik budur. Görməzlikdən gəlirsinizsə, başqa nə deyək biz? (27 Sentyabr 2011, A9 TV)